19 Noyabr 2025 15:53
404
DÜNYA
A- A+
Avropa "hərbi Şengen" yaradır   

Avropa "hərbi Şengen" yaradır   


Brüsselin təklifi blokun qoşun səfərbərliyini sürətləndirməyi hədəfləyir


Avropa Komissiyasının yeni "hərbi Şengen" təklifinə əsasən, Aİ üzv dövlətləri qitənin digər ölkələrinin hərbi qoşunlarının və texnikalarının sülh dövründə cəmi üç gün, fövqəladə hallarda isə altı saat ərzində sərhədlərini keçməsinə icazə verə biləcəklər. Bu təklif blok daxilində hərbi mobilliyi əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyir.

"Təəssüf ki, bu gün hərbi texnikanın və qoşunların, məsələn, qərbdən şərqə daşınması aylarla vaxt aparır. Biz bunu bir neçə gün ərzində reallaşdırmaq istəyirik" - davamlı nəqliyyat və turizm üzrə Avropa komissarı Apostolos Sitsikostas bildirib.  O, Euronews və digər media qurumlarının iştirak etdiyi brifinqdə deyib: "Qitəd' hərəkət edə bilmirsinizsə, onu müdafiə edə bilməzsiniz. Bu, tamamilə aydındır. Buna görə də biz bu hərbi Şengeni yaradırıq."

"Hərbi mobillik" adlanan paket çərşənbə günü rəsmi olaraq təqdim olunub. Bu, Avropa Komissiyası tərəfindən ilin əvvəlindən bəri açıqlanan, onilliyin sonuna qədər Aİ müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirmək üçün bir sıra planların sonuncusudur. Bəzi kəşfiyyat orqanlarının fikrincə, bu vaxta qədər Rusiyanın başqa bir Avropa ölkəsinə hücum etmək üçün vasitələri ola bilər.

Əsas tədbirlərdən biri sərhədyanı hərbi mobillik üçün icazələrin verilməsini sürətləndirmək olacaq. Hazırda  Aİ-yə üzv olan 27 dövlətin qaydaları uyğunlaşdırılmayıb və bəzilərinə qoşun və ya avadanlıqların ölkə ərazisi üzərindən daşınması ilə bağlı digər dövlətin sorğusuna cavab vermək üçün bir neçə həftə tələb olunur.

Avropa Komissiyası bu müddəti sülh dövründə maksimum üç günə, fövqəladə hallarda isə cəmi altı saata endirmək istəyir, özüdə sonuncu halda tələbin təmin ediləcəyini güman edilir.

Plan, üzv dövlətlərə təbii və ya texnogen fəlakətlər zamanı tez bir zamanda yardım almağa imkan verən Aİ Mülki Müdafiə Mexanizmi modelinə əsaslanan yeni bir Avropa gücləndirilmiş cavab sisteminin yaradılmasını nəzərdə tutur. Buraya üzv dövlətlərin digər ölkələrin istifadəsi üçün aktivləri - məsələn, qatarlar, bərə və ya strateji hava daşımaları, eləcə də hərbi əməliyyatlar üçün istifadə edilə bilən mülki şirkətlərdən ikili təyinatlı nəqliyyat və logistika aktivlərini sadalayan hərbi mobillik kataloqu daxil olacaq.

Bütün bu işlər hər bir Aİ üzv dövlətindən milli koordinatorlardan ibarət yeni Hərbi mobillik nəqliyyat qrupu tərəfindən əlaqələndiriləcək. Onlar həmçinin yerləri hələ açıqlanmayan dörd razılaşdırılmış hərbi dəhlizin təkmilləşdirilməsi üçün zəruri hesab edilən 500 infrastruktur layihəsinin maliyyələşdirilməsinə üstünlük verəcəklər.

Məqsəd hərbi texnikanın çəkisini və ölçüsünü dəstəkləmək üçün yolları, dəmir yolu xətlərini, limanları, hava limanlarını, tunelləri və körpüləri təkmilləşdirməkdir.

