16 Sentyabr 2023 11:16
318
İDMAN
A- A+

Avropa Çempionatında möhtəşəm nəticə


Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub. Mötəbər turnirdə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında 44 şahmatçımız iştirak edib.
8 yaşlı oğlan şahmatçıların turnirində çıxış edən Məhəmməd Kazımzadə son iki turda vacib qələbələr qazanaraq 7,5 xal ilə qızıl medalın sahibi olub. Qızların həmin yaş qrupundakı turnirində yarışı məğlubiyyətsiz başa vuran Mehriban Əhmədli eyni nəticə ilə qalib adını qazanıb.
12 yaşlı oğlanların turnirində 7,5 xal ilə Əhməd Xaqan qızıl medala layiq görülüb. Qızların həmin yaş qrupundakı turnirində 7 xal toplayan Səadət Bəşirli 2-5-ci yerləri bölüşdürüb, əlavə göstəricilərə görə Səadət çempionatın bürünc medalını qazanıb.
14 yaşlı oğlanların turnirində Rüstəm Rüstəmov 9 oyundan 8 xal toplayaraq qızıl medalı əldə edib.
18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə turniri gümüş medalla başa vurublar.
Qeyd edək ki, şahmatçılarımızdan 10 yaşlı qızların turnirində son turda məğlub olan Əsnad Baxşızadə və 16 yaşlı qızların turnirində Nərmin Abdinova medal qazanmaq imkanlarını itirərək, yarışı 5-ci pillədə başa vurublar.
Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medalla qayıdır.
Ümumilikdə Avropa çempionatında 46 ölkədən 928 şahmatçı mübarizə aparıb.


"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video