25 Oktyabr 2025 08:45
736
İQTİSADİYYAT
A- A+
ARDNF cari ilin 9 ayı üzrə gəlir və xərclərini açıqlayıb

ARDNF cari ilin 9 ayı üzrə gəlir və xərclərini açıqlayıb


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb. Məlumatda "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından daxil olan gəlirlər barədə rəqəmlər də öz əksini tapıb. 

Cari ilin 9 ayında AÇG yataqlar blokundan 6 milyard 183,9 milyon manat vəsait daxil olub. "Şahdəniz"dən daxil olan gəlir isə 697 milyon manat təşkil edib. Bu, qaz və kondensatdan əldə edilən ümumi gəlirdir.

Göstərilən rəqəmlər AÇG və "Şahdəniz"də hasilatın ahəngdar davam etdiyini təsdiqləyir. Bunu BP şirkətinin məlumatından  da görmək olur. Belə ki, əməliyyatçı şirkət son məlumatında "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılmasının davam etdiyini bildirib.  

İlin ilk altı ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 16 milyon barel) kondensat çıxarılıb. Qeyd edək ki, mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 77,2 milyon (ildə təqribən 28,2 milyard) standart kubmetrdir. 

BP-nin məlumatına görə, AÇG-dən ümumi hasilat gündə orta hesabla 327 min barel, yarım ildə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub. "Çıraq"dan gündəlik orta hasilat 21 min, "Mərkəzi Azəri"dən 86 min, "Qərbi Azəri"dən 75 min, "Şərqi Azəri"dən 42 min, "Dərinsulu Günəşli"dən 54 min, "Qərbi Çıraq"dan 24 min və ACE-dən ("Azəri Mərkəzi Şərqi") 25 min barel təşkil edib. 

ARDNF-in digər bir məlumatında cari il sentyabrın 30-na fondun aktivlərinin 2025-ci ilin əvvəlinə (60 milyard 31,4 milyon dollar) nisbətən 16,9 faiz artaraq 70 milyard 161,7 milyon dollar təşkil etdiyi bildirilir. 

Dövlət Neft Fondu həmçinin onu da bildirir ki, qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirmişdir. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindən həyata keçirilən irihəcmli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olmuşdur. Nəticə etibarilə bu amillər fondun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və büdcədənkənar gəlirlərin artımına töhfə vermişdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis edilməsi haqqında fərman karbohidrogenlər kimi qiymətli sərvətimizin xalqa davamlı şəkildə xeyir-bərəkət gətirməsi məqsədilə 1999-cu il dekabrın 29-da Ümummilli Lider Heydər Əliyev  tərəfindən  imzalanıb. Bir il sonra - 2000-ci il dekabrın 29-da Ulu Öndərin növbəti fərmanı ilə ARDNF-in Əsasnaməsi təsdiq olunub. Bundan yarım il sonra isə daha bir fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edilib və qurum əməli fəaliyyətə başlayıb.

ARDNF-in fəaliyyəti xeyirxah, məqsədyönlü və uzaqgörən siyasət əsasında qurulub. Qurumun qarşısında çox mühüm vəzifələr dayanır ki, onlardan da ölkədə makroiqtisadi sabitliyin qorunması, neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və s. xüsusilə əhəmiyyətli yer tutur. Fondun fəaliyyəti, eləcə də, ölkənin sosial-iqtisadi tərəqqisi naminə nəhəng ümummilli layihələrin maliyyələşdirilməsinə dəstək verir.

2025-ci ilin yanvar-sentyabr aylarında icrası davam edən, aşağıda adıçəkilən layihələrə 34,3 milyon manat yönəldilib. Belə ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə yönəldilən vəsait 8,2 milyon manat təşkil edib. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə isə 26,1 milyon manat yönəldilib. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!