15 İyul 2025 17:30
601
CƏMİYYƏT
A- A+
İşğaldan azad olunmuş Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilib - YENİLƏNİB

İşğaldan azad olunmuş Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilib - YENİLƏNİB


İşğaldan azad olunmuş Ağdam şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və suverenlik: Hüquqi dövlətin təməli” mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda 9 rayon (şəhər) prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla anıblar.

Ağdam şəhərindəki “Aghdam City Hotel”də davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yalnız infrastrukturla məhdudlaşmır, burada hüquqi dövlətin və konstitusion prinsiplərin bərqərar olunması istiqamətində də mühüm addımlar atılır. Konstitusiya ilə təsbit olunmuş vətəndaş hüquqlarının təmin edilməsi, qanunun aliliyinin qorunması və ictimai institutların fəal iştirakı bölgənin dayanıqlı inkişafı üçün əsas şərt kimi dəyərləndirilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov isə çıxışında bildirib ki, hüquqi dövlətin təməl prinsiplərindən biri ədalətli və şəffaf istintaq prosesinin təmin edilməsidir. O qeyd edib ki, Konstitusiya və suverenlik anlayışları hüquq-mühafizə orqanlarının fəaliyyətində əsas meyarlar kimi çıxış edir və bu çərçivədə cinayətlərin obyektiv araşdırılması, insan hüquq və azadlıqlarının qorunması prokurorluq orqanlarının başlıca vəzifələrindəndir. İşğaldan azad olunmuş ərazilərdə hüquqi mühitin formalaşdırılması isə bu bölgələrdə hüquqi dövlət quruculuğuna ciddi töhfə verir.

Daha sonra çıxış edən Ağdam rayon prokuroru Vasif Süleymanov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Ədliyyə Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru Mətanət Əsgərova, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Mirzəyev və Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndəsi Neymət Rüstəmli işğaldan azad olunmuş ərazilərdə hüquqi maarifləndirmə, ictimai nəzarət mexanizmləri və hüquqi dövlət quruculuğunda medianın və vətəndaş cəmiyyətinin rolu kimi aktual məsələlərdən söz açıblar.

Konfrans çərçivəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında əməkdaşlığın gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və hüquqi maarifləndirmə strategiyalarının təkmilləşdirilməsi mövzularında fikir mübadiləsi aparılıb. İştirakçılar vətəndaşların hüquqi biliklərinin artırılması və hüquqi informasiyanın operativ və dəqiq şəkildə cəmiyyətə çatdırılmasının vacibliyini xüsusi olaraq vurğulayıblar.

Tədbirin sonunda “Xalqın adamı” adlı sənədli film nümayiş etdirilib, Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlanıb.


10:58


İşğaldan azad olunmuş Ağdam şəhərində yerləşən “Aghdam City Hotel”də Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və suverenlik: Hüquqi dövlətin təməli” mövzusunda regional konfrans keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda 10-a yaxın regionun prokurorluq orqanlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirlər.

Tədbirdən öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Ağdam şəhərində ucaldılmış abidəsini ziyarət edərək, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov və digər rəsmilər iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!