29 Mart 2024 18:14
200
DÜNYA
A- A+

“Apple” unikal cihazı üzərində çalışır

 

Bir müddətdir ki, “Apple” şirkəti smart üzük üzərində çalışır. İndi isə şirkətin smart üzüyünün maraqlı özəlliklərindən birini ortaya çıxaran patent sənədləri paylaşılıb. Sənədlərə əsasən, “Apple”ın ilk smart üzüyü jestlərlə idarəetmə özəlliyinə sahib ola bilər və o, “Apple Vision Pro”da reallaşdırılmış bənzər özəlliyin oxşarı ola bilər.
Smart üzük istifadəçinin barmağı ilə bədəninin digər hissələrinə toxunuşları təyin edə və istifadəçinin digər əlindəki barmaqlarından birinə taxıla biləcək ikinci üzük ilə sinxronlaşa biləcək. Patent fotolarından birində smart üzüyün potensial olaraq dəstəkləyə biləcəyi çoxlu sayda jest nümunələrini görmək olar.
“Apple”ın ilk smart üzüyünü nə zaman təqdim edəcəyi bilinmir.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video