20 Sentyabr 2025 12:33
545
SİYASƏT
A- A+
Azad edilmiş ərazilərin dirçəldilməsi ilə yeni regional inkişaf modeli yaradılır  

Azad edilmiş ərazilərin dirçəldilməsi ilə yeni regional inkişaf modeli yaradılır  


Azərbaycanın ərazi bütövlüyünün bərpası və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində əlamətdar günlərdən biri olan 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ölkəmizdə böyük sevinc və qürur hissi ilə qeyd olunur. Həmin gün Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin təzahürü kimi də mühüm əhəmiyyət kəsb edir.

Prezident, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq bu əlamətdar günün mənəvi əhəmiyyətini bir daha vurğulayıb. Dövlətimizin başçısı çıxışında qeyd edib: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü qeyd olunmuşdur. Bundan üç il əvvəl Şuşa şəhərinin işğaldan azad edilməsi və düşmən ordusunun təslim olması ilə İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələnmişdir. Bu hadisə xalqın 30 ildən çox davam edən mübarizə əzminin təcəssümü kimi tarixi önəm kəsb edir.

Azad olunmuş ərazilərin inkişafı və iqtisadi potensialının artırılması üçün bir sıra strateji layihələr həyata keçirilmişdir. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universiteti yaradılmışdır. Bu ali təhsil müəssisəsi regionda yüksəkixtisaslı kadrların hazırlanmasına, işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinə təkan verəcək bir mərkəzdir.

2023-cü il dekabrın 5-də qəbul edilən qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati bölgüsündə dəyişiklik edilərək mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonu yaradılmışdır. Bu addım regionun inzibati inkişafını və əhalinin rifahının yüksəldilməsini təmin edir.

Qarabağ bölgəsinin azad olunmuş hissələrində idman və mədəniyyət sahəsində də əhəmiyyətli uğurlar əldə edilmişdir. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final oyununu Xankəndidə keçirmişdir. Bu, 30 illik fasilədən sonra bölgədə keçirilən ilk rəsmi futbol görüşü olaraq böyük tarixi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin azad olunmuş Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərinə səfərləri regionun inkişafına verdiyi önəmi əyani şəkildə göstərir. Xankəndidə Dövlət Bayrağının ucaldılması, yeni ali təhsil müəssisələrinin yaradılması, hotellərin açılışı və iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsi bölgədə həyatın canlanmasını təmin etmişdir. Hər bir səfər və həyata keçirilmiş layihə, həmçinin azad edilmiş ərazilərin ictimai, mədəni və iqtisadi baxımdan yenidən qurulmasının göstəricisidir.

Xocavənd rayonunun Tuğ və Azıx kəndlərində bərpa işləri, tunel və yol infrastrukturunun yaradılması, Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi, fərdi evlərin və infrastrukturun bərpası, Ağdərədə yeni yaşayış komplekslərinin istifadəyə verilməsi kimi tədbirlər regionun sosial-iqtisadi inkişafının mühüm nümunələridir.

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü azad edilmiş ərazilərin gələcək inkişafının rəmzi kimi mühüm əhəmiyyət daşıyır. Həmin günün qeyd olunması, həmçinin milli həmrəyliyi gücləndirir və gələcək nəsillərə Vətən uğrunda fədakarlıq nümunələrini çatdırır.


Asif ƏSGƏROV,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!