30 Yanvar 2026 11:37
588
DÜNYA
A- A+
Amerika ilə əməkdaşlığın strateji səviyyəyə yüksəlməsi Azərbaycana siyasi və təhlükəsizlik zəmanəti qazandıracaq  

Amerika ilə əməkdaşlığın strateji səviyyəyə yüksəlməsi Azərbaycana siyasi və təhlükəsizlik zəmanəti qazandıracaq  


ABŞ-ın vitse-prezidenti Cey Di Vensin fevral ayında regiona səfəri artıq dəqiqləşib. Bu barədə Prezident Donald Tramp məlumat verərək bildirib ki, vitse-prezident ABŞ-ın dostu olan iki Cənubi Qafqaz respublikasına (Azərbaycan və Ermənistan) səfər edəcək.

AZƏRTAC xəbər verir ki, ilk dəfə ABŞ-ın yüksəksəviyyəli rəsmi şəxsi Azərbaycana 2008-ci ilin sentyabrında səfər edib. Həmin dövrdə vitse-prezident olan Dik Çeyni Ermənistana deyil, Azərbaycan və Gürcüstana səfər etmişdi. Həmin vaxt Ermənistan Rusiyanın “forpost”u olduğu üçün ABŞ-ın diqqətindən kənarda qalaraq Qarabağda separatizmi gücləndirirdi ki, ABŞ şirkətləri regiona sərmayə yatırmasın və ümumilikdə rəsmi Vaşinqton Cənubi Qafqaza nüfuz edə bilməsin.

Bu gün isə Ağ Ev administrasiyası prioritetlərini dəyişib və məsələ heç də dünyaya hegemonluq edib regionları nəzarət altına saxlamaqdan getmir. Məsələnin mahiyyəti iqtisadi əməkdaşlıqdan, biznesi mühiti formalaşdırmaqdan, iqtisadi dividentlər əldə etməkdən gedir ki, bu da təsadüfi deyil. Amerika dünyanın sırf kapitalist ictimai-iqtisadi formasiyasına malik olan dövlətdir və ona bəlkə də dünyanın ən uğurlu biznesmeni rəhbərlik edir.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavir, görkəmli politoloq Zbiqnev Bzejinski (1928-2017) özünün məşhur “Böyük şahmat taxtası” kitabında yazırdı ki, “Xəzər dənizi Mərkəzi Asiya ölkələrinin enerji resurslarının və sərvətinin Avropaya açılması üçün açar rolunu oynayır. Buna görə də Azərbaycan böyük geosiyasi əhəmiyyətinə malik olan ölkədir”. Onun fikrincə ABŞ daim Cənubi Qafqazı diqqətdə saxlamalı burdakı dövlətlərlə əməkdaşlıq əlaqələrini genişləndirməlidir. Politoloq qeyd edirdi ki, ABŞ 2033-cü ilə kimi dünyanın vahid hegemon dövləti olaraq qalacaq və 2033-cü ildən sonra isə öz hegemonluğunu müttəfiqlik siyasəti ilə davam etdirəcək. Görkəmli politoloqun fikirləri bu gün özünü doğruldur və ABŞ Cənubi Qafqaza diqqətini artırmaqla burada müttəfiqlər qazanır.

ABŞ-ın Cənubi Qafqazda maraqlarının ciddi formalaşmasını şərtləndirən əsas amillər regionun coğrafi mövqeyi, geostrateji mövqeyi və malik olduğu zəngin enerji ehtiyatlarıdır. Bu amilləri nəzərə alaraq Birləşmiş Ştatlar son otuz ildə regionla bağlı prioritetlərini belə müəyyənləşdirib: təhlükəsizlik, enerji və islahatlar. 1990-cı illərin əvvəllərindən günümüzə kimi dəyişən Ağ Ev administrasiyalarının regionla bağlı siyasətində məhz bu prioritetlər üstünlük təşkil edib. Vaşinqtonda belə bir qənaət formalaşıb ki, Cənubi Qafqaz dövlətləri ilə hər üç sahədə əməkdaşlığın dərinləşdirilməsi ABŞ-ın və bütövlükdə Qərbin regionda geostrateji maraqlarının təmin edilməsi baxımından əlverişli mühit yaradır.

Kopenhagen Universitetinin siyasi elmlər kafedrasının Qafqaz üzrə elmi şəbəkəsində (Caucasus Mountain Region Scientific Network) Kamilla Xoxor və Pol Viberq Yorqensenin “ABŞ-ın Cənubi Qafqazda strateji imkanları” məqaləsində deyilir ki, “Cənubi Qafqaz bölgəsinə qarşı ardıcıl siyasət aparılaraq inkişaf etdirilərsə, ABŞ geniş strateji üstünlüklər əldə edə bilər. Bu region geosiyasi üstünlüyün əldə edilməsini təmin edən vacib regiondur”.

