14 Dekabr 2023 10:30
4437
Səhiyyə
A- A+
Ağ xalatın ağ işığında…

Ağ xalatın ağ işığında…

 

"Həkimlik fərqli sənətdir, ilahi peşədir… Ağ xalat mənim üçün ağ işıq deməkdir. Sənə dikilən gözlərdə ümid, təsəlli, öləzimiş baxışlarda işıq olmaq əsl həkim üçün bir stimuldur. Düşünürəm ki, özünə həkim deyən, əyninə ağ xalat geyən şəxsi "xəstədən nə alacağı" yox, xəstəni necə sağaldacağı düşündürməlidir. 
Kiçik yaşlarımdan bu arzu ilə böyümüşəm: yetişim, həkim olum… İndi arzuma çatsam da, hər dəfə xalatımı geyəndə, bir cərrahi əməliyyata girəndə elə zənn edirəm ki, imtahana gedirəm. Əməliyyatdan çıxanda, xəstəmi gülümsər gözlə, minnətdar baxşlarla mənə baxan görəndə "imtahandan uğurlu" çıxdığıma sevinirəm. Həkimliyin fəlsəfəsi də elə budur: xəstələrin gözündə ümid çırağı yandırmaq, şəfa vermək, onların ömrünün uzanmasına səbəb olmaq… Bir həkim kimi məni düşündürən budur. İstəyimə nail olduğumu hiss edəndə həyatda çox şey qazandığımı anlayıram…"
Redaksiyamızın budəfəki qonağı gənc həkim Fərid Mikayılov oldu. Birlikdə onun ömür hekayəsini vərəqlədik.
 Fərid  1990-ci il  fevralın 23-də Ucar rayonunda anadan olub. 2007-ci ildə Ucar şəhər 1 saylı orta məktəbi bitirib, elə həmin ili də yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinin 1-ci Mualicə işi fakültəsinə qəbul olunub.
2013-cü ildə Tibb Universitetini bitirən Fərid Mikayılov həkimlik fəaliyyətinə M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanada həkim-rezident olaraq başlayıb.
2016-cı ildə tibbdə uzmanlıq imtahanından uğurlu nəticə əldə edən gənc uroloq  Türkiyənin Çukurova Universiteti Tibb fakültəsinin Urologiya şöbəsində təhsilini davam etdirib.
Universiteti bitirən gənc həkim Fərid Mikayılov 2021-2022-ci illərdə Türkiyədə özəl klinikada uzman uroloq olaraq fəaliyyət gostərib.
Fərid deyir ki, hələ tələbə ikən dostlarının çoxunun arzusu və məqsədi xaricdə təhsil almaq, dünyada tanınan məşhur klinikalarda fəaliyyət göstərmək idi. Qeyd etdiyim kimi, uşaqlıqdan hədəfimdə həkim olmaq arzusu var idi. Məqsədim isə dogma respublikamızda, vətənimizdə çalışmaq, xalqımıza xidmət etmək olub. Türkiyə bizim üçün çox doğma yerdir. Amma təbii ki, Azərbaycan deyil. Orada uzmanlıq təhsili aldım və bir müddət əmək fəaliyyətimi Türkiyədə davam etdirdim. Məqsədim doğma Azərbaycana gəlmək, burada çalışmaq idi. Orada olanda ölkəmizdə gedən prosesləri də izləmək imkanımız olurdu. Burada işləyən tələbə yoldaşlarımız, dostlarımız dövlətimizin səhiyyə sahəsinə diqqətindən, əhalinin sağlamlığına göstərilən dövlət qayğısından, səhiyyə sisteminin ən müasir texnologiyanın tətbiq edildiyi avadanlıqlarla təmin olunmasından bəhs edirdilər. Ölkəmizin səhiyyə sistemində baş verən dəyişiklikləri bir seyrçi olaraq izləmək yox, iştirakçısı olmaq arzusu ilə vətənə qayıtdım.
2022-ci ildə doğma Azərbaycana qayıdan Fərid  bir müddət fəaliyyətini  Bakıda Ege hospitalda davam etdirib. Elə həmin il respublika Klinik Xəstəxananın Urologiya şöbəsində iş təklifi alıb. Hazırda Urologiya şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir.
Fərid həkim deyir ki, ölkəmizdə tibbi sığortanın tətbiqi xəstə-həkim münasibətlərində, bütövlükdə səhiyyə sistemində yeni mərhələnin başlanğıcı deməkdir. Xəstələr müayinə olunmaq, ən ciddi əməliyyatlara girmək üçün artıq "imkan düşməyi" gözləmirlər. Dövlətimizin yaratdığı şəraitdən kifayət qədər səmərəli istifadə edirlər. Bu gün xəstəxanalarda həkim qəbullarında yaranmış növbələri insanların pulsuz xidmətdən faydalanmaq əmsalının göstəricisi hesab etmək olar. İnanıram ki, yaxın gələcəkdə  müalicə almaq üçün xarici ölkələrə gedən xəstələrin sayı azalacaq. Bunu gəlişigözəl söz kimi demirəm. Səhiyyəyə dövlət qayğısını, daha yaxşı həkim yetişdirmək üçün çəkilən zəhməti, alınan müasir avadanlıqlarını görüb deyirəm. 
Peşəsini məftunluqla sevən Fərid həkimi dinlədikcə düşünürsən ki, nə qədər bu vətəni, bu xalqı canı qədər sevən insanlar var, yaşamağına dəyər. 

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!