02 Noyabr 2024 08:25
677
SİYASƏT
A- A+
Antiazərbaycançı fəaliyyət ölkəmizin haqlı mövqeyinə təsir göstərə bilməz

Antiazərbaycançı fəaliyyət ölkəmizin haqlı mövqeyinə təsir göstərə bilməz


Azərbaycanın qazandığı zəfərlərlə bölgədə reallığı dəyişdirməsi Avropa İttifaqının riyakar qurumu olan Avropa Parlamentində yuva salmış antiazərbaycançı şəbəkənin yuxusuna haram qatıb. Buna görə də avroparlamentarilər Vətən müharibəsindən sonra iş-güclərini atıb ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etməklə məşğul olurlar. Vəziyyət o dərəcədə tragikomik hal alıb ki, ötən dörd il ərzində AP-nin rüşvətxor deputatlarının ölkəmizə qarşı ard-arda qəbul etdiyi bədnam qətnamələrin sayı-hesabı itib. 

Hələ 2022-ci ildə Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman məhz bu məqama xüsusi vurğu edərək, "Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrinin sayını da yaddan çıxarmışam" deyə bildirmişdi. Dövlət başçısı onu da qeyd etmişdi ki, bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir.


Qərəz yuvası


Elə Avropa Parlamentinin bu il oktyabrın 24-də qətnamə adı altında qəbul etdiyi kağız parçası da bu qurumun ölkəmizə qərəzini açıq şəkildə ortaya qoyur. Görünən odur ki, ikiüzlü avroparlamentarilər Avropada baş alıb gedən islamofobiya, türkofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud şəkildə pozulması və digər çoxsaylı problemləri həll etmək əvəzinə Azərbaycana qarşı siyasi hücum planları hazırlamaq üçün yarışa giriblər. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçiriləcəyinin məlum olduğu zamandan etibarən korrupsioner avroparlamentarilər Azərbaycana qarşı təzyiq kampaniyasını daha da aktivləşdiriblər. Həm AP-də ölkəmizdəki həqiqətləri əks etdirməyən və böhtan xarakterli bədnam qətnamələr qəbul edilir, həm də ələ aldıqları qərəzli KİV vasitəsilə respublikamızın nüfuzunu hədəf alan çirkin kampaniya aparılır. 

"Humanizm"dən dəm vuran ermənipərəst Qərb siyasətçiləri gah Azərbaycanı sanksiyalarla hədələyir, gah ölkəmizi "etnik təmizləmə"də günahlandırır, gah separatçı quldurlara azadlıq istəyir, gah da Qarabağda hansısa tarixi irsin dağıdıldığı barədə yalanlar uydururlar.


Bölgədə sülhün olması Qərbi qane etmir 


Bu il Azərbaycanla Ermənistan arasında normallaşma istiqamətində mühüm addımlar atılıb. Artıq sərhədlərin delimitasiya və demarkasiya işlərinə start verilib, iki ölkə arasında sərhəd dirəkləri quraşdırılıb. Həmçinin Qazax rayonunun 30 ildən artıq işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana geri qaytarılıb. Bütün bunlar məhz Azərbaycanın bölgədə sülhü təşviq etməsinin mühüm nəticələridir. Əldə edilən bütün nailiyyətlər ikitərəfli danışıqlar nəticəsində, yəni üçüncü tərəflərin iştirakı olmadan əldə edilib. Bu onu göstərir ki, bölgədə maraqları olan Fransa kimi ölkələr danışıqlar prosesindən nə qədər uzaq dursalar, məsələdə irəliləyiş olar. Hazırda adıçəkilən ölkənin timsalında qərəzli Qərbin regionda sülhü dəstəkləməsini deyil, Ermənistanı silahlandıraraq onu revanşa həvəsləndirməsini müşahidə edirik.   

Cənubi Qafqazda sülh istiqamətində baş verən müsbət hadisələrin Qərb təsisatlarını qıcıqlandırması gün kimi aydındır. Bunun nəticəsidir ki, qərəzli addımlar atırlar. Oktyabrın 24-də erməni lobbisinin sözü ilə oturub duran Avropa Parlamentinin "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı növbəti qərəzli qətnamə qəbul etməsi elə sülh prosesinə zərbə vurmaqdan başqa bir şey deyil. Avropa İttifaqının adıçəkilən riyakar qurumu həmin dırnaqarası qətnaməsində insan hüquqlarının və beynəlxalq hüququn pozulması ilə bağlı ölkəmizə böhtan atır.  Korrupsiya yuvasına çevrilmiş qurum qətnamə qəbul etmək üçün məxsusi olaraq COP29-un keçiriləcəyi ərəfəni seçərək  həm də özlüyündə guya dünya ictimaiyyətinin diqqətini ölkəmizdə olan "neqativlər"ə cəlb etmək istəyir. 

Azərbaycan Milli Məclisinin AP-nin qəbul etdiyi qərəzli qətnaməni qətiyyətlə pisləyən münasibətində də deyilir ki, bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülür. 

Xatırladaq ki, oktyabrın 25-də Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb və Avropa Parlamenti tərəfindən sözügedən tarixdə qəbul edilmiş qətnamə, eləcə də bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

Göründüyü kimi, Bakıda COP29 kimi dünyamiqyaslı tədbirin keçiriləcəyi vaxta günlər qalmış həyata keçirilən mənfur təbliğat guya ölkəmizin nüfuzuna zərbə vurmaq niyyəti güdür. Ancaq antiazərbaycançı şəbəkənin mərkəzi funksiyasını yerinə yetirən Avropa Parlamentinin apardığı qarayaxma kampaniyası iflasa məhkumdur.   

Çünki başdan-başa qərəz, böhtan və iftiralardan ibarət kağız parçaları qəbul etməklə nə ölkəmizin beynəlxalq imicinə hansısa təsir göstərmək, nə də Azərbaycanın siyasi nüfuzuna zərbə vurmaq mümkündür. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranda həlak olanların sayı 1045 nəfərə çatıb

16:58
04 Mart

İraq, BƏƏ, Qazaxıstan və Oman neft hasilatı planlarını OPEC-ə təqdim ediblər  

16:56
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub

16:44
04 Mart

İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb  

16:26
04 Mart

Maliyyə Monitorinqi Xidməti: Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirir  

16:25
04 Mart

BAEA: İranda radioaktiv şüalanma riski aşkar edilməyib

16:23
04 Mart

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

16:22
04 Mart

Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb

15:56
04 Mart

Qlobal bazarları neft şoku qorxusu bürüyüb

15:54
04 Mart

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

15:53
04 Mart

ABŞ Prezidenti İspaniyaya qəzəblənib

15:52
04 Mart

Baş prokuror Kürdəmir rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:51
04 Mart

İrandakı 253 Rusiya vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib

15:50
04 Mart

Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

15:49
04 Mart

İrandan daha 35 çinli təxliyə olundu 

15:48
04 Mart

Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsinin artırılması hədəflənir

15:32
04 Mart

 “Starlink”dən uğurlu həllər

15:24
04 Mart

Təxliyə olunan azərbaycanlı: Sərhəddən keçidə icazə verildiyini televiziyadan öyrəndik

15:08
04 Mart

Türkiyə enerji səmərəliliyinə 20 milyard dollara qədər investisiya qoyacaq

14:42
04 Mart

İrandan təxliyə olunan çinli: Azərbaycan hökumətinə çox minnətdarıq

14:39
04 Mart

Ermənistanın Baş naziri: Azərbaycanla sülh regiondakı mühiti yaxşılaşdırır

14:30
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!