09 May 2024 08:05
197
CƏMİYYƏT
A- A+

Ağdamda Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

 

Ağdamda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş təntənəli  yığıncaq keçirilmişdir. 
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak etmişlər. İştirakçılar öncə Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə etmişlər. Ağdam Muğam Mərkəzində davam edən tədbirdə Dövlət himni səsləndirilmiş, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir. 
Tədbirdə çıxış edən RİH-in başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və digər natiqlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyevin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olmasından, Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımların onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər olmasından, bu gün Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyevin gərgin əməyi və fəaliyyəti sayəsində uğurla inkişaf etməsindən bəhs etmişlər. 
Tədbirin bədii hissəsində Bakı Kamera Orkestrinin müşayiəti ilə respublikanın Xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar artistlər Firuz Səxavət, Səbuhi İbayevin ifasında musiqi nömrələri təqdim olunmuşdur. 

Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video