09 Fevral 2026 16:11
284
CƏMİYYƏT
A- A+
Ali Məclisin növbəti iclası keçirilib, muxtar respublikanın yeni Baş naziri təyin edilib  

Ali Məclisin növbəti iclası keçirilib, muxtar respublikanın yeni Baş naziri təyin edilib  

Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının növbəti iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iclasda Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə muxtar respublika əhalisini və ictimaiyyətini təbrik edib, muxtar respublikanın inkişafı üçün fəaliyyət göstərən hər kəsə uğurlar arzulayıb.

Sonra Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, bugünkü iclasın gündəliyində 2 məsələ nəzərdə tutulsa da, əlavə olaraq Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxılması məsələsi də gündəliyə daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Ali Məclisə təqdim edir.

Təqdimat oxunub, namizəd haqqında məlumat verildikdən sonra “C.H.Musayevin Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək etimad göstərərək onu Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təqdim etdiyinə görə minnətdarlığını bildirən Cabbar Musayev çıxış edərək deyib ki, bu gün Azərbaycan tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda sürətlə inkişaf edir. Dövlət başçısının Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətti müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirməsi Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.

Cabbar Musayev qarşıda duran vəzifələrin uğurla icra edilməsi, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin layiqincə həyata keçirilməsi üçün bundan sonra da səylə çalışacağını bildirib.

Bəxtiyar Məmmədov Ali Məclis adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək etimadı ilə yeni vəzifəyə təyin olunması münasibətilə Cabbar Musayevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev iclasda gündəlikdə duran ikinci məsələ - “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin birinci oxunuşda müzakirəsi ilə bağlı məlumat verib, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonuncu məsələnin - “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin birinci oxunuşda müzakirəsi ilə əlaqədar Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin növbəti iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!