17 Aprel 2025 15:22
744
İDMAN
A- A+
Avropa çempionatında uğur qazanmış güləşçilərlə görüş keçirilib  

Avropa çempionatında uğur qazanmış güləşçilərlə görüş keçirilib  


Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləş üzrə milli komandaların üzvləri, məşqçiləri və Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri ilə görüş keçirilib.

AGF-dən AZƏRTAC-a verilən məlumata görə, qurumun baş katibi Nəsimi Musayev, İcraiyyə komitəsinin üzvləri Namiq Abdullayev və Fərid Mansurov, yunan-Roma güləşi üzrə baş məşqçi Aleksandr Tarakanov, sərbəst güləş üzrə baş məşqçi Xetaq Qazyumov, qadın güləşi üzrə baş məşqçi əvəzi Toğrul Əsgərov, federasiyanın qadın güləşi üzrə koordinatoru Mariya Stadnik və yığmaların bir neçə üzvü qazanılan uğurlar barədə təəssüratlarını bölüşərək yeni yarışlara hazırlıq planları ilə bağlı məlumat veriblər. Bildirilib ki, dövlət rəhbərliyi səviyyəsində güləşin inkişafına hərtərəfli dəstək göstərilir. Bu ildən etibarən müxtəlif yaş kateqoriyaları üzrə ölkə çempionatları bölgələrdə təşkil olunur, Bakıda və regionlarda güləş zallarının intensiv şəkildə yenidən qurulması və inventarla təminatı həyata keçirilir. Bu isə güləşə kütləvi marağın artmasına təkan verir.

Görüşdə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Prezident İlham Əliyevin möhtəşəm qələbə münasibətilə güləşçilərə təbriklərini çatdırıb, uğurların davamlı olmasını arzulayıb. Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı ilə ölkəmizdə idmanın inkişafına hərtərəfli şərait yaradılıb: “Bu isə idmançılarımıza, o cümlədən güləşçilərə yüksək nəticələrə nail olmağa böyük stimul verir. Sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın Avropa çempionu olması Azərbaycan güləşinin dünya səviyyəsində yüksək mövqeyini bir daha təsdiq edir”.

Qeyd olunub ki, ölkədə güləşin populyarlığı və bu idman növü ilə məşğul olanların sayı ildən-ilə artır, milli komandalarımızda daha çox istedadlı gəncin təmsil olunmasına imkan yaranır. Müxtəlif yaş qrupları üzrə Avropa və dünya çempionatlarında qazanılan uğurların milli komandaların güclü və geniştərkibli bazaya sahib olduğunu göstərdiyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Slovakiyada keçirilmiş güləş üzrə Avropa çempionatında idmançılarımız ümumilikdə 4 qızıl, 2 gümüş, 7 bürünc medal qazanaraq, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinci yeri tutublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayıb

13:11
13 Mart

Çinin səfiri: Azərbaycan ÇXR Sədrinin qlobal təşəbbüslərini dəstəkləyir

12:43
13 Mart

İki ayda Qəbələyə 13 min 209 turist gəlib

12:28
13 Mart

Ötən il Azərbaycanın sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub  

12:13
13 Mart

Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə dövlət tərəfindən mənzillər verilib

12:10
13 Mart

Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir

12:09
13 Mart

Ötən il 959 təhsil müəssisəsində cari təmir işləri aparılıb

12:08
13 Mart

Sürücülər arasında daha çox rast gəlinən 5 təhlükəli vərdiş

12:01
13 Mart

Baş nazir: Son 7 ildə 4 milyon insanı əhatə edən sosial islahatlar həyata keçirilib  

11:53
13 Mart

Anar Bağırov: Andiçmədən sonra vəkillərin sayı artacaq

11:51
13 Mart

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb

11:49
13 Mart

Şəki və Qəbələdə 1500-ə yaxın ağac əkilib

11:48
13 Mart

Konstitusiya Məhkəməsinin sədri: Vəkillik Azərbaycanda institusional təsisat kimi çox böyük yol keçib  

11:46
13 Mart

Bakı Forumunda “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” mövzusunda müzakirələr başlayıb  

11:42
13 Mart

Azərbaycanda ÜDM-in həcmi 1,4 faiz artıb

11:36
13 Mart

Əli Əsədov: Vaşinqton Zirvə Görüşü regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şərait yaradıb  

11:32
13 Mart

Baş nazir: Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır  

11:29
13 Mart

BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalarla bağlı gərgin müzakirələr 

11:29
13 Mart

Baş nazir: 2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi mühüm mərhələ kimi yadda qalıb  

11:18
13 Mart

Səfir: “İki sessiya” dünyaya Çinin sabit inkişafını nümayiş etdirib

11:17
13 Mart

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!