01 May 2024 09:35
212
DÜNYA
A- A+

ABŞ "demokratiyası"

 

Prezidentliyə namizəd və yüz tələbə həbs edilib, ölkənin ən nüfuzlu ali təhsil müəssisələrində iğtişaşlar başlayıb

 

Yaşıllar Partiyasının ABŞ prezidentliyinə namizədi, ixtisasca həkim Cill Steyn Sent-Luisdəki Vaşinqton Universitetində Yaxın Şərqdə savaş əleyhdarlarının etiraz aksiyası zamanı həbs edilib. Onun seçki qərargahından bildirilib ki, hazırda hansısa ittiham barədə məlumat yoxdur.
"Fox News" telekanalının xəbərinə görə, Steyn çadır düşərgəsini quran tələbələrə dəstək məqsədilə keçirilən aksiyada iştirak edib və Vaşinqton Universiteti Boeing şirkəti ilə əməkdaşlığa son  qoymayana qədər oranı tərk etməyəcəklərini bildirib. Bildirilir ki, Sent-Çarlz şəhərində bu şirkətə məxsus zavodda hazırlanan döyüş sursatından müharibədə istifadə olunur.
Həbs olunmazdan əvvəl lentə alınan və "X" sosial media saytında yerləşdirilən videoda Yaşıllar Partiyasının namizədi tələbələri və onların konstitusion azad söz hüquqlarını dəstəklədiyini vurğulayıb: "Biz burada demokratiya, insan haqları, soyqırıma son qoyulması tərəfdarı olan tələbələrlə birlikdə dayanacağıq". 
Steynin seçki qərargahı tələbələrin tələblərini və onların dinc etirazlarını və kampusda toplaşmalarını dəstəkləyir. Seçki kampaniyasının kommunikasiya direktoru Devid Şvab deyib ki, Steyn  etirazçılarla polis arasında yaranmış vəziyyəti sakitləşdirməyə çalışıb, lakin asayiş keşikçiləri buna heç bir reaksiya verməyib və tezliklə həbslərə başlayıblar. Doktor Steynin dediyi kimi, universitet rəhbərlərinin, sadəcə olaraq, sülhə, insan hüquqlarına hörmətə çağıran və müharibəyə son qoymaqla bağlı şüarlar səsləndirən tələbələrinə qarşı güc tətbiqinə razılıq verməsi biabırçılıqdır.
Steynin seçkiqabağı kampaniyasının rəhbəri Ceyson Koll və onun müavini Kerri Merrill-Kayyer də həbs ediliblər. Sent-Luisdəki Vaşinqton Universitetində davam edən nümayişlər fonunda 100 tələbə saxlanılıb. Saxlanılanlar arasında tələbələr, müəllimlər və universitetlə əlaqəsi olmayan şəxslər də var. 
Təhsil müəssisəsindən bildiriblər ki, tutulanlar əraziyə qanunsuz daxil olduqlarına, bəziləri isə həbs zamanı müqavimət göstərdiklərinə, o cümlədən polis əməkdaşına xəsarət yetirdiklərinə görə ittiham ilə üzləşə bilərlər.
Qeyd olunur ki, Amerika Vyetnam müharibəsindən sonra belə şiddətli tələbə etirazları görməyib. Belə ki, kütləvi aksiyalar  ABŞ-nin Qərbdən Şərq sahilinə qədər  50-yə yaxın universiteti əhatə edir. Aprelin 18-dən bəri saxlanılanların sayı  1000 nəfərə yaxınlaşıb. 
Amerikalı tələbələr isə etirazlarının dinc xarakter daşıdığını israr edirlər. Bununla belə, universitet rəhbərləri etirazları böyük ölçüdə qınayıblar. Bəzi rektorlar, məsələn  İndiana Universiteti, Corc Vaşinqton Universiteti və Kaliforniya Dövlət Politexnik Dövlət Universitetinin Humboldt Kampusunun rəhbərliyi fəal şəkildə intizam tədbirləri həyata keçirirlər, hətta tələbələri xaric edir və ya etirazçıları həbs etmək üçün polis çağırırlar.
 Xatırladaq ki, Harvard məzunu olan Cill Steynin 73 yaşı var. Prezidentlik kampaniyası onun üçün yeni deyil: 2012-ci və 2016-cı illərdə Yaşıllar Partiyasından namizəd olub və bundan əvvəl iki dəfə Massaçusets qubernatoru seçilməyə çalışıb. 
O, 1990-cı illərin sonlarında insanların sağlamlığının ətraf mühitdən birbaşa asılı olduğunu iddia edərək ştatda aktiv içtimai-siyasi fəaliyyətə başlayıb.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video