10 Sentyabr 2025 18:09
436
SİYASƏT
A- A+
AQEM-in 13-cü sessiyasında qlobal çağırışlar fonunda qadınların və gənclərin rolu müzakirə edilib

AQEM-in 13-cü sessiyasında qlobal çağırışlar fonunda qadınların və gənclərin rolu müzakirə edilib


“İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində yan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya və Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin baş elmi işçisi Cao Jiahanın moderatorluğu ilə keçirilən iclasda “Yeni Asiya nizamının formalaşması” mövzusu müzakirə olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Roza Bayramlı qeyd edib ki, AQEM-in Beyin Mərkəzləri Forumunun əsas məqsədlərindən biri ideyaların paylaşılması ilə yanaşı, ortaq vizyonumuzu genişləndirməkdir. Unutmamalıyıq ki, cəmiyyətlərimizi inklüziv və dayanıqlı etmək mümkün deyil, əgər burada qadınların fəal iştirakı təmin olunmasa.

“COVID-19 pandemiyası zamanı da qadınların səsi bir çox Asiya ölkəsində ictimaiyyət üçün güclü dayağa çevrildi. Lakin təəssüf ki, bəzi ölkələrdə qadınlar işçi qüvvəsində geniş təmsil olunsalar da, rəhbər vəzifələrdə hələ də kifayət qədər yer almırlar. Bunun əsas səbəblərindən biri bəzi cəmiyyətlərdə mövcud olan mədəni stereotiplərdir. Bu stereotiplər qadınların liderlik imkanlarına birbaşa təsir göstərir”, - deyə R.Bayramlı vurğulayıb.

O bildirib ki, qadınların yeni ideyalar yaradılması və həyata keçirilməsində daim aktiv rol oynaması vacibdir. Azərbaycanda qadınların icmaların yenidən qurulmasında, xüsusilə müharibədən sonrakı dövrdə fəal iştirakı buna parlaq nümunədir. Azərbaycan qadınlarının ictimaiyyətdəki rolu digər ölkələr üçün də örnək ola bilər.

“Qadınların güclənməsi yalnız sosial həyatda deyil, həm də bütün iqtisadiyyatın transformasiyasında mühüm rol oynayır. Bütün bu problemlərin həlli üçün isə keyfiyyətli təhsilə çıxışın genişləndirilməsi, icmalara daha çox imkan verilməsi, qadın sahibkarlara dəstək göstərilməsi və mövcud stereotiplərin aradan qaldırılması vacibdir. Unutmayaq ki, yeni Asiya nizamı yalnız o zaman tam formalaşa bilər ki, qadınlar və kişilər güclü gələcəyi birlikdə qursunlar”, - deyə R.Bayramlı əlavə edib.

AQEM-in Hərbi-siyasi məsələlər üzrə eksperti Madina İqibayeva dünyadakı dəyişikliklər fonunda Asiyanın rolunun vacib olduğuna diqqət çəkib. O qeyd edib ki, bu dəyişikliklər böyük güclərin birləşməsinə mühüm töhfə verə bilər. Biz yeni nizamda onu da unutmamalıyıq ki, qadınlar da bu proseslərə mühüm töhfə verir.

İnklüziv idarəçiliyin daim öndə olmasının önəmini diqqətə çatdıran ekspert ritorikadan institusional təhlilə keçidin vacib olduğunu qeyd edib. Madina İqibayeva, həmçinin yüksəksəviyyəli tematik görüşlər keçirilməsini də təklif edib: "Yeni səsləri dinləməyi bacarmalı, yeni ideyalar paylaşmalıyıq".

Şərqi Çin Normal Universitetinin dosenti Xu Quanqmiaonun sözlərinə görə, müzakirələrdə diqqət yetirməli olduğumuz mühüm məsələlərdən biri qadınların elm və tədqiqat sahəsindəki roludur. Təəssüf ki, qadın professorların sayı onların apardıqları tədqiqatların sayına nisbətdə hələ də azdır. Bu, hətta sosial elmlər sahəsində də müşahidə olunur. Çox vaxt qadınların gördüyü işlər sanki səhnə arxasında qalır və kifayət qədər görünmür.