Göründüyü kimi, bütün bunlar ABŞ-ın regiona nüfuz etməsini, sadəcə olaraq yalnız iqtisadi maraqlar deyil, həm də geosiyasi faktorlar şərtləndirir. Lakin Z.Bzejinskinin qeyd etdiyi ki, bu gün ABŞ 2033-cü ilə hazırlaşaraq müttəfiqlərinin sayını artırmağa çalışır və adekvat olaraq ABŞ ilə müttəfiq olmaq müasir dünyada üstün mövqe qazanmaqdır. Vaşinqton müttəfiqliyi iqtisadi əməkdaşlıqla, sərmayə və qarşılıqlı faydalı biznes layihələri ilə əldə etməyə cəhd göstərir ki, qarşılıqlı faydalı əməkdaşlıq eləcə də, müttəfiqlik strateji xarakter daşısın, dayanıqlı və etibarlı olsun.

Bu baxımdan vitse-prezident Cey Di Vensin səfəri tanışlıq xarakteri daşıyır. Səfər çərçivəsində Zəngəzur dəhlizinin də təməl qoyma mərasiminin keçirilməsi gözlənilir.

Amerikanın strateji maraqlarını Cənubi Qafqazda iki mühüm faktor təmin edir. Bunlardan biri tranzit nəqliyyat dəhlizləri, digəri isə regionun ABŞ-ın geosiyasi rəqiblərinin qonşuluğunda yerləşməsidir. İkinci faktor birincidən doğur. Belə ki, Zəngəzur dəhlizinin fəaliyyətində maraqlı olan ABŞ onun təhlükəsizliyini də qorumalı və rəqiblərinin regionda destabil vəziyyət yaratmasına imkan verməməlidir. Digər tərəfdən ABŞ-ın Azərbaycana marağının əsas səbəblərindən biri də rəsmi Bakının müstəqil xarici siyasət apararaq iqtisadi inkişafa diqqət ayırması, beynəlxalq layihələrə müəlliflik etməsindədir. Azərbaycan böyük qüvvələrin “forpost”u olub separatçılara dəstək verməkdə, geosiyasi oyunlarda alət olmaq siyasətindən çox uzaqdır.

Beləliklə, ABŞ-ın vitse-prezidentinin regiona səfərinin Azərbaycan üçün faydalı olacağı şübhəsizdir. Əvvəla Ermənistan ilə sülh prosesi sürətlənəcək və sülh müqaviləsi imzalanarsa dayanıqlı olacaq. Digər tərəfdən Azərbaycanın müttəfiq seçilərək onun daha da inkişafına nail olmaq məqsədilə 907-ci düzəlişin aradan qaldırılması aktuallaşacaq, Zəngəzur dəhlizinin infrastrukturu üçün sərmayə ayrılması təmin olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:51
17 Mart

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim cərimələnəcək 

14:49
17 Mart

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edilib 

14:48
17 Mart

İxraca göndərilən neft məhsullarının həcmi azalıb

14:36
17 Mart

Azərbaycanın təbii qaz ixracı 5 faizədək artıb

14:30
17 Mart

“Neftçi” növbəti dəfə azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib

14:28
17 Mart

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

13:52
17 Mart

Mərkəzi Bank: 2025-ci il üzrə ölkənin xalis xarici maliyyə aktivləri 5,4 milyard dollar artıb

13:41
17 Mart

Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir

13:33
17 Mart

San-Marinanın Kapitan-Regenti: Azərbaycan bir sıra beynəlxalq iqtisadi əlaqələrin inkişafına dəstək verən layihələrin iştirakçısıdır  

13:23
17 Mart

Gürcüstan Patriarxı II İlya xəstəxanaya yerləşdirilib

13:01
17 Mart

Ağdam şəhərində Novruz yarmarkası açılıb

12:56
17 Mart

Donald Trampa Fars körfəzində İranın qisas tədbirləri ilə bağlı xəbərdarlıq edilibmiş  

12:50
17 Mart

Xocavənd kəndində daha 11 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

12:47
17 Mart

Sabah gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

12:46
17 Mart

Xarici vətəndaşların İrandan təxliyəsi: “Astara” buraxılış məntəqəsində son vəziyyət 

12:45
17 Mart

Ötən il Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi 6,5 milyard dolları ötüb  

12:41
17 Mart

İranda ABŞ və İsrailə casusluq edənləri edam cəzası gözləyir

12:41
17 Mart

MM qadın hərbçilərlə bağlı qanunvericiliyə dəyişikliyi qəbul edib

12:33
17 Mart

MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə dair Protokol təsdiqlənib  

12:30
17 Mart

“Yerin təki haqqında” Qanuna dəyişikliklər təsdiqləndi: Yeni qaydalar resurs istifadəsini və ekoloji nəzarəti gücləndirəcək  

12:19
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!