19 Sentyabr 2025 10:41
679
SİYASƏT
A- A+
Antiterror əməliyyatı: qısa zaman, böyük qələbə  

Antiterror əməliyyatı: qısa zaman, böyük qələbə  


Cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycan bu gün yalnız müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamır, eyni zamanda suverenliyini xalqın qəlbində ən müqəddəs dəyər kimi əbədi yaşadır. Dövlət Suverenliyi Gününün təsis edilməsi Prezidentimizin milli iradəyə, xalqımızın azadlıq və müstəqillik yolundakı mübarizəsinə verdiyi önəmin aydın təcəssümüdür.

2020-ci il 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən yayınan Ermənistan silahlı qüvvələrinin qalıqları üç il ərzində Qarabağdan çıxarmadı. Əksinə, bölgəyə yeni texnika, minaatanlar, raket sistemləri gətirildi, mülki və hərbi hədəflərə qarşı ard-arda təxribatlar törədildi. Azərbaycan dövləti isə bu müddət ərzində dəfələrlə sülhə çağırdı, hər bir məsələni danışıqlar yolu ilə təmin etməyə çalışdı. Lakin separatçı rejim qondarma qurumlarını möhkəmləndirir, “seçkilər” keçirir, dövlətimizin ərazi bütövlüyünə qarşı bəyanatlar verirdi. 2023-cü ilin sentyabrında baş verən terror aktları isə vəziyyəti dözülməz həddə çatdırdı. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu. Bütün bunlar göstərdi ki, separatçılar həm Azərbaycanın suverenliyinə, həm də bölgədə sülhə ən böyük təhlükədir.

Xüsusilə qeyd etmək lazımdır ki, 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycan dövlətçiliyinin tarixində yeni mərhələ açdı. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində separatizmə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan çıxarıldı, qondarma rejim ləğv edildi və dövlətimizin konstitusiya quruluşu tam bərpa olundu. Bu qətiyyətli addım Azərbaycanın gücünü, ərazi bütövlüyünü müdafiə etmək əzmini və xalqımızın təhlükəsizliyini təmin edən iradəsini bütün dünyaya nümayiş etdirdi.

Antiterror əməliyyatından dərhal sonra uzun müddət görüşdən yayınan erməni icmasının nümayəndələri Yevlaxda Azərbaycanla dialoqa məcbur oldular. Sentyabrın 28-də qondarma rejimin rəhbərliyi özünü ləğv etmək barədə sənəd imzaladı. Beləliklə, Qarabağda separatizmə tamamilə son qoyuldu və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Antiterror əməliyyatı zamanı Ordumuzun yüksək peşəkarlığı və mülki əhaliyə göstərilən humanist yanaşma bir daha təsdiqlədi ki, Azərbaycan dövləti beynəlxalq hüquqa və humanitar dəyərlərə sadiqdir. Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təhlükəsizliyi təmin edildi, reinteqrasiya üçün yeni imkanlar açıldı. Əməliyyat zamanı Azərbaycan Ordusunun əsas göstərişi mülki əhalinin qorunması oldu. Qadınların, uşaqların, yaşlıların, xəstələrin təhlükəsizliyi təmin olundu, humanitar yardımlar göstərildi.

Qazanılmış bu zəfər təkcə hərbi əməliyyatın nəticəsi deyildi. Onun arxasında Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, müzəffər Azərbaycan Ordusunun şücaəti, cəsur əsgərlərimizin qəhramanlığı və xalqımızın sarsılmaz birliyi dayanır. Bu birlik Azərbaycan tarixində hər zaman ən böyük zəfərlərin açarı olmuşdur və bu gün də dövlətimizin möhkəm dayağıdır. Bu gün üçrəngli bayrağımızın Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə əzəmətlə dalğalanması yalnız hərbi-siyasi uğurun deyil, həm də milli iradənin qətiyyətli təntənəsidir. Azərbaycanın əldə etdiyi bu qələbə gələcək nəsillərə azadlıq və müstəqilliyin qiymətini daha dərindən anladacaq və dövlətçilik ideyalarına sadiqliyi gücləndirəcəkdir.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda sülhün, təhlükəsizliyin və inkişafın aparıcı qüvvəsinə çevrilib və bu yol davamlı olacaq. Dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi Azərbaycanın gələcəyini daha da əzəmətli edəcəkdir. 2023-cü ilin antiterror əməliyyatı Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. Bu gün hər birimiz əminliklə deyə bilərik: Azərbaycanın müstəqilliyi və suverenliyi əbədi və dönməzdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün, təhlükəsizliyin və inkişafın aparıcı gücünə çevrilmişdir.


Hicran HÜSEYNOVA,

Milli Məclisin komitə sədri,

professor  


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!