15 Avqust 2025 08:15
487
SİYASƏT
A- A+
Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının sonu çatıb

Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının sonu çatıb


Müşahidəçilərin binokllarını götürüb evlərinə dönən vaxtıdır


İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatdıqdan sonra Avropa İttifaqı (Aİ) həm rəsmi İrəvana dəstək vermək, həm də Cənubi Qafqazda maraqlarını qoruyub saxlamaq məqsədilə Ermənistanda mülki müşahidə missiyası yaratdı. Bu addımı ilə Qərb dairələri mürəkkəb siyasi coğrafiyada öz varlıqlarını dünyaya göstərmək istəyirdi. Guya ki, Aİ bu missiyası ilə bölgədə gedən siyasi proseslərə nüfuz edəcək, regionda sülh yaradacaq.

Aİ-nin mülki müşahidə missiyası 2022-ci ilin dekabrından fəaliyyətə başlamışdı. Təsisatın formalaşması ilə bağlı qərar isə iki ay əvvəl verilmişdi. Yeri gəlmişkən qeyd edək ki, o vaxt söhbət qərardan yox, razılıqdan gedirdi. Belə ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündə Aİ Şurasının prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdilər. Missiya məhz Makronun irəli sürdüyü mənasız bir təşəbbüs idi. Azərbaycan müşahidəçilik institutuna etiraz etməsə də, missiyanın yalnız Ermənistanda fəaliyyətinə razılıq vermişdi. Azərbaycan tərəfində isə belə bir missiyaya ehtiyac yox idi.

Məhz elə buna görə də rəsmi Bakı hələ bu təşəbbüs irəli sürülərkən müşahidəçilərin fəaliyyət göstərməsini gərəksiz hesab etmişdi. Çünki N.Paşinyan 2022-ci ilin oktyabrında Praqada ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Bunun üstündən iki həftə keçər-keçməz  Fransa Prezidenti Emmanuel Makron yerli televiziyaya müsahibəsində Rusiyanı "Ermənistanın mənafeyini satan ölkə" adlandırmışdı. Bu, aşkar həm təxribat və danışıqlar prosesini dalana dirəmək cəhdi, həm də Aİ-nin missiyası üçün zəmin formalaşdırmaq idi. 

Müşahidə missiyası fəaliyyətə başlayanda isə məlum oldu ki, bu gərəksiz təsisatın nümayəndələrinin işləri yalnız və yalnız şərti sərhədin müxtəlif hissələrini boş-boşuna gəzib-dolaşmaqdan ibarətdir. Onlar hərdən binokllarla Azərbaycan tərəfə də baxırdılar. Necə deyərlər, indiyə qədər heç yerdə analoqu olmayan "Binokl diplomatiyası" aparırdılar. 

Azərbaycan həmişə bu mülki missiyanın yaradılmasının və fəaliyyətinin lüzumsuz olduğunu qeyd edir. Prezident İlham Əliyev 2024-cü il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz bu missiyanı önə çəkmişdi. Dövlət başçısı belə bir təsisatın fəaliyyət göstərməsini Azərbaycan-Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulamış və əlavə etmişdi ki, 2023-cü ildə "Avropa müşahidəçilər missiyasının" müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. "Buna nə ehtiyac var idi?!" - deyə ritorik sual səsləndirən dövlət başçısı "Binokl diplomatiyası"nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirmiş, habelə Azərbaycanın Aİ ilə təmaslarında bu məsələnin qaldırılacağını dilə gətirmişdi.

Xəbər verildiyi kimi, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar. Qeyd etmək lazımdır ki, bu saziş iki ölkə arasında sülh və qarşılıqlı etimadın qurulmasına yönəlmiş mühüm sənəd olaraq, hər iki tərəfin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini tanımaqla bərabər, bölgədə mövcud olan gərginliyi azaltmağı və gələcəkdə ərazi iddialarını tamamilə aradan qaldırmağı hədəfləyir. Paraflanmış sazişdə Qafqaza sülh gətirəcək bütün müddəalar öz əksini tapıb. 17 maddədən ibarət olan sazişdə həmçinin qeyd olunur ki, tərəflər sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Sazişdəki bu öhdəlik Avropa İttifaqının 2022-ci ilin sonlarından Ermənistanda yerləşdirilmiş mülki müşahidə missiyasının regiondan çıxmasını da şərtləndirir. Başqa sözlə, fəaliyyəti dövründə elə bir ciddi işlə məşğul olmayan, varlığı ilə yoxluğu bilinməyən bu missiyanın Ermənistandan çıxarılmasının zamanı çatıb. 

Əslində, Avropa İttifaqının Ermənistandakı missiyasının görməyə elə   bir işi də qalmayıb. Ümumiyyətlə, heç bu missiyanın yaranmasına da zərurət yox idi. Bu, Fransa Prezidenti Emmanuel Makronun layihəsi idi. Məqsəd isə Aİ-nin, Qərbin Ermənistanda hərbi mövcudluğunu nümayiş etdirmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasibətləri gərginləşdirmək idi. O zamanlar isə artıq geridə qalıb. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!