04 Oktyabr 2025 08:20
474
SİYASƏT
A- A+
Avropa təhlükəsizlik axtarışında…

Avropa təhlükəsizlik axtarışında…


İlham Əliyev Azərbaycanı "qoca qitə"nin nümunəvi ölkələrindən birinə çevirib


Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.

Prezident İlham Əliyevin dəvət edildiyi Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirdilər.

Plenar iclaslarda və ondan sonra keçiriləcək "dəyirmi masa"larda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olunub.

Ümumiyyətlə, "Avropa Siyasi Birliyi" (ASB), 2022-ci ildə Avropa İttifaqı (Aİ) tərəfindən qurulan, "köhnə qitə"də siyasi və iqtisadi əlaqələri gücləndirmək məqsədi güdən bir təşəbbüs olaraq diqqət mərkəzinə çıxıb. Bu platforma, Avropa İttifaqı üzvü olmayan, lakin Aİ ilə sıx münasibətləri olan ölkələri də öz əhatəsinə alır. Birliyin əsas məqsədi regional təhlükəsizliyi təmin etmək, enerji təchizatını gücləndirmək, iqlim dəyişikliyi ilə mübarizə aparmaq və demokratik dəyərləri qorumaqdır.


Qlobal liderliyi etiraf olunan siyasətçi


Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısına dəvət edilməsi, Danimarkada qarşı tərəflərin istək və xahişləri ilə görüşlərin keçirilməsi, əlbəttə ki, ilk növbədə Azərbaycan Prezidentinin qlobal nüfuzunun göstəricisi, eyni zamanda ölkəmizin beynəlxalq diplomatiyasının mühüm uğurları kimi qiymətləndirilməlidir. Yəni bu dəvət ölkəmizin dünya miqyasında artan nüfuzunu və strateji əhəmiyyətini bir daha təsdiqləyir.

İlham Əliyevin şəxsiyyətinə, liderliyinə geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, ümumiyyətlə, dünya miqyasında yaxşı tanınan, qlobal liderliyi etiraf olunan şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud qlobal problemlərin  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən bütün qlobal hadisələrə qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü təşəbbüsləri, mühüm təklifləri göstərmək olar.

Onu da qeyd etməliyik ki, İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısına dəvət edilməsi həm də ölkəmizin beynəlxalq diplomatiyasının gücləndirilməsi və strateji maraqlarının qorunması baxımından əhəmiyyətli bir addımdır. Azərbaycan rəhbərinə olan bu dəvət, həmçinin ölkəmizin Avropa ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və qlobal siyasi məsələlərdə daha aktiv iştirak etməsi üçün mühüm bir fürsətdir. "Avropa Siyasi Birliyi" təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Azərbaycanın Avropa ilə əlaqələri uzun illər ərzində iqtisadi, enerji, ticarət və təhlükəsizlik sahələrində yüksələn xətlə inkişaf edib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan enerji təhlükəsizliyi məsələlərində Avropanın ən vacib tərəfdaşlarından birinə çevrilib. Xüsusilə Şərqi Aralıq dənizindən və Xəzər dənizindən gələn təbii qaz və neft ehtiyatları Avropanın enerji diversifikasiyasına töhfə verir.

İkinci Qarabağ müharibəsindən sonra isə yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artmasını şərtləndirib. Yəni hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirib. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təklifləri verir. 

Ümumiyyətlə, Azərbaycanın müasir tarixində Prezident İlham Əliyev ölkənin siyasi həyatında və beynəlxalq əlaqələrində mühüm rol oynamağa davam edir. Onun rəhbərliyi altında Azərbaycan yalnız regionda deyil, eyni zamanda qlobal miqyasda da mövqeyini gücləndirib, beynəlxalq əlaqələrdə əhəmiyyətli bir oyunçuya çevrilib. 

İlham Əliyevin qlobal nüfuzu yalnız onun rəhbərliyi altında həyata keçirilən islahatlar və diplomatik uğurlarla deyil, həm də Azərbaycanın strateji mövqeyindən düzgün istifadə etməsi ilə əlaqədardır. Qlobal lider kimi o, Azərbaycanın inkişafına dair ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək, ölkəni beynəlxalq aləmdə güclü və nüfuzlu bir dövlətə çevirməyi bacarıb. Bu xüsusda Azərbaycan öz liderinin vizyonu ilə dünyada söz sahibinə çevrilməkdədir.

İlham Əliyevin artan qlobal nüfuzu bir tərəfdən Azərbaycanın strateji mövqeyini möhkəmləndirərkən, digər tərəfdən də onun liderlik keyfiyyətlərini və diplomatik bacarıqlarını önə çıxarır. Bu səbəbdən də əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısına dəvət edilməsi Azərbaycanın müstəqil xarici siyasətinin uğurudur. Azərbaycan öz milli maraqlarına uyğun olaraq, hər zaman beynəlxalq aləmdə balanslı və konstruktiv mövqe tutmağı bacarıb. Bu, ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin və nüfuzunun artmasının nəticəsidir.


Sabitlik, tərəqqi və təhlükəsizlik adası


"Avropa Siyasi Birliyi"nin Zirvə toplantısının plenar iclaslarında və ondan sonra keçirilən "dəyirmi masa"larda əsas müzakirə olunan məsələlərdən biri də Avropadakı ümumi təhlükəsizlik vəziyyəti olub. Çünki qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılması əsas şərtlərdən biridir. 

Bu gün dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur. Şübhəsiz, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. 

Lakin etiraf edilməlidir ki, bu gün dünyada geosiyasi güclərin müxtəlif maraqlar uğrunda apardıqları münaqişələr, müharibələr fonunda Azərbaycanda mövcud olan sabitlik və tərəqqi xüsusi  diqqət çəkir. Beynəlxalq arenada təhlükəsizlik adası kimi tanınan ölkəmiz nizamı pozulan dünyaya Qarabağ Zəfəri ilə həm də ədalətin təmini, sülh və sabitliyin bərqərar olması ilə bağlı mükəmməl örnək göstərib. Torpaqlarının işğalı dövründə belə münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı olan Azərbaycanın yürütdüyü düşünülmüş və uzaqgörən siyasət son beş ildir bölgədə dayanıqlı sülh üçün mühüm zəmin formalaşdırıb. 

Bir sözlə, Prezident İlham Əliyevin müstəqil, balanslaşdırılmış siyasəti həm də beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verir. Bunu Azərbaycan Prezidentinin irəli sürdüyü ideyalarda, qlobalmiqyaslı təkliflərdə, reallaşdırdığı beynəlxalq layihələrdə aydın şəkildə görmək mümkündür.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!