04 Noyabr 2025 19:33
533
CƏMİYYƏT
A- A+
“Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib 

“Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib 


Noyabrın 4-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib.

Panel sessiyaya BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov moderatorluq edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı bildirib ki, mətbuat cəmiyyətin aynasıdır və onun əsas vəzifəsi reallıqları dürüst şəkildə əks etdirmək, eyni zamanda, gələcək inkişaf istiqamətlərinə işıq salmaqdır: “Bu güzgü həm aydın, həm də dürüst olmalıdır. O, cəmiyyəti olduğu kimi göstərməklə yanaşı, onun gələcəyini hansı istiqamətdə görmək istədiyini də əks etdirməlidir”.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün güclü və ədalətli bir dövlətə çevrilib və bu şəraitdə milli mətbuatın rolu daha da artıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, ailə, qadın və uşaq məsələləri həm ictimai, həm də mənəvi baxımdan cəmiyyətin əsas dayaqlarıdır: “Azərbaycan cəmiyyətində ailə institutunun möhkəmləndirilməsi, qadınların sosial fəallığının artırılması və uşaqların sağlam mənəvi mühitdə böyüməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir”.

O bildirib ki, medianın bu sahədə rolu əvəzsizdir və yeni media layihələri, maarifləndirici və təbliğat xarakterli materiallar vasitəsilə cəmiyyətdə ailə dəyərlərinin təbliği gücləndirilməlidir.

Sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbirin əhəmiyyətindən bəhs edərək mövzunun bugünkü aktuallığından söhbət açıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev diqqətə çatdırıb ki, ailə və uşaq mövzuları media üçün sosial məsuliyyət tələb edən sahələrdəndir. O vurğulayıb ki, jurnalistika fakültəsi olaraq gənc jurnalistlərin etik dəyərlər, obyektivlik və empatiya prinsipləri üzərində yetişdirilməsi əsas hədəflərdəndir.

Konfransda çıxış edən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının rektoru Almaz Mahmud qeyd edib ki, müasir dövrdə sosial media jurnalistikasında dəqiqlik və məsuliyyət məsələləri ön plana çıxır: “Xüsusilə ailə və uşaq kimi həssas mövzularda etik standartlara əməl olunması son dərəcə vacibdir. Jurnalist hadisəni sensasiyaya çevirməməli, empatik və insanyönümlü yanaşma nümayiş etdirməlidir”.

Konfrans çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıblar. Mükafatlandırma mərasimində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, müsabiqə münsiflər heyətinin üzvü Sevinc Əliyeva çıxış edərək, media təmsilçilərini təbrik edib və onların cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, qaliblər sırasında AZƏRTAC-ın da əməkdaşları var.

Tədbir çərçivəsində, həmçinin “1911-1912-ci illərdə nəşr olunan “İşıq” qəzetinin transliterasiya edilmiş toplusu”nun təqdimat mərasimi keçirilib. Təqdimatı “İşıq” jurnalının baş redaktor müavini, MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov təqdim ediblər. “İşıq” qəzetinin təqdimatı çərçivəsində Azərbaycanda ilk qadın mətbuatının tarixi və müasir dövrdəki davamlılığı barədə məlumat verilib.

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın yekun nitqi ilə başa çatıb.

Panel iştirakçıları bir daha qeyd ediblər ki, ailə, qadın və uşaq məsələlərinin mediada düzgün, etik və məsuliyyətli şəkildə işıqlandırılması cəmiyyətin mənəvi dəyərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!