02 Dekabr 2025 10:10
419
DÜNYA
A- A+
Avropa İttifaqında 2023-cü ildə hava kirliliyi 180 min insanın həyatına son qoydu

Avropa İttifaqında 2023-cü ildə hava kirliliyi 180 min insanın həyatına son qoydu


Avropa Ətraf Mühit Agentliyinin (EEA) yayımladığı son hava keyfiyyəti və sağlamlıq təsiri qiymətləndirməsinə görə, Avropa İttifaqında Dünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi həddən yuxarı səviyyədə xırda hissəciklərə (PM2.5) məruz qalma nəticəsində 2023-cü ildə 180 mindən çox ölüm halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, “Avropada hava kirliliyinin insan sağlamlığına zərəri: xəstəlik yükünün vəziyyəti – 2025” adlı hesabatda 19 ildir davam edən müsbət tendensiya, yəni, üç əsas hava çirkləndiricisinə (xırda hissəciklər, azot dioksidi və ozon) uzunmüddətli məruz qalmanın insan sağlamlığına təsirinin azalması təsdiqlənir. Lakin Avropa şəhərlərində yaşayan insanların 95 faizinin ÜST-ün tövsiyə etdiyi səviyyələri xeyli aşan hava çirkliliyinə məruz qaldığı qeyd olunub.

Hesabatda bildirilib ki, 2005-2023-cü illərdə Avropa İttifaqında xırda hissəciklərin yaratdığı vaxtından əvvəl ölümlərin sayı 57 faiz azalıb. Bu, Aİ-nin “Sıfır çirklənmə” fəaliyyət planında nəzərdə tutulan təsirin 55 faiz azaldılması hədəfinin 2023-cü il üçün artıq yerinə yetirildiyini göstərir.

EEA-nın hesablamalarına görə, Şərqi və Cənub-Şərqi Avropa ölkələri hava çirkliliyi səbəbindən ən ağır sağlamlıq təsirləri ilə üzləşən region olaraq qalır. Vaxtından əvvəl ölümlərlə yanaşı, hava çirkliliyinin səbəb olduğu və ya ağırlaşdırdığı xəstəliklərlə yaşamaq da sağlamlığa böyük zərər vurur. Astma kimi bəzi xəstəliklərdə əsas təsir yaşayış keyfiyyətinin pisləşməsidir. İskemik ürək xəstəliyi və ağciyər xərçəngi kimi hallarda isə ölüm riski artır.

Ötən il qüvvəyə minmiş yenilənmiş “Ətraf Hava Keyfiyyəti Direktivi” hava keyfiyyəti standartlarının ÜST tövsiyələrinə daha da yaxınlaşdıraraq qarşıdakı illərdə sağlamlığa təsirlərin azalmasına şərait yaratsa da, hava çirkliliyi avropalılar üçün ən böyük ekoloji sağlamlıq riski olaraq qalır. Səs-küy, kimyəvi maddələr və iqlim dəyişikliyi fonunda artan istilik dalğalarının təsirləri ilə birlikdə hava çirkliliyi xüsusilə şəhərlərdə xroniki xəstəliklərə və ölüm hallarına səbəb olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb

23:46
21 May

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış edib  

23:29
21 May

ABŞ-İran danışıqları iyunun əvvəlində Pakistanda keçirilə bilər

22:51
21 May

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib  

22:43
21 May

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

22:40
21 May

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22:31
21 May

Ukraynalı uşaqlar türk dilinə böyük maraq göstərirlər

22:01
21 May

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

21:39
21 May

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

21:34
21 May

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib

21:19
21 May

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır 

21:06
21 May

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

20:49
21 May

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

20:43
21 May

Misirdə böyük neft-qaz yatağı tapılıb

20:33
21 May

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır 

20:17
21 May

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

20:11
21 May

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB  

19:57
21 May

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir  

19:51
21 May

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir  

19:47
21 May

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdırıb

19:43
21 May

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub  

19:41
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!