04 Aprel 2025 17:04
292
DÜNYA
A- A+
ABŞ Senatı Mehmet Özün namizədliyini təsdiqləyib  

ABŞ Senatı Mehmet Özün namizədliyini təsdiqləyib  


Amerikalıların sağlamlığının keşiyində türkəsilli professor duracaq


 ABŞ Senatı Prezident Donald Tramp tərəfindən “Medicare” və “Medicaid Services” (CMS) Mərkəzlərinin direktoru vəzifəsinə irəli sürülən türk kardiocərrah Mehmet Özün namizədliyi təsdiqləyib.

Senatda keçirilən səsvermə zamanı 53 millət vəkili Özün namizədliyinin lehinə, 45-i isə əleyhinə səs verib.

Yaşlılara və aztəminatlı əhaliyə səhiyyə xidməti göstərən ölkənin aparıcı qurumlarına rəhbərlik edəcək Öz bu vəzifəyə təyin olunan ilk türkdür.

ABŞ-də “Medicare” 65 yaşdan yuxarı insanlara tibbi xidmət göstərən federal tibbi sığorta proqramıdır. Öz növbəsində, “Medicaid Services”, yoxsulların, əlillərin, aztəminatlı ailələrdən olan uşaqların və digər sosial cəhətdən həssas şəxslərin tibbi xərclərini ödəməyə kömək edən birgə federal və əyalət Amerika səhiyyə proqramıdır.

Qeyd edildiyi kimi, CMS 160 milyon amerikalının illik xərcləri 1 trilyon dollardan çox olan tibbi sığortanı həyata keçirir.

Amerika mediası yazır ki, Özün CMS direktoru vəzifəsinə təyin edilməsi, Tramp dövründə həyata keçirilən federal ixtisarlar çərçivəsində sağlamlıq proqramları üçün çətin bir dövrə  təsadüf edir.

CMS səhiyyə xərclərini azaltmaq səyləri çərçivəsində 300-ə yaxın iş yerini ixtisar etməyi planlaşdırır.

Keçən ay Senatın Maliyyə Komitəsi qarşısında verdiyi ifadədə Öz ABŞ-da sağlamlıq sığortası proqramlarının canlılığının təmin edilməsinin vacibliyini vurğulayıb.

Mehmet Öz 1960-cı ildə Amerikanın Ohayo ştatında Türkiyədən gələn çərkəz mühacirlərin ailəsində anadan olub. 1955-ci ildə atası Mustafa Öz ABŞ-də təhsilini və praktikasını davam etdirməsinə imkan verən qrant alıb. Mehmetin anası Suna Öz İstanbuldakı əczaçı ailəsindən idi.

Mehmet Öz Harvard Universitetini bitirib və Pensilvaniya Universitetində doktorluq dərəcəsi alıb. 2001-ci ildən o, Kolumbiya Universitetində cərrahiyyə şöbəsinin müdiridir və Nyu Yorkdakı Presviterian Xəstəxanasında dərs deyir.

Altı mövsüm “The Oprah Winfrey Show”-da aparıcı sağlamlıq eksperti kimi çalışıb. O, həmçinin “Discovery Channel” telekanalında baş tibbi məsləhətçi vəzifəsində çalışıb. 2009-cu ildən 2022-ci ilə qədər  özünün "The Dr. Oz Show" adlı televiziya şousunda aparıcılıq edib. 9 dəfə “Daytime Emmy” mükafatı alıb və Hollivud Şöhrət Xiyabanında  ulduz sahibi olub.

2018-ci ildə o, Donald Tramp administrasiyası yanında İdman, Fitnes və Qidalanma Şurasının üzvü olub. 2022-ci ildə Pensilvaniyadan ABŞ Senatına namizədliyini irəli sürüb, lakin seçkidə məğlubiyyətə uğrayıb.

 Səkkizi “New York Times” bestsellerlərinə çevrilmiş 13 kitabın, həmçinin 400-dən çox nəşrin müəllifidir.

Ailəlidir, Dafni, Oliver Mustafa, Arabella Sezen  və Zoi Yasemin adlı dörd övladı var.

Donald Trampın dediyinə əsasən, "Amerikanı yenidən sağlam etmək üçün doktor Mehmet Öz qədər ixtisaslı və bacarıqlı heç bir həkim ola bilməz".


Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

03:53
10 Aprel

A.N.Eminovun Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

03:52
10 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili" adlı müsabiqə keçirir

03:51
10 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili" adlı müsabiqə həyata keçirir

03:51
10 Aprel

Dövlət komitəsinin sədri Zərdabda məscidlərin fəaliyyəti ilə tanış olub  

23:46
09 Aprel

Ersin Tatar: Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm  

23:45
09 Aprel

ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb  

22:37
09 Aprel

Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəldib

22:09
09 Aprel

Nazir: İsrail Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlıdır  

21:42
09 Aprel

Moskva Rusiya XİN əməkdaşının Parisdə saxlanılmasını pisləyib

21:39
09 Aprel

Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub

21:15
09 Aprel

Azərbaycan və Pakistan arasında sərmayələrin artırılması imkanları müzakirə edilib

19:41
09 Aprel

Belçikada Azərbaycan-Ermənistan münasibətlərinə dair qərəzli qətnamə layihəsi ilə əlaqədar dinləmələr keçirilib  

19:32
09 Aprel

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

19:23
09 Aprel

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan  

19:18
09 Aprel

Misirdə binanın uçması nəticəsində 6 nəfər həlak olub

19:15
09 Aprel

Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin sədri Şeyxə Fatimə bint Mübarəkdən

19:04
09 Aprel

Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş olub  

18:51
09 Aprel

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:50
09 Aprel

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

18:50
09 Aprel

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan  

18:49
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!