"Etibarlı logistika şəbəkələri müharibədə qalib gəlmək və məğlub olmaq arasında fərq yaradır, - deyə Sitsikostas bildirib: "Diqqət gücü sürətlə artırmaq üçün qısamüddətli, sürətli investisiyalara yönəlib."

Komissar bu vəzifəni yerinə yetirmək üçün 100 milyard avro lazım olacağını təxmin edir, lakin Aİ 2027-ci ildə başa çatan cari çoxillik büdcədə hərbi mobillik üçün yalnız 1,7 milyard avro ayırıb ki, bu da Sitsikostasın  dənizdə bir damla kimi təsvir etdiyi məbləğdir.

2028-ci ildə başlayan növbəti yeddiillik büdcə üçün 18 milyard avrodan bir az az vəsait ayırmaq təklif olunur ki, bu da on dəfə artım deməkdir, lakin yenə də lazım olandan çox uzaqdır.

Lakin, Sitsikostasın dediyinə görə, bu, üzv dövlətlər üçün mövcud olan yeganə vəsait mənbəyi deyil.

İnfrastrukturun ikili məqsədi nəzərə alınmaqla, üzv dövlətlər blokun əsas investisiya siyasəti çərçivəsində ayrılan birlik vəsaitlərindən, eləcə də regionlar arasında bərabərsizliyi azaltmağı hədəfləyən pullardan istifadə edə bilməlidirlər.

Əksəriyyəti NATO üzvü olan Aİ üzv dövlətləri bu investisiyaları alyansın yeni xərc hədəfinə yönəldə biləcəklər.

Lakin, Sitsikostanın sözlərinə görə, məsələ yalnız pulla bağlı deyil:

"Dünyadakı geosiyasi vəziyyət hazırda çətindir, ona görə də daha sürətli hərəkət etməyi, daha çox işləməyi və gözləniləndən daha tez nəticə verməyi öyrənməliyik".

Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın nüfuzunun artırılması istiqamətində səylər davam etdiriləcək  

18:51
01 Aprel

Portuqaliya Azərbaycanda səfirlik açacaq

18:41
01 Aprel

Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir

18:29
01 Aprel

Ekspert: Rusiya və Azərbaycan enerji əməkdaşlığını gücləndirir  

18:22
01 Aprel

Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlıq inkişaf etdiriləcək  

18:21
01 Aprel

Türkmənistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivləri dəyərləndirilib

18:20
01 Aprel

Yeni səfir Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib  

18:20
01 Aprel

Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gəlib

18:01
01 Aprel

Baş Prokuror: Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hüquq sistemlərindəki əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir  

17:57
01 Aprel

Azərbaycan–Şimali Kipr əlaqələri güclənir

17:53
01 Aprel

Yağışların intensivliyinin artması nə ilə bağlıdır?

17:47
01 Aprel

Tramp: Atəşkəsi Hörmüz boğazı açıq, azad və təmiz olanda nəzərdən keçirəcəyik

17:16
01 Aprel

Süni intellekt distant təhsildə yeni mərhələ yaradır  

17:08
01 Aprel

Beynəlxalq turnirin qalibi olan Azərbaycan millisi FIFA reytinqində irəliləyib

17:01
01 Aprel

Abşeron rayonu ərazisindəki yolun çökmə səbəbi açıqlanıb

16:41
01 Aprel

Aviazərbələr nəticəsində İsfahandakı metallurgiya zavoduna ciddi ziyan dəyib

16:37
01 Aprel

Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyinə görə Azərbaycana təşəkkür edib

16:23
01 Aprel

“El Mundo”: NATO İran müharibəsi fonunda dərin böhran yaşayır

16:22
01 Aprel

SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb  

16:21
01 Aprel

Baş nazir Əli Əsədov Şimali kiprli həmkarı ilə görüşüb

16:18
01 Aprel

Gürcüstanda xüsusi əməliyyat: 108 nəfər saxlanılıb

16:17
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!