02 Mart 2024 13:05
208
SİYASƏT
A- A+

Antalya Diplomatiya Forumu davam edir  

 

Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu davam edir.

AZƏRTAC xəbər verir ki, tədbirin ikinci günü “Avrasiyada yeni əməkdaşlıq dinamikaları”, “Enerji təhlükəsizliyində dəyişən paradiqmalar”, “Terrorla mübarizədə yeni sınaqlar”, “Aerokosmik diplomatiya: Yeni fürsətləri kəşf etmək”, “Sahil: Təhlükəsizlik risklərindən qalıcı sülhə”, “Avropa təhlükəsizlik memarlığının gələcəyi” kimi bir çox mövzu müzakirə olunacaq. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə “Yüksək mövqeli qadın, sülh və təhlükəsizlik” mövzusunda panel iclası keçiriləcək.

Ölkəmiz tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyətləri tərəfindən təmsil olunur.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il üçüncüsü keçirilən forumda dünyanın 110 ölkəsindən təxminən 4600 nümayəndə iştirak edir.

“Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusu ilə baş tutan beynəlxalq tədbirdə iştirak etmək üçün 100-dən çox ölkədən 20-dən artıq dövlət və hökumət başçısı Antalyaya gəlib. Azərbaycan da daxil olmaqla 60-dan artıq ölkə xarici işlər nazirləri səviyyəsində təmsil olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video