11 Sentyabr 2025 17:29
477
SİYASƏT
A- A+
ABŞ özünün strateji tərəfdaşı kimi Azərbaycanı təsadüfən seçməyib TƏHLİL  

ABŞ özünün strateji tərəfdaşı kimi Azərbaycanı təsadüfən seçməyib TƏHLİL  


Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə görüşərək Birgə Bəyannamə imzalamaları əlamətdar hadisə olmaqla yanaşı, rəsmi Bakının diplomatik qələbəsini göstərir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazda məhz Azərbaycanı özünün strateji tərəfdaşı seçərək keçmiş administrasiyanın yanlış siyasətini düzəltməyə çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ABŞ üçün olduqca cəlbedicidir. Bu təşəbbüslərin əsasında əməkdaşlıq, iqtisadi inkişaf, qitələrin ticarət əlaqələrini asanlaşdırmaq və ümumilikdə dünya iqtisadiyyatının inkişafına təkan verən pozitiv layihələr dayanır. ABŞ Azərbaycanı təsadüfən özünün strateji tərəfdaşı seçməyib. Dünya siyasətində aparıcı rol oynayan Amerika geosiyasi üstünlüyü müharibə və münaqişələrlə deyil, “yumşaq güclə” əldə etməyə çalışır. Onun sərmayəsi və siyasi dəstəyi hər bir qlobal xarakterli məsələdə həlledici rola malikdir.

Avqustun 29-da Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması, sentyabrın 10-da isə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanın Azərbaycana səfər edərək iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat və energetika nazirləri ilə görüşü, əməkdaşlıq əlaqələrinin müxtəlif aspektlərini müzakirə etməsi rəsmi Vaşinqtonun regionda Azərbaycanı özünün strateji tərəfdaşı seçməsini aydın formada göstərir.

ABŞ nə üçün region dövlətləri arasında məhz Azərbaycanı tərəfdaş seçib?

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” neft kontraktlarında Amerikanın “Amoko”, “Yunokal”, “Ekson”, “Penzoyl” kimi iri şirkətləri ümumilikdə 40 faiz paya sahib oldular. Rəsmi Vaşinqton Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişini dəstəklədi. Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması üçün Amerika bu layihələrə siyasi və sərmayə dəstəyi verdi. Bu gün isə Azərbaycanın coğrafi mövqeyi və Prezident İlham Əliyevin bundan istifadə edərək praqmatik siyasəti ölkəmizi təkcə ABŞ üçün deyil, “Qlobal Cənub” və “Qoca qitə” üçün də cəlbedici məkana çevirib. Artıq Azərbaycan Qərblə Şərq arasında nəqliyyat qovşağına, tranzit yolların kəsişdiyi ölkəyə çevrilib.

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, amerikalı ekspert Riçard Hogland bildirib ki, “ABŞ Cənubi Qafqazdakı proseslərdə iştirak etməklə yanaşı, iqtisadi fayda əldə etməyi və regionda sülhün möhkəmlənməsinə dəstək verməyi nəzərdən keçirir”. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə Orta Dəhliz 2021-ci ilə nisbətən 2030-cu ilə qədər daşınan yükləri üç dəfə artıra, eyni zamanda, daşınma müddətlərini iki dəfə azalda bilər. Qazaxıstan Nəqliyyat Nazirliyinin cari ilin 7 ayı üzrə ötən ilin eyni dövrü ilə müqayisədə Orta Dəhlizlə yüklərin daşıma həcmi 62 faiz artıb. Ötən ilin 6 ayı ərzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə 2,5 milyon ton yük daşınıb. Yükdaşımaların həcminin 5 milyon tona çatdırılması proqnozlaşdırılır. Ümumilikdə Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dolların üzərindədir.

Göründüyü kimi, iqtisadi səmərə verən region ABŞ-ın diqqətindən qaçmayıb. ABŞ-ın keçmiş administrasiyası erməni lobbisinin təsirinə düşərək Azərbaycana qarşı heç də konstruktiv mövqe nümayiş etdirmədi. Xaricdə oturaraq regiondakı vəziyyəti qarışdırıb və bundan fayda əldə etmək istəyən siyasi qruplaşmalar nəinki Ermənistan ilə Azərbaycanın eləcə də Amerikanın özünün dövlət maraqlarına uyğun olmayan addımlar atırdılar. Lakin Donald Tramp ikinci dəfə prezident seçildikdən sonra Ağ Evin siyasətində milli maraqlara uyğun korrektlər etdi və Azərbaycanın dünya siyasətindəki yeri düzgün qiymətləndirildi.

CGTN (China Global Television Network Turk) kanalının siyasi şərhçisi Yakub Aslan Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesini şərh edərək bildirib ki, Prezident Donald Tramp təcrübəli və praqmatik biznesmen olaraq dövlət başçısı kimi də səmərəli siyasət yürüdür. ABŞ-ın regiona nüfuz etməsi həm Ermənistan, həm də Azərbaycan üçün uğurlu nəticələr vəd edir. Orta Dəhlizin aparıcı seqmenti olan Zəngəzur dəhlizi regionun iki dövləti arasında sülhə xidmət etməklə yanaşı, iqtisadı dividendlər də gətirəcək. Asiyanın Avropa ilə nəqliyyat və tranzit baxımından birləşməsi ABŞ-ın sərmayəsi və siyasi dəstəyi ilə daha da genişlənəcək. Prezident Donald Tramp ABŞ şirkətlərinin burada iştirakına çalışır ki, bu da bütün tərəflər üçün səmərəlidir. Artıq regionda marağı olan və bu maraqları münaqişələr yolu ilə qorumağa çalışaraq destruktiv siyasət aparan dövlətlərin iqtidarı zor tətbiq etməyə imkan vermir. İstər şimal, istərsə də cənub qonşularımız “bulanıq suda balıq tutmaq” ənənəsində əl çəkirlər. ABŞ dünyanın ən qüdrətli güc mərkəzi olduğu üçün onun sərmayəsi olan regiona artıq münaqişə ilə müdaxilə etmək mümkün olmayacaq.

Beləliklə, ABŞ-ı regiona cəlb edən əsas amillər Azərbaycan Prezidentinin həyata keçirdiyi sülh, sabitlik, dostluq, iqtisadi inkişaf və sosial rifah siyasətidir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizini reallığa çevirmək istəyinin arxasında qlobal əməkdaşlıq dayanır. Bu əməkdaşlıq dəhliz boyu yerləşən dövlətlərin iqtisadi inkişafına böyük töhfələr verəcək. ABŞ-ın regiona daxil olmasının əleyhinə olan bölgə dövlətləri də bunu başa düşür və özlərinin də bu dəhlizdən istifadə edərək dünyaya açılacaqlarını bilirlər. Lakin geosiyasi ambisiyaları, dünyaya hökmranlıq etmək iddiaları onlara mane olur, hakimiyyəti qoruyub saxlamaq naminə qeyri-adekvat siyasi addımlar atmağa cəhd edirlər. Müasir dünyanın geosiyasi prosesləri artıq destruktivliyin real siyasətə müdaxiləsinə imkan vermir. Regionda həyata keçirilən layihələrin qarşısını almaq bütün dünya ilə qarşıdurma vəziyyətinə düşməyə bərabərdir. Bu gün dünya gücləri mənasız siyasi ambisiyalar əvəzinə iqtisadi əməkdaşlıq, əhalinin sosial rifahının yüksəlməsi, iqtisadi inkişaf və bu yollarla dünyada nüfuz sahibinə çevrilmək istiqamətində siyasət aparırlar ki, bu da rəğbətlə qarşılanır. Məsələyə bu aspektdən yanaşdıqda ABŞ-ın regionumuza daxil olması bütün tərəflərin maraqlarına uyğundur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!