18 İyul 2026 08:45
1130
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa


Diplomatiyada bir il çox qısa müddət sayılır. Amma Azərbaycan və ABŞ münasibətlərində son bir il qısa müddətdə də böyük dəyişikliklərin mümkün olduğunu göstərdi.

Prezident İlham Əliyevin ötən ilin avqustunda ABŞ-yə səfəri münasibətlərdə yeni səhifə açdı. Bu il fevralın 10-da Bakıda imzalanan "Strateji Tərəfdaşlıq Xartiyası" isə yeni mərhələnin məntiqi nəticəsi hesab oluna bilər. Sənədin imzalanmasından ötən cəmi bir neçə ay müddətində münasibətlər artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçib. Bu gün Vaşinqton və Bakı arasında münasibətlər təhlükəsizlik, iqtisadiyyat, enerji və yeni texnologiyaları əhatə edən daha geniş strateji tərəfdaşlıq formatında inkişaf edir.

Vaşinqtonda hesab edirlər ki, bunun əsas səbəblərindən biri Azərbaycanın regionda artan strateji əhəmiyyətidir.

AZƏRTAC-a açıqlamasında Qlobal Siyasət İnstitutunun prezidenti Paolo Von Şirah deyib ki, Azərbaycan hər hansı başqa bir dövlətin təsiri altında deyil, öz milli maraqlarına uyğun müstəqil qərarlar qəbul edir və ABŞ də bu qərarları dəstəkləyir. "ABŞ qlobal dövlətdir və dünyanın yüzlərlə ölkəsi ilə münasibətlərə malikdir. Azərbaycan da bu mühüm tərəfdaşlardan biridir. Hazırda regionda proseslər müsbət istiqamətdə inkişaf etdiyinə görə, ABŞ qəbul olunan qərarların həyata keçirilməsinə daha çox diqqət ayırır",- deyə o bildirib.

Bu yanaşma artıq konkret layihələrdə də özünü göstərir. İlk ABŞ-Azərbaycan İqtisadi Dialoqunun keçirilməsi, kritik minerallar üzrə əməkdaşlığın başlanması, Orta dəhliz və TRIPP təşəbbüsü ətrafında aparılan müzakirələr, eləcə də rəqəmsal texnologiyalar və süni intellekt sahəsində yeni layihələr tərəfdaşlığın praktik məzmun qazandığını göstərir.

Amerikalı ekspert Riçard Hoqlandın sözlərinə görə, ABŞ artıq Azərbaycanın Cənubi Qafqazda geosiyasi və coğrafi əhəmiyyətini aydın şəkildə anlayır. O bildirib ki, bu çərçivədə Vaşinqtonun əsas məqsədlərindən biri regionda sülhün möhkəmləndirilməsi və məşhur dəhliz layihəsinin reallaşdırılmasına dəstək verməkdir.

"Bu dəhliz təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyəcək. O, eyni zamanda Türkiyə və Avropanı Xəzər dənizi və Mərkəzi Asiya ilə əlaqələndirən "Şərq-Qərb" nəqliyyat marşrutunun mühüm hissəsinə çevriləcək. Bu isə yükdaşımalar, ticarət, investisiyalar və yeni sənaye sahələrinin inkişafı üçün böyük imkanlar yaradacaq", - deyə o vurğulayıb.

ABŞ Dövlət Departamenti də Xartiyanın icrası istiqamətində konkret nəticələrin əldə olunduğunu bildirib. Qurumun AZƏRTAC-ın sorğusuna cavabında qeyd olunub ki, regional bağlantılar, iqtisadi investisiyalar, enerji, təhlükəsizlik əməkdaşlığı və süni intellekt sahələri üzrə birgə iş davam etdirilir.

Dövlət Departamentinin məlumatına görə, Bakı Enerji Həftəsi çərçivəsində kritik minerallar üzrə Anlaşma Memorandumu imzalanıb. İlk ABŞ-Azərbaycan İqtisadi Dialoqunda isə ümumi dəyəri 8 milyard dollara yaxın kommersiya müqavilələri və əməkdaşlıq sazişləri əldə olunub. Bundan əlavə, ABŞ Dövlət Departamentinin Kiber və Rəqəmsal Siyasət Bürosunun rəhbərliyi ilə Azərbaycanda "Süni İntellekt Həftəsi"nin keçirilməsi elan edilib.

Bir il əvvəl Vaşinqton və Bakı arasında başlayan yeni siyasi mərhələ bu gün artıq real əməkdaşlıq mexanizmləri ilə davam edir. Əsas hədəf artıq bu strateji tərəfdaşlığın qarşıdakı illərdə hansı yeni istiqamətlərə genişlənəcəyidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:16
14 Avqust

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

19:15
13 Avqust

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

19:10
13 Avqust

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

19:05
13 Avqust

Toxumçuluq haqqında

19:00
13 Avqust

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

18:55
13 Avqust

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 

18:50
13 Avqust

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

18:45
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!