17 Aprel 2025 15:48
467
CƏMİYYƏT
A- A+
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı və 2 qanun layihəsi müzakirə olunub  

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı və 2 qanun layihəsi müzakirə olunub  

Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının, həmçinin “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinə təklif olunan dəyişikliklərin müzakirəsinin daxil edildiyini deyib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Hüquq şöbəsinin müdir müavini Gülçin Dünyamalıyev “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat” layihəsi barədə məlumat verib, səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətirib.

Müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı” irad və təkliflər nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə tövsiyə olunub.

Gündəlikdə duran digər məsələlərin müzakirəsi zamanı Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aprelin 16-da keçirilən iclasında birinci oxunuşda qəbul edilən “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinə təklif olunan dəyişikliklərlə bağlı məlumat verib.

Qanun layihələri ətrafında müzakirələr aparıldıqdan sonra protokol qaydasında qərar qəbul edilib. Qanun layihələri yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının (ikinci oxunuş) müzakirəsinə təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

09:10
30 May

Xankəndidə çay və qəhvə festivalı 

20:31
29 May

Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq

20:02
29 May

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub

19:41
29 May

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

19:04
29 May

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

18:52
29 May

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək

17:36
29 May

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

17:31
29 May

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

16:53
29 May

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan

16:41
29 May

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək

16:21
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!