02 Aprel 2023 00:14
596
İQTİSADİYYAT
A- A+
AMB düzgün yol seçib 

AMB düzgün yol seçib 

 

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsini 8,75, faiz dəhlizinin aşağı həddini 7, faiz dəhlizinin yuxarı həddini isə 9,75 faizə qaldırmışdır. AMB bununla bağlı açıqlamasında bildirmişdir ki, qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilmişdir. 
Uçot dərəcəsinin qaldırılmasını sadə dillə izah etsək, bu, ölkənin kommersiya banklarını pul kütləsi ilə təmin etmək məqsədilə atılan addımdır. Uçot dərəcəsi öz növbəsində ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınmaqla təyin edilir. İnflyasiya artanda uçot dərəcəsi qaldırılır, enəndə isə aşağı salınır. Başqa sözlə, uçot dərəcəsi mərkəzi bankların pul kütləsini tənzimləyən əsas alətlərdəndir. Yəni uçot dərəcəsində baş verən istənilən dəyişklik milli valyutanın məzənnəsinə, depozit və kredit faizlərinə, qiymətli kağızların gəlirliliyinə, səhmlərin dəyərinə təsirsiz qalmır. Qısası, uçot dərəcəsi bir əmtəə olaraq iqtisadiyyatda pulun dəyərini ifadə edir. 
Bu gün dünya iqtisadiyyatına nəzər salanda görünən odur ki, inflyasiya tədricən azalır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında göstərilir ki, dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin fevralında 0,6 faiz azalma ilə 2022-ci ilin mart ayında çatdığı pik səviyyədən 18,7 faiz bəndi aşağı düşmüş, illik əsasda 8,1 faiz azalmışdır. Artıq 11 aydır ki, ardıcıl olaraq dünyada ərzaq qiymətləri aşağı düşməkdə davam edir. AMB tərəfindən monetar şəraitin adekvat tənzimlənməsi də inflyasiyanın daxili tələb amillərini məhdudlaşdırır. 
Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də, yüksək olaraq qalmaqla  cari ilin fevralında 15,7 faiz təşkil etmişdir. Odur ki, AMB inflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. 2023-cü ilin fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlamışlar. Mart ayında bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği yanvar ayı ilə müqayisədə 371 milyon manat (57 faiz) artmışdır. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün AMB İdarə Heyətinin qərarı ilə birgünlük depozit daimi imkan alətləri üzrə kvota 27 fevral 2023-cü il tarixdən artırılmışdır. Eyni zamanda AMB tərəfindən 7 günlük REPO əməliyyatlarının keçirilməsinə başlanılmışdır. Qeyd olunan qərarlar monetar şərait vasitəsilə inflyasiyanın tələb amillərinin tənzimlənməsinə imkan verir.
Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatların və əvvəlki qərarların nəticələri monitorinq edilərək yeni qərarların qəbulunda nəzərə alınacaq. Məcmu tələbin və istehlak aktivliyinin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq üçün MB sərəncamındakı bütün alətlərdən və mexanizmlərdən adekvat istifadə edəcək. İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa, pul siyasətinin normallaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə alınmaqla yumşaldılması imkanlarına baxılacaq.
Mütəxəssislər belə şərh edirlər ki, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də, manata olan inamın artmasına şərait yaratmaq məqsədini daşıyır. Bu xətt AMB-nin pul bazarında sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq. Ancaq bir məqam da var ki, uçot dərəcəsinin qaldırılması bankların faiz dərəcələrinin qalxmasına da gətirib çıxarır. Bu səbəbdən AMB bankların faizləri qaldırmasına deyil, kredit stimulları siyasətini tənzimləməyə çalışır. 
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov hesab edir ki, bank sistemində aparılan bütün islahatlar ilk növbədə manatın əvvəlki nüfuzunun bərpa olunmasına  hədəflənməlidir. Bu baxımdan uçot dərəcəsinin və faiz dəhlizinin dəyişilməsi barədəki son qərar xüsusi əhəmiyyət kəsb edir: "Şübhəsiz ki, Mərkəzi Bankın bundan sonra da atacağı bütün addımlar manatın məzənnəsinin sabitliyinin təmin olunmasına və onun nüfuzunun artmasına yönələcək". 
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorların ölkəyə daxil olan valyutanın həcminin Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği ilə bağlı olduğunu bildirib: "Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsir göstərir. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artır. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir".
Milli Məclisin İqtisadi siyasət, sosial və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da manatın sabitliyinin qorunub saxlanmasının uçot dərəcəsindən asılı olduğunu bildirib: "Bu qərar valyuta bazarına müəyyən qədər təsir edəcək, manatın məzənnəsi müəyyən qədər qorunub saxlanılacaq".  V.Əhmədovun fikrincə, yeni qərar həm də əhalinin əlindəki vəsaitlərin banklara yönəldilməsinə xidmət edir: "Faktiki olaraq faiz dərəcələrinin artırılması ilə əmanətlərə qoyulan faiz dərəcələri də artacaq".

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada fermerlərin narazılığı artır  

13:58
18 Dekabr

Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib  

13:56
18 Dekabr

Azərbaycan və ÜST arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

13:43
18 Dekabr

Humanizmə əsaslanan dövlət siyasəti və amnistiya ənənələri  

13:28
18 Dekabr

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

13:05
18 Dekabr

Energetika Nazirliyində kollegiya iclası keçirilib

12:34
18 Dekabr

On bir ayda əlilliyi olan şəxslərə 118 min reabilitasiya vasitəsi verilib  

12:21
18 Dekabr

Prezident: İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir  

12:16
18 Dekabr

Obyektiv və humanist yanaşmanın göstəricisi  

12:01
18 Dekabr

ABŞ Prezidenti: İndi biz dünyanın ən güclü ordusuna malikik  

11:55
18 Dekabr

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə  

11:27
18 Dekabr

Xankəndidə oftalmoloji aksiya keçirilir  

11:26
18 Dekabr

Ali Məhkəmə: Faizdən faiz tutulması qanunaziddir  

11:21
18 Dekabr

Anar Əliyev: Əmək müqavilələrinin 1,8 milyondan çoxu elektron formada bağlanılıb  

11:17
18 Dekabr

Bakıda ilk dəfə “ağıllı işıqforlar” quraşdırılıb  

10:53
18 Dekabr

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:47
18 Dekabr

Azərbaycan neftinin qiyməti 63 dolları ötüb

10:43
18 Dekabr

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!