03 Sentyabr 2024 12:03
75
SİYASƏT
A- A+

Amerikalı ekspert: Aram Bransonun təkbaşına və ya kimlərləsə birgə hərəkət etməsi araşdırılmalıdır

 

Erməni diasporu ilə əlaqələrə malik Aram Bransonun bomba hazırlamağa çalışması və potensial olaraq başqalarına bomba hazırlamaqla bağlı təlimat, yaxud istiqamət verməsi ilə bağlı xəbərlər narahatlıq doğurur.

Bu sözləri AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin (BAU) politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib.

O bildirib ki, xüsusilə bu hal Azərbaycan və Ermənistanın münasibətləri yaxşılaşdırmaq üçün danışıqlar apardığı bir zamanda baş verir və indiki halda əlaqələr çox həssasdır. “Bilirsiniz ki, ABŞ-dakı erməni diasporu illərdir ermənilərin adından vəkillik etməyə çalışıb və onların guya acınacaqlı vəziyyətlərini, əzablarını böyütməyə cəhd göstərib. Təbii ki, azərbaycanlıların bütün bunlara fərqli baxışı var. Biz bunu bilirik. Bu məsələdə bu gəncin müəyyən edilməsi çox müsbət haldır. İstintaq davam edir və o, həbs olunacaq. Lakin əsas məsələ odur ki, bütün bunlar nə ilə bağlıdır? Bu, təbii ki, terrordur. Bu, erməni məsələsini zorakı üsullarla təbliğ edən revanşist ideyalardan qaynaqlanan terrorizmdir və təbii ki, qanuna ziddir”, - deyə amerikalı ekspert vurğulayıb.

Paolo Von Şirah əlavə edib ki, bu şəxsin təkbaşına və ya başqalarının dəstəyi ilə fəaliyyət göstərməsi əsas suallardan biridir. “O, bomba hazırlamaqla azərbaycanlı dövlət məmurlarını, iş adamlarını və ya siyasətçiləri qətlə yetirməyə cəhd edib. Lakin o, tək hərəkət edib? Bu, məsələnin başqa bir tərəfidir və hadisəni daha da ciddiləşdirir. Təəssüf ki, hər bir cəmiyyətdə siyasi məsələlərlə bağlı zorakı hissləri “motivasiya” edən, çılğın fikirlərə malik radikal insanlar olur. İndiki halda bu, ciddi məsələdir, lakin dramatik səviyyədə deyil. Amma əgər araşdırma bu işdə başqalarının və ya erməni fəalların gizli şəbəkəsinin iştirakını aşkara çıxarsa, bu, artıq məsələni daha qəliz məcraya çıxarar. Bunu müəyyən etmək lazımdır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları, müstəntiqlər və ya məsələni araşdıran digər rəsmilər onun təkbaşına və ya kimlərləsə hərəkət etdiyini araşdırırlar. Əgər gənc təkbaşına hərəkət edibsə, bu məsələ həll olunmalı və o, cəzasını almalıdır. Çünki bütün sivil ölkələrdə, o cümlədən ABŞ-da açıq-aydın siyasi məqsədi təşviq etmək üçün zorakılıq üsullarından istifadə etmək qanuna ziddir. Lakin onun digər təşkilatlarla birlikdə hərəkət etməsi, pul və ya digər vasitələrlə dəstək alması artıq başqa məsələdir. İstintaqın cinayətdə əli ola biləcək digər insanların da müəyyənləşdirilməsinə gətirib çıxaracağına ümid edirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video