Forum iştirakçısı bu vəziyyətin dəyişməsi üçün müəyyən addımların atılmalı olduğuna diqqət çəkib: “İlk növbədə, qadın alimlərin işlərinin tanıdılması və ictimaiyyətə çatdırılması vacibdir. Burada sosial medianın gücü xüsusi qeyd olunmalıdır. Müxtəlif regionlarda sosial medianın təsirini araşdırmaqla biz qadınların tədqiqatlarının daha geniş auditoriyaya çatmasına şərait yarada bilərik. Eyni zamanda, gənclərin məsələlərə daha açıq perspektivdən baxması da bizə ümid verir. Bu yanaşma göstərir ki, qadınlar və gənclər birlikdə dünyanın gələcəyini formalaşdırmaqda mühüm rol oynaya bilərlər. Onlar sənayeləri, icmaları və müxtəlif sahələri öyrənərək yeni mövzulu dialoqların yaranmasına təkan verirlər”, - deyə Xu Quanqmiao vurğulayıb.

O qeyd edib ki, qadın alimlər üçün beynəlxalq elmi layihələrdə daha geniş iştirak imkanları yaradılmalıdır. “Onların məqalələri, araşdırmaları və nailiyyətləri üçün xüsusi dəstək platformaları formalaşdırılmalıdır. Təhsil imkanları daha da genişləndirilməli, gənc qadınların elmə gəlməsinə stimullar artırılmalıdır. Qadın sahibkarlar kimi qadın tədqiqatçılara da qrantlar, fondlar və təşviq mexanizmləri təqdim olunmalıdır. Ən əsası, mövcud stereotiplər aradan qaldırılmalı və qadınların liderlik imkanlarına daha açıq yanaşılmalıdır”, - deyə dosent vurğulayıb.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nümayəndəsi Kamilla Məmmədova isə gənclərin cəmiyyətin qurulmasında fəal iştirakının önəmindən danışıb. Onun sözlərinə görə, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və AQEM bu istiqamətdə ortaq məqsədlərə sahibdir. Hər iki qurum gənclərin maraqlarını qorumağı, onların bilik və bacarıqlarını artırmağı və potensiallarını reallaşdırmaq üçün yeni imkanlar yaratmağı hədəfləyir. “Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzi bu prosesdə mühüm rol oynayır. Bu mərkəz nəsillər arasında əlaqələri gücləndirməklə yanaşı, gənclərin üzləşdiyi problemlərə həll yolları axtarır, onların ideya və təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır”, - deyə K.Məmmədova əlavə edib.

Asiya Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı Varaporn Çatratiçart gələcəyin qadınların və gənclərin fəal iştirakından asılı olduğunu deyib: “Biz inanırıq ki, qadınların və gənclərin sahibkarlığa təşviqi yalnız iqtisadi deyil, həm də sosial inkişafın mühüm dayağıdır. Gənclərimiz artıq yaşıl sənayelərlə bağlı yeni biliklər əldə edirlər, bu isə dayanıqlı gələcəyin qurulmasında əsas rol oynayacaq. Biz regional dəstək proqramları, qadınlar üçün xüsusi forumlar vasitəsilə onların təşəbbüslərini reallaşdırmaq üçün münbit şərait yaradırıq. Bu, regionumuz üçün tamamilə yeni iqtisadi perspektivlər açır”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsi Humay Əhmədbəyli Prezident İlham Əliyevin Çinə səfərinin ölkələrimiz arasında əməkdaşlığa təsirindən danışıb: “Bu səfər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verdi, yalnız iqtisadi deyil, həm də siyasi, mədəni və sosial sahələrdə yeni perspektivlər açıldı”.

H.Əhmədbəyli sonda qeyd edib ki, qadın sahibkarların dəstəklənməsi, onların innovativ təşəbbüslərinə şərait yaradılması həm milli iqtisadiyyatımızın şaxələnməsinə, həm də yeni iş yerlərinin açılmasına xidmət edəcək.

Tədbir müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!