04 İyul 2023 16:30
3296
Elm və texnika
A- A+
AMEA Bolqarıstanın elmi müəssisələri ilə əməkdaşlığı genişləndirir

AMEA Bolqarıstanın elmi müəssisələri ilə əməkdaşlığı genişləndirir

 

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bolqarıstanda səfərdədir. Səfər zamanı AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında elmi əməkdaşlığa dair anlaşma memorandumu imzalanacaq. Həmçinin akademik İsa Həbibbəyli Bolqarıstan EA-nın bir sıra elmi-tədqiqat institutlarının iş təcrübəsi ilə tanış olacaq.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA prezidenti əvvəlcə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olub. Mərkəzin direktoru Sofiya Şiqayeva-Metriska qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, Sofiya Universitetində türkologiya və şərqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrə 2013-cü ildən Azərbaycan dili, 2015-ci ildən Azərbaycan multikulturalizmi fənləri tədris olunur, yeni dərs ilindən isə Azərbaycan ədəbiyyatı fənninin tədrisinə başlanılacaq.

Mərkəzin işini yüksək qiymətləndirən İsa Həbibbəyli indiyədək burada Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə Nizami Gəncəvi, İmadəddin Nəsimi və Cəlil Məmmədquluzadənin əsərlərinin bolqar dilinə ilk dəfə tərcümə edilərək nəşr olunmasını əhəmiyyətli hadisə adlandırıb. AMEA prezidenti Sofiya Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə təbrikini çatdırıb. Akademik Mərkəzə üzərində Qarabağın rəmzi xarıbülbülün simvolu olan xalça və Azərbaycan Respublikasına, o cümlədən Qarabağa və Şuşaya aid kitablar, bir sıra elmi nəşrlər hədiyyə edib.

Akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutunun Arxeologiya Muzeyini də ziyarət edib. Muzeyin direktoru professor Stefan Aleksandrov AMEA rəhbərinə Bolqarıstanın tarixi mədəniyyət nümunələrinin nümayiş olunduğu muzey eksponatları barədə ətraflı məlumat verib. İsa Həbibbəyli isə Azərbaycanda, xüsusilə ölkəmizin Qarabağın işğaldan azad edilmiş ərazilərində aparılan arxeoloji qazıntılar, dünyanın nadir qədim insan məskənlərindən biri olan Azıx mağarası və sairə barədə söhbət aparıb və arxeologiya sahəsində mövcud əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Səfər çərçivəsində İ.Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının Etnologiya və Folklor İnstitutunun rəhbərliyi ilə də görüşüb, elmi-tədqiqat müəssisəsinin tərkibində fəaliyyət göstərən Etnoqrafiya Muzeyini ziyarət edib. Etnologiya və Folklor İnstitutunun direktoru professor Vladimir Pençev AMEA prezidentini rəhbərlik etdiyi elmi müəssisənin iş şəraiti və tədqiqat istiqamətləri ilə tanış edib. Görüş zamanı müasir mərhələdə etnoqrafiya və etnologiya elmlərinin funksiyaları, akademiyanın elmi bölmələrindəki yeri və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb, bu istiqamətdə Azərbaycan və Bolqarıstan alimlərinin əməkdaşlıq perspektivləri barədə danışılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub  

21:59
09 Fevral

Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb  

21:53
09 Fevral

Azərbaycanın karateçiləri Avropa çempionatından 3 medalla dönürlər  

21:19
09 Fevral

“Qalatasaray”ın oyunu mübahisəli penalti qərarına görə yarımçıq dayandırılıb  

21:15
09 Fevral

Misli Premyer Liqası: “Sabah” “Turan Tovuz”u məğlub edib  

20:57
09 Fevral

Zelenski: Müharibənin bu il başa çatması mümkündür  

20:21
09 Fevral

Ukrayna ordusu ayda 200 min dronla təmin olunur  

20:00
09 Fevral

Yeniyetmə boksçular arasında ölkə birinciliyi başa çatıb  

19:04
09 Fevral

Misli Premyer Liqası: “Şamaxı” doğma meydanda “Sumqayıt”a qalib gəlib

18:57
09 Fevral

Egey bölgəsindəki seysmik aktivlik Türkiyəyə təsir edə bilər

18:53
09 Fevral

Elçin Xələfov: 207 hakimliyə namizəd yazılı imtahanda iştirak edib

18:03
09 Fevral

Milyarder Klaus-Mixael Kühne Hamburqda opera binasının inşası üçün 330 milyon avro ayırıb  

17:51
09 Fevral

Sabah qar yağacaq, külək əsəcək - Proqnoz 

16:42
09 Fevral

Kreml Putin və Tramp arasında danışığın baş tutmasını nə təsdiq, nə də təkzib etdi

16:14
09 Fevral

Qərbi Azərbaycan İcması: Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır  

15:20
09 Fevral

“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunub

14:32
09 Fevral

Azərbaycan boksçularından Serbiyada 6 medal

13:08
09 Fevral

Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub

12:09
09 Fevral

Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub

11:26
09 Fevral

Serbiya prezidentinin avtomobili qəza şəraiti ilə üzləşib

11:23
09 Fevral

Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb

11:13
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!