09 İyul 2025 08:45
432
CƏMİYYƏT
A- A+
Abşeron həm də cəsurlar yurdudur

Abşeron həm də cəsurlar yurdudur


Rayonda şəhidlərə ehtiram, şəhid ailələrinə və qazilərə xüsusi diqqət var


Abşeron rayonunda şəhid ailələri və qazilərə göstərilən yüksək qayğı həm dövlət siyasəti, həm də vicdan borcudur. Azərbaycanın suverenliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz xalqımızın zəfər tarixini öz qanları ilə yazmış əbədi qəhrəmanlardır. 

Onların ailələri isə cəmiyyətin, xüsusən dövlətin müqəddəs əmanətidir. Dövlətimiz bu əmanətə xüsusi diqqətlə yanaşır. Prezident  İlham Əliyev dəfələrlə vurğulamışdır ki, şəhid ailələrinə, müharibə iştirakçılarına verilən dəstək dövlət siyasətinin mərkəzində dayanır.

Bu yanaşma yalnız sözlə deyil, illərdir davam edən ardıcıl və sistemli tədbirlərlə öz təsdiqini tapır. Şəhid ailələrinə göstərilən qayğının ən bariz nümunələrindən biri də ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətidir. Onun şəhid ailələrinə münasibəti mənəvi baxımdan olduqca nümunəvidir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu şəhid ailələrinin rifahının yaxşılaşdırılması, onların  övladlarının təhsili, sağlamlığı, mənəvi dayanıqlığı üçün ardıcıl layihələr həyata keçirir. Mehriban xanim Əliyevanin hər bir çıxışında bu ailələrə göstərilən münasibət yalnız sosial məsuliyyət deyil, mənəvi borc kimi səslənir.

Azərbaycanın böyük və sürətlə inkişaf edən regionlarından biri olan Abşeron rayonunda şəhid ailələrinin sayı da kifayət qədər çoxdur. 800-ə yaxın abşeronlu gənc  44 günlük Vətən müharibəsində iştirak etmişdir. Onlardan 42 nəfəri şəhid olmuş və 96 nəfər döyüşlərdə sağlamlığını itirərək Vətən müharibəsi əlili statusu almışdır. Həmçinin ölkə üzrə digər rayonların hərbi çağırış və səfərbərlik idarələri  tərəfindən döyüşlərə qatılmış 133 Vətən müharibəsi şəhidinin ailəsi Abşeron ərazisində yaşayır. Ümumilikdə isə Abşeronda 219 Birinci Qarabağ müharibəsi, 175 Vətən müharibəsi şəhid ailəsi, 160 Vətən müharibəsi əlili, 145 şəhid övladı, 1000-ə yaxın müharibə iştirakçısı var. Rayon ərazisində yeni salınan "Şəfəq" qəsəbəsində respublikamızın digər rayonlarından olmaqla 411 şəhid ailəsi, 826 müharibə əlili yaşayır. 

Rayonda şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırlması istiqamətində xeyli işlər görülür. Onlar yeni ev və mənzillərlə təmin olunur, kommunal və tibbi xitmətlərdən güzəştli şərtlərlə istifadə edir, qaldırdıqları bütün problemlər operativ həllini tapır. Şəhid övladlarının təhsil imkanlarından tam yararlanması üçün də hər cür şərait yaradılıb. Uşaq bağçalarından ali təhsil müəssisələrinədək müxtəlif pillələrdə onlar üçün güzəştlər və dəstək proqramları mövcuddur. 

Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün də bir sıra addımlar atılıb. Xırdalan şəhərinin mərkəzində Birinci Qarabağ və Vətən müharibələrində canından keçən Abşeron şəhidlərinin adlarının əbədiləşdirildiyi möhtəşəm Zəfər kompleksi-Xatirə abidəsi ucaldılmışdır.  Şəhid ailələrinin müqəddəs ziyarətgahına çevrilmiş bu abidə hər bir şəhidin yaxını üçün ən böyük mənəvi dəyərdir. Bundan başqa, küçələrə şəhid adları verilmiş, xatirə lövhələri asılmışdır. Şəhid adları verilmiş küçələrdə abadlıq, təmir, isıqlandırma işləri həyata keçirilmişdir. Kənd və qəsəbələrdə şəhidlərin dəfn olunduğu xiyabanlar daim diqqətdə saxlanılır, ətrafinda yaşıllaşdırma işləri aparılır. Şəhidlərin doğum və həlak olma tarixlərində ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilir. Məktəblərdə, mədəniyyət ocaqlarında onların həyat və qəhrəmanlıq yolundan bəhs edən tədbirlər, xatirə gecələri təşkil olunur. 

Rayon rəhbərliyinin şəhid ailələri ilə birbaşa və daimi ünsiyyəti onlara mənəvi güc verir.  Müntəzəm olaraq onların evlərinə baş çəkilir, problemləri dinlənilərək tez bir zamanda həll edilir. Bu, dövlətin şəhid ailələrinə olan diqqətini təkcə sözdə deyil, əməldə də göstərir. 

Diqqətçəkən və ən vacib amillərdən biri də şəhid ailələrinin vətənpərvər övlad yetişdirən ailə modeli, qazilərimizin isə vətənin çətin günündə şücaət göstərən  qəhrəmanlıq  nümunəsi kimi cəmiyyətə təqdim olunmasıdır. Çünki rayonun bütün ictimai işlərində fəallıq göstərən bu ailələr və qazilər təkcə xüsusi qayğı göstərilən deyil, həm də nümunə  kimi cəmiyyətə istiqamət verən insanlardır. Rayonda belə ailələrin birliyi qorunur. Şəhid ailəsinin başını dik saxlayan, qazinin əlindən tutan, cəmiyyətə vətən sevgisini aşılayan belə ailələr Abşeronun qürur işığıdır. Onların əsas dayağı qayğı, sevgi və mənəvi dəyərlərə bağlılıqdır. 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!