Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə Baş katibinin müavini Saymon Mordu, Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, bölmə rəhbəri Dorota Dlouchy, Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko və digər qonaqlar Ağdamda işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mobil sahə düşərgəsinə gələn qonaqlara Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.
ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ilin noyabr ayından 2025-ci il aprelin 2-dək humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilmiş qurumlar tərəfindən Qarabağda və Şərqi Zəngəzurda aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 190 min 194,9 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. 36 min 479 ədəd piyadaəleyhinə mina, 21 min 607 ədəd tank əleyhinə mina və 133 min 514 ədəd partlamamış hərbi sursat (PHS) olmaqla, ümumilikdə 191 min 600 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.
Ağdam rayonunda aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 35 min 909,5 hektar ərazi təmizlənib, 31 min 114 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib. Ağdam rayonunda Bərdə-Ağdam dəmiryolu, Bərdə-Ağdam avtomobil yolu, Füzuli-Ağdam avtomobil yolu, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu, Ağdam sənaye parkı ərazisi, əkin sahələri, meyvə bağları, qeyri-filiz mineral-xammal yatağı əraziləri, su kanalları, qaz kəməri xətləri və digər infrastruktur layihələrinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyəti icra edilib.
Statistikaya əsasən 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 min 400 nəfərdən artıqdır. Onların 359 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 10 noyabr 2020-ci ildən 2025-ci il aprelin 2-dək 384 nəfər mina partlayışının qurbanı olub. Onlardan 70 nəfəri həlak olub, 314 nəfəri xəsarət alıb.
Nümayəndə heyəti sonra Sarıcalı kəndi ərazisində minatəmizləmə fəaliyyəti ilə əyani tanış olublar. Bildirilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun olaraq ANAMA tərəfindən genişmiqyaslı minatəmizləmə fəaliyyəti həyata keçirilir. Təmizləmə əməliyyatları əllə minaaxtarma, xüsusi təyinatlı mexaniki maşınların, minaaxtaran itlərin dəstəyi ilə icra edilir.
Qonaqlar ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsini izləyiblər.
53 ailədən ibarət növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB
Ağdərə sakini: Suqovuşana ailəmlə, övladlarımla qayıdıram
Keçmiş məcburi köçkün: Həsrətində olduğumuz torpaqlara qayıdırıq
David Babayan: Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik
Moskvada XVI-XVIII əsrlərə aid nadir artefaktlar tapılıb
Ötən il Azərbaycanın hava məkanından tranzit uçuşlar iki dəfə artıb
ABŞ Yəmənin paytaxtına aviazərbələr endirib
Ukraynada minatəmizləmə prosesində müsbət nəticələr var
Donald Tramp Ukraynanın bombalanmasını qınayıb
Milli Məclisin sədri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Sabah Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti olacaq
Fransa: Partlayıcı kəmərlə hücum planı, üç gənc həbs olunub
Rəis müavini: Dərnəgül elektrik deposu Bakı metrosunun üçüncü yerüstü stansiyası olacaq
“YAŞAT” Fondu Vətən müharibəsi şəhidinin valideynlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə dəstək göstərir
Azərbaycan xizəkçisi Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb
Paytaxtın təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib
Pakistanda avtobus qəzasında 11 nəfər həlak olub
Böyük Qayıdış uğurla davam edir
Nazir müavini: Bərpaolunan mənbələrdən əldə edilən enerjinin 65 faizinin ixrac edilməsi planlaşdırılıb
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub
Zəngilan şəhəri birinci yaşayış məhəlləsində 104 ailə məskunlaşacaq
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!