18 Sentyabr 2025 08:05
968
SİYASƏT
A- A+
Azərbaycan-BƏƏ əlaqələri yeni mərhələyə qədəm qoyur

Azərbaycan-BƏƏ əlaqələri yeni mərhələyə qədəm qoyur


Bərpaolunan, tarixi şöhrətini özünə qaytaran Qarabağ həm də yüksək və ali səviyyəli görüşlərə, ən mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edir. Bu günlərdə Azərbaycana rəsmi səfər edən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın təyyarəsinin Füzuli Beynəlxalq Hava Limanına enməsi, ali qonağın Şuşa şəhərində rəsmi qarşılanması bir daha təsdiq etdi ki, həm işğaldan azad edilmiş torpaqlarımız sürətlə dirçəlir, həm də beynəlxalq ictimaiyyət Azərbaycanın yaratdığı reallıqları tam qəbul edir.


Dostluğun təcəssümü


Yalnız Yaxın Şərqin deyil, bütün Asiyanın yüksək iqtisadi göstəricilərinə malik olan BƏƏ ilə Azərbaycanı yüksək siyasi, iqtisadi əlaqələr birləşdirir.  Yalnız yerləşdiyi coğrafiyada deyil, bütün Avrasiyada bir çox iqtisadi cəhətləri ilə fərqlənən BƏƏ Azərbaycanın dövlət müstəqilliyini 1991-ci ilin dekabr ayında tanıyıb  və iki dövlət arasındakı əlaqələr ortaq mənəvi dəyərlərə söykənərək daim yüksələn xətlə inkişaf edir. 

Azərbaycanla BƏƏ arasında ali və yüksək səviyyədə qarşılıqlı səfərlər və fəal təmaslar, eləcə də beynəlxalq platformalarda səmərəli əməkdaşlıq, aktiv parlament diplomatiyası və müxtəlif sahələrdə dinamik fəaliyyət ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına gətirib çıxarıb. Yüksək siyasi münasibətlər, BƏƏ sərmayələrinin iri həcmdə dövlətimizin xüsusən də bərpaolunan enerji sahəsinə qoyulmasını, o cümlədən Azərbaycan və BƏƏ ümumvətəndaş pasportlarının qarşılıqlı olaraq viza rejimindən azad edilməsini və ölkələrimiz arasında aktiv ticari-iqtisadi əməkdaşlığı şərtləndirən başlıca amildir. Bu gün iki dövlət güclü siyasi əlaqələrə malikdir və ticari-iqtisadi sahədə geniş əməkdaşlıq həyata keçirir. Azərbaycana xaricdən məhsul idxalında, o cümlədən respublikamızın ixracatında BƏƏ əsas dövlətlərdən biridir. "Made in Azerbaijan" brendini BƏƏ bazarında daha çox tanıtmaq üçün bu ölkədə "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir.

İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində BƏƏ Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanla-BƏƏ arasındakı əlaqələrin inkişafına təsir edən ən böyük amil hər iki ölkə rəhbərinin siyasi iradəsidir. Xatırladaq ki, bu il ərzində Azərbaycan və BƏƏ prezidentləri 3 dəfə görüşüblər. Belə ki, il ərzində Prezident İlham Əliyev iki dəfə BƏƏ-yə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə bir dəfə Azərbaycana səfər edib. 

Bu ilin yanvarında  Prezident İlham Əliyev BƏƏ-yə səfəri zamanı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimində iştirak edib. Prezident İlham Əliyevin BƏƏ-yə iyul ayında etdiyi səfər isə bir daha iki ölkə arasındakı münasibətlərin dostluq və qardaşlığa əsaslandığını, strateji tərəfdaşlıq xarakteri daşıdığını, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyini göstərdi. Məhz bu səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" imzalanıb.

Sentyabrın 16-da Şuşada keçirilən görüşdə prezidentlərin bir-birinə qardaşım deyə müraciət etmələri isə həm də iki dövlət və onların liderləri arasındakı dostluğun və səmimiyyətin təcəssümünə çevrildi.

 

İlham ƏLİYEV: "İmzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq"


Ümumiyyətlə Azərbaycanla BƏƏ arasındakı əlaqələr son dövrlər daha da inkişaf edib, yeni tərəfdaşlıq istiqamətləri formalaşıb. Bu sırada "yaşıl enerji" istehsalı sahəsində formalaşan əməkdaşlıq əlaqələrə yeni çalar qatıb. BƏƏ-nin "Masdar" şirkəti tərəfindən ölkəmizdə 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyası inşa olunub. Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. 

Qaradağ Günəş-Elektrik Stansiyasının açılış mərasimində Prezident İlham Əliyev əmin olduğunu bildirmişdi ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Aradan ötən qısa dövrün mənzərəsi Prezident İlham Əliyevin bu sözlərini təsdiqləyir. Eyni zamanda 2023-cü ildə COP-a sədrlik BƏƏ-dən Azərbaycana keçdi və iki dövlət bu sahədə də uğurlu əməkdaşlıq həyata keçirdilər. İki dövlət arasında qeyri-neft sektorunda ticarət dövriyyəsi isə 2024-cü ildə 2,24 milyard dollara qədər artıb.

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə səfəri zamanı mübadilə edilən  "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə" isə iki dövlətin strateji tərəfdaşlığını daha da möhkəmləndirdi. Birgə Bəyannamə həm də əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyması deməkdir. Eyni zamanda bu sənəd hər iki tərəfin qarşılıqlı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirir.

Bununla yanaşı, səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin yaradılmasını və inkişafını əhatə edən daha 13 sənəd mübadilə edilib. Prezident İlham Əliyevin Şuşada Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşdə  qeyd etdiyi kimi imzalanmış çoxsaylı sənədlər əlaqələri yeni səviyyəyə qaldıracaq: "Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir". 

Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri iki dövlət arasındakı münasibətlərin daha da inkişafına töhfələr verəcək, əməkdaşlığı genişləndirəcək. 

Onu da qeyd edək ki, BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan səfər zamanı Füzuli və Şuşa şəhərlərində həm də Ermənistanın işğalçı siyasətinin təzahürlərinə şahidlik etdi.  Eyni zamanda ona şahid oldu ki, Azərbaycan dövləti işğaldan azad etdiyi bu əraziləri sürətlə dirçəldir, onlara yeni həyat bəxş edir. 


 Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!