28 Mart 2024 19:31
392
İDMAN
A- A+

ABF rəsmisi: "Böyük İpək Yolu" turnirinin Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdür

 

Bu yarışın Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdür. Bunu Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov “Böyük İpək Yolu” beynəlxalq turniri barədə jurnalistlərə açıqlamasında deyib.
ABF rəsmisi yarışda 11 ölkənin mübarizə apardığını xatırladıb: "Olimpiya və dünya çempionları da bu turnirdə iştirak ediblər. Azərbaycan Boks Federasiyasının yaradılmasının 100 illiyidir. Bu məqsədlə ölkəmizdə silsilə tədbirlər keçirməyi planlaşdırırıq. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında turnir keçiriləcək. İlin sonunda gənclər arasