21 Oktyabr 2025 08:35
402
İQTİSADİYYAT
A- A+
Ağdam Sənaye Parkındakı müəssisələrin sayı işğaldan əvvəlkindən çoxdur

Ağdam Sənaye Parkındakı müəssisələrin sayı işğaldan əvvəlkindən çoxdur


"Araz Vadisi" Sənaye Parkında soyutma avadanlıqları istehsal olunacaq


Artıq neçə zamandır Azərbaycanda icra edilən iqtisadi islahatların əsas hədəflərindən biri, bəlkə də birincisi qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Bu məqsədlə ölkədə qanunvericilik bazasında ciddi dəyişikliklər aparılmış, o cümlədən idarəetmədə inzibati üsullardan imtina edilmişdir. 

Ən önəmlisi bu sahə investisiya üçün açıq elan edilmiş və sərmayəçilərə bir sıra əsaslı güzəştlər tətbiq olunmuşdur. Bu imkandan isə yerli və xarici sahibkarlar  yetərincə istifadə edirlər. Ölkədə məhsul istehsalında və ixracda qeyri-neft-qaz sənayesinin payının ildən-ilə artması onu göstərir ki, icra edilən bu kimi islahatlar öz müsbət nəticəsini verir.

Müsbət nəticəsini verən tədbirlərdən biri də sənaye parkları və məhəllələrinin yaradılmasıdır. Bu gün sənaye zonalarında çalışan sahibkarlar dövlətin bir çox güzəştlərindən kifayət qədər yararlanırlar. O səbəbdən son illər Azərbaycanda ən çox sərmayə sənaye zonalarına yatırılır. Yerli  sahibkarlarla yanaşı, xarici investorlar da Azərbaycanın müxtəlif coğrafiyalarında yaradılan sənaye zonalarına maraq göstərirlər. Bu da təbiidir. Təkcə cari ilin 9 ayında yerli və xarici sərmayədarlar dövlətin sənaye zonalarında tətbiq etdiyi idxal ƏDV-si və gömrük güzəştlərindən yararlanaraq 524,5 milyon manat vəsaitə qənaət etmək imkanı qazanıblar.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarının rezidentlərinə də geniş vergi və gömrük güzəştləri tətbiq olunur. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, bu il oktyabrın əvvəlinədək Ağdam və "Araz Vadisi" sənaye parklarının rezidentlərinə 232 təsdiqedici sənəd təqdim olunub. Həmin sənədlər əsasında sahibkarlar idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində ümumilikdə 11 milyon manata yaxın vəsaitlərinə qənaət ediblər. Təkcə bu ilin ilk doqquz ayında 133 təsdiqedici sənəd verilib ki, bu da sahibkarlara 4,2 milyon manat qənaət imkanı yaradıb.

Məlumatda həmçinin bildirilir ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən böyük güzəştlərdən faydalanırlar. Xatırladaq ki, rezident sahibkarlar 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərindən azaddırlar. Bundan əlavə, istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı da ƏDV və gömrük rüsumları ödənilmir. Dövlətin təqdim etdiyi bu güzəştlər və təsdiq-edici sənədlər sahibkarlara mühüm maliyyə üstünlükləri qazandırmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərdə sənaye fəaliyyətinin stimullaşdırılmasına marağı artırır.

Məlumatda Ağdam və "Araz Vadisi" sənaye parklarına investisiya qoyuluşunun məbləği də açıqlanıb. Bildirilib ki, indiyə qədər adları çəkilən sənaye parklarına 200 milyon manat investisiya yatırılıb. Bu sənaye zonalarında 50 sahibkarlıq subyekti rezident, 7 sahibkar qeyri-rezident kimi qeydiyyata alınıb.

"Sənaye parklarında 14 müəssisə fəaliyyət göstərir, 1000-dən artıq daimi iş yeri yaradılıb. Maraqlı məqamlardan biri budur ki, Ağdam Sənaye Parkındakı müəssisələrin sayı işğaldan əvvəl bölgədə mövcud olmuş müəssisələrin sayından çoxdur. Bununla da Ağdam öz əvvəlki sənaye nüfuzunu bərpa edib", - deyə agentlikdən bildirilib. Buna baxmayaraq, sözügedən sənaye parklarında yeni istehsal müəssisələrinin sayı artmaqda davam edəcək. Artıq sənaye parklarında rezident olmaq üçün sahibkarlar 10-dan çox yeni layihə təqdim ediblər. Əsas istiqamətlər tikinti materialları, mebel, tekstil və məişət məhsullarının istehsalı olacaq. Agentlikdən verilən məlumata görə, "Araz Vadisi" Sənaye Parkında 8 milyon manat investisiya ilə soyutma avadanlıqlarının istehsalı müəssisəsi qurulacaq və orada  ildə 5 növ 3680-dən çox avadanlıq istehsal ediləcək. Ağdam Sənaye Parkında isə dəyəri 6 milyon manat olan mebel fabriki fəaliyyətə başlayacaq. Müəssisədə müxtəlif təyinatlı mebellər, yumşaq panellər və metal aksesuarlar istehsal olunacaq. Bu iki müəssisənin işə düşməsi isə əlavə olaraq 100-ə yaxın daimi iş yeri yaratmağa imkan verəcək.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!