15 Yanvar 2026 17:02
540
SİYASƏT
A- A+
ABŞ-ın özəl sektorunun Azərbaycan bazarına marağının artması strateji tərəfdaşlığın iqtisadi dayaqlarını gücləndirir 

ABŞ-ın özəl sektorunun Azərbaycan bazarına marağının artması strateji tərəfdaşlığın iqtisadi dayaqlarını gücləndirir 


ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri Bakı-Vaşinqton münasibətlərində yeni mərhələnin konturlarını aydın şəkildə ortaya qoyur. Bu səfər təkcə texniki əməkdaşlıq çərçivəsində keçirilən görüşlər toplusu deyil, həm də ABŞ–Azərbaycan strateji tərəfdaşlığının dərinləşdirilməsi baxımından mühüm siyasi və iqtisadi mesajlar ehtiva edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase söyləyib.

O bildirib ki, səfər zamanı aparılan müzakirələrin mərkəzində ticarət, sənaye və regional iqtisadi layihələrin olması tərəflərin münasibətləri daha praktik və nəticəyönümlü müstəviyə keçirmək niyyətindən xəbər verir. Xüsusilə dəmir yolu infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar və süni intellekt tətbiqləri üçün məlumat mərkəzlərinin inşası ilə bağlı müzakirələr Azərbaycanın gələcək inkişaf prioritetlərinin ABŞ-ın texnoloji və maliyyə imkanları ilə uzlaşdırıldığını göstərir. Bu, əməkdaşlığın artıq klassik enerji tərəfdaşlığı çərçivəsindən çıxaraq rəqəmsal və innovativ sahələrə keçdiyini təsdiqləyir.

“Diqqətçəkən məqamlardan biri də bu əməkdaşlığın siyasi əsaslarının möhkəm institusional baza üzərində qurulmasıdır. Belə ki, 2025-ci il avqustun 8-də Azərbaycan və ABŞ prezidentlərinin Ağ Evdə keçirilən görüşü iki ölkə arasında strateji tərəfdaşlığın yeni sütunlarını formalaşdırıb. ABŞ nümayəndə heyətinin Bakıdakı görüşləri də həmin razılaşmaların praktik müstəvidə icrasına yönəlmiş addım kimi dəyərləndirilə bilər. Görüşlərdə TRIPP marşrutunun xüsusi vurğulanması ABŞ-ın regional bağlantılara və alternativ nəqliyyat dəhlizlərinə artan marağının göstəricisidir. Orta Dəhlizin genişlənməsi, enerji və logistika marşrutlarının şaxələndirilməsi fonunda Azərbaycan Avrasiyanın əsas tranzit və enerji mərkəzlərindən biri kimi ön plana çıxır. Bu reallıq Bakının regional diplomatiyasını və iqtisadi siyasətini daha da əhəmiyyətli edir”,- deyə P.Tase vurğulayıb.

Ekspert əlavə edib ki, ABŞ-ın özəl sektorunun Azərbaycan bazarına marağının artması strateji tərəfdaşlığın iqtisadi dayaqlarını gücləndirir. İnfrastruktur, logistika və bərpaolunan enerji sahələrinə mümkün investisiyalar təkcə iqtisadi fayda deyil, həm də uzunmüddətli siyasi etimadın göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycanın geosiyasi mövqeyi, enerji təhlükəsizliyindəki rolu və regional iqtisadi təşəbbüslərdə artan çəkisi fonunda Vaşinqton üçün etibarlı tərəfdaş kimi çıxış etməsi bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əsas verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb  

19:54
17 Fevral

İordaniya mediasında Bakının turizm imkanları və şəhərsalma ənənələri barədə məlumatlar yayımlanıb  

19:07
17 Fevral

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

19:01
17 Fevral

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir  

18:46
17 Fevral

Azərbaycanla Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb  

18:23
17 Fevral

“Qarabağ”ın sabiq baş məşqçisi: “Nyukasl”ın təzyiqindən çıxmaq üçün sürətli keçidlər vacibdir  

18:09
17 Fevral

Ruben Vardanyana hökm oxunub  

17:49
17 Fevral

Azərbaycanla BƏƏ arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradılacaq  

17:47
17 Fevral

Nazirlik: Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır  

17:41
17 Fevral

Qurban Qurbanov: "Nyukasl"ın bizə uyğun olmayan oyun üslubu var  

17:36
17 Fevral

"Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir  

17:32
17 Fevral

Son günlər Sudanda PUA hücumları 50-dən çox insanın ölümünə səbəb olub  

17:21
17 Fevral

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub  

17:13
17 Fevral

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir  

16:29
17 Fevral

Bir sıra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:24
17 Fevral

QMİ-nin sədr müavini: Ramazan orucunu sağlam insanlar tutmalıdır 

16:17
17 Fevral

Hillari Klinton: Endryu Konqres qarşısında ifadə verməlidir

16:12
17 Fevral

Qırğızıstanda prezident seçkiləri 2027-ci ildə keçiriləcək

15:58
17 Fevral

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

15:52
17 Fevral

Polşalı geofizik: Buzlaqların ərimə sürəti təkcə alimləri deyil, hər kəsi narahat etməlidir  

15:41
17 Fevral

Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə əlaqədar iclas keçirilib  

15:26
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!