29 Oktyabr 2025 08:30
484
İQTİSADİYYAT
A- A+
Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkasının növbəti ünvanı Şəki oldu

Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkasının növbəti ünvanı Şəki oldu


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə regionlarda toxum sərgi-satış yarmarkaları uğurla davam etdirilir. Növbəti Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası Şəki şəhərində təşkil edilib.

Yarmarka Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirin əsas məqsədi regionda toxumçuluq sahəsinin inkişaf perspektivlərini nümayiş etdirmək, yerli fermerlərin satış imkanlarını genişləndirmək, sahibkarlığın təşviqi və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.

Tədbirin rəsmi açılış mərasimində çıxışında Elxan Usubov ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sektorun dinamik inkişaf etdiyini vurğulayıb. O, fermerlərin keyfiyyətli və sertifikatlaşdırılmış toxumlarla təmin olunması, innovativ texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında festival və sərgi-satış yarmarkalarının regionlarda toxumçuluq sahəsinin inkişafına təkan verdiyini, fermerlərin keyfiyyətli toxum materiallarına daha rahat çıxış imkanlarına malik olduğunu və aqrar sahibkarlar arasında qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşdığını vurğulayıb.

Sərgi çərçivəsində Şəki şəhərindən toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, eləcə də yerli fermerlər məhsullarını nümayiş etdiriblər. Festival zamanı iştirakçılara müasir texnologiyalar, gübrə və toxum nümunələri, güzəştli kredit imkanları barədə məlumatlar təqdim olunub, habelə təlimlər keçirilib.

Festival iştirakçılarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilmiş vahid stenddə regionun aqroiqlim və torpaq şəraitinə uyğun tövsiyə olunan toxum növləri, o cümlədən "Yubiley 90", "Mətin", "Əsgəran", "Arsenal", "Lider" və "Ləyaqətli 80" yumşaq buğda sortları və "Dəyanətli", "Cəlilabad 19", "Sadiq", "İdra" və digər arpa növləri təqdim olunub.

Festival çərçivəsində Aqrar Xidmətlər Agentliyinin mütəxəssisi Vüqar Hacıəhmədzadə tərəfindən "Payızlıq taxıl əkinlərində sertifikatlı toxumlardan istifadə" mövzusunda təlim keçirilib. Təlimin məqsədi payızlıq taxıl sahəsində fermerlərin bilik və bacarıqlarını artırmaq, innovativ yanaşmaları tətbiq etmələrinə dəstək verməkdir.

Təlim zamanı iştirakçılara sertifikatlı toxumların seçilməsi və tətbiqi, məhsuldarlığın artırılması üçün düzgün texnologiyaların tətbiqi, eləcə də regionun aqroiqlim şəraitinə uyğun əkin üsulları barədə ətraflı məlumat verilib. Təlim zamanı fermerlər və toxum istehsalçıları birbaşa mütəxəssislərlə müzakirələr apararaq praktik tövsiyələr alıblar.


"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!