16 Mart 2022 01:56
978
İQTİSADİYYAT
A- A+
Ağdaş Suvarma Sistemləri İdarəsi suvarma suyu ilə təminatın yaxşılaşdırılması üçün gücləndirilmiş iş rejimində çalışır

Ağdaş Suvarma Sistemləri İdarəsi suvarma suyu ilə təminatın yaxşılaşdırılması üçün gücləndirilmiş iş rejimində çalışır

 

Su istifadəçilərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Ağdaş Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejimində çalışır.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, əkin sahələrinin suvarılması üçün 19100 kilometrdən artıq suvarma kanalının və 1900 kilometrdən artıq kollektor-drenaj şəbəkəsinin istismarı təşkil olunur, həmin kanallar üzərində olan qurğularda təmir işləri aparılır: “Ötən il idarə tərəfindən bütün əkin sahələrinin suvarma işləri başa çatdırılıb. Bu il də bu sahələrin suvarılması planlaşdırılır. Hazırda əkilmiş 15115 hektar sahənin birinci suvarılması yekunlaşıb”.

İdarənin balansında olan kanalların 1600 kilometri torpaq məcralı, 393 kilometri isə beton üzlüklü kanallardır. 2021-ci ildə Qaraoğlan beton üzlüklü kanalının 1 kilometrlik yararsız hissəsi bərpa olunaraq yenidən su istifadəçilərinin ixtiyarına verilib. Təmirdən öncə kanalın həmin 1 kilometrlik yararsız hissəsində su itkisi 40 faizə qədər olub.

Mətbuat katibi qeyd edib ki, Ağdaş Suvarma Sistemləri İdarəsinin əsas arteriyalarından biri də sağ sahil magistral kanalıdır. Uzunluğu 1000 kilometrdən artıq olan kanal 18000 hektara yaxın sahənin suvarılmasını təmin edir. Suvarma kanallarında təmir işlərinin aparılması su itkisinin qarşısının alınması ilə yanaşı, fermerlərin işini daha da asanlaşdırır.

İdarənin xidməti ərazisində 39 ədəd nasos stansiya var. Bu nasos stansiyaların hər biri hazırda işlək vəziyyətdədir. Artıq təmirə ehtiyacı olanlardan 3 ədədi təmir olunaraq yararlı hala gətirilib. Bundan başqa, elektrik və üzən nasos stansiyaları da əsaslı və cari təmir edilir ki, qarşıdan gələn suvarma mövsümünə tam hazır olsun. Həmçinin kanallar və hidrotexniki qurğularda da təmir işləri görülür.

Ağdaş Suvarma Sistemləri İdarəsinin əsas funksiyalarından biri də torpaq məcralı kanalların lildən təmizlənməsini həyata keçirməkdir. Bu işlər kanallarda mütəmadi olaraq davam etdirilir. Bir çox kəndin ərazisində yekunlaşan işlər hazırda Zeynəddin, Yanarx və Ləki ərazisində aparılır. Eyni zamanda Mürsəl, Hapıtlı və Yenicə kəndlərində olan kollektorlar da lildən tam olaraq təmizlənib. Bu işlərin nəticəsində ərazidə olan torpaqların şoranlaşmasının qarşısı alınır.

Qeyd edək ki, Ağdaş Suvarma Sistemləri İdarəsi rayonun 36550 hektar əkin sahəsinə xidmət edir. Suvarılma öz axımı və mexaniki üsulla aparılır. Əsas su mənbələri isə Türyançay, Kür çayı və Yuxarı Şirvan kanalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!