Addım-addım sülhə doğru
Delimitasiya uğurla davam edir
Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində ardıcıl addımlar atılır. Diplomatik müstəvidə mühüm görüşlər keçirilir, sərhədlərin delimitasiya və demarkasiyası uğurla davam etdirilir.
Baş nazirin müavini Şahin Mustafayevin Xidmətinin məlumatına görə, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında artıq 40 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev də bildirdi ki, indi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb: "Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub".
Davamlı təşəbbüs və səylər
İki ölkə arasında birbaşa görüşlərin keçirilməsi, dialoqların aparılması böyük əhəmiyyət kəsb edir. Belə ki, bu ilin fevralında Almaniyada həm Ermənistan və Azərbaycan liderlərinin, həm də xarici işlər nazirlərinin ikitərəfli görüşləri keçirilib, sülh sazişi üzrə müzakirələr aparılıb. Bu görüşlər sayəsində sülh müqaviləsinin imzalanması istiqamətində yuxarıda sadalanan irəliləyişlərə nail olunub. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü isə mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Siyasi proqnozlara əsasən, Almatı görüşünün də məhsuldar keçəcəyi gözlənilir.
Göründüyü kimi, Azərbaycanın qazandığı qələbələr bölgədə münaqişələrdən uzaq, təhlükəsiz yaşam vəd edən sülh üçün münbit tarixi şərait formalaşdırıb. Postmünaqişə dövründə iki ölkə arasında sülhün əldə olunması üçün fəal iş həyata keçirən Bakı İrəvana təkmil sülh modeli təklif edib. Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi üçün Azərbaycan tərəfinin təşəbbüs və səylər göstərməsi artıq uğurlu bəhrəsini verməyə başlayıb.
"Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı", - deyə yuxarıda sözügedən forumda dövlətimizin başçısı da vurğuladı ki, indi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır.
Qeyd edək ki, razılaşmaya əsasən, Qazax rayonunun işğal altında olan kəndləri - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin qeyd-şərtsiz qaytarılması məsələsini Prezident İlham Əliyev hələ 2020-ci ildə qaldırmış və ötən müddətdə bu mövzu daim gündəlikdə saxlanılmışdı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanılacaq.
Dörd qeyri-anklav kəndin qaytarılması ilə bağlı əldə olunan razılaşma NATO, BMT kimi nüfuzlu beynəlxalq təşkilatlar, eyni zamanda Böyük Britaniya, Almaniya, İsveç, Norveç və digər ölkələr tərəfindən alqışlandı, bu, sülh prosesində mühüm addım kimi qiymətləndirildi.
Münaqişə planları iflasa uğradıldı
Gerçəklikdir ki, ötən müddət ərzində qərəzli Qərb təsisatlarının Azərbaycanın sülh təşəbbüslərinə kölgə salmaq cəhdləri, Ermənistana siyasi, hərbi dəstək verərək müharibə avantürasına qapılmasına rəvac vermələri regionu təhlükəyə sürükləmək məqsədi güdüb. Cənubi Qafqazda ayırıcı xətlər cızmaq istəyən başda ABŞ və Fransa olmaqla bölgədə maraqları olan bəzi Qərb ölkələri Azərbaycan ilə Ermənistan arasında danışıqlar aparılmaması, razılaşmalar əldə edilməməsi, bir sözlə, sülhə nail olunmaması üçün əllərində olan bütün rıçaqlardan istifadə edərək pozucu fəaliyyətlə məşğul olublar. Korrupsiya yuvasına çevrilmiş Avropa Parlamenti kimi qərəzli beynəlxalq təşkilatlarda Azərbaycana qarşı bədnam qətnamələrin qəbulundan tutmuş, adını müstəqil media qoyub, sadəcə, siyasi sifarişlər yerinə yetirməklə məşğul olan riyakar beynəlxalq KİV vasitəsilə aparılan qarayaxma kampaniyalarına qədər, bütün çirkinliklərə əl atıblar.
Xüsusilə də riyakarlıqla sülh prosesində vasitəçi adı altında iştirak etmək üçün dəridən, qabıqdan çıxan Fransa faktiki olaraq barışa əngəl olmaq, dialoqu əngəlləmək üçün əlindən gələn hər şeyi edib. O da reallıqdır ki, Parisin məkrli həmlələri hər dəfəsində Bakı tərəfindən fiaskoya uğradılıb. Neolonialist ölkənin müstəmləkəçi əməlləri kimi, Cənubi Qafqazda koloniya yaratmaq planları da ifşa olunub. Makron hakimiyyətinə başa salınıb ki, Azərbaycan bölgədə ikiüzlü oyunlara heç zaman imkan verməyəcək.
Dövlət başçısı da beynəlxalq forumda qeyd etdi ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər: "Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik".
Necə ki, Azərbaycan hərbi gücü ilə torpaqlarının 30 illik işğalına son qoyub, suverenliyini tam bərpa edib, eləcə də siyasi qətiyyəti ilə bölgədə sülhü təmin edəcək. Cənubi Qafqazda sülhün bərqərar olması yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.
Delimitasiya ilə bağlı görülən işlər, ikitərəfli dialoqlar vasitəsilə masa arxasında əldə edilən razılaşmalar göstərir ki, ötən müddətdə xarici himayədarlarının yalan vədlərinə aldanıb sülhdən yayınan Ermənistan da artıq reallıqları aydın şəkildə anlayır və sülhdən başqa çıxış yolu olmadığını yaxşı bilir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir
19 May
Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb ...
19 May
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı p...
19 May
İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə ged...
19 May
Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB
19 May
Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər...
19 May
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
19 May
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən bi...
19 May
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və ...
19 May
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək ...
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!