03 Sentyabr 2024 11:16
100
SİYASƏT
A- A+

Ahmed Tabet: Fransa beynəlxalq hüquqa qarşı çıxır

 

Azərbaycan hökumətinin və Bakı Təşəbbüs Qrupunun bizə dəstəyini yüksək qiymətləndirir və təşəkkürümüzü bildiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda keçirilən “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransda Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet səsləndirib.

Ölkəsinin müstəqillik uğrunda mübarizəsindən bəhs edən qonaq bildirib: “Fransa xalqımıza qarşı müstəmləkəçilik siyasəti aparır. Qəmər xalqının müstəqilliyi BMT tərəfindən tanınıb. 1975-ci ildən sonra Fransa yenidən ordusunu Mayota yerləşdirdi. BMT-nin Fransa ordusunun Mayotdan çıxarılması ilə bağlı qətnamələri olsa da, müstəmləkəçi ölkə buna əhəmiyyət vermir və bununla Fransa beynəlxalq hüquqa qarşı çıxır”, - deyə Ahmed Tabet qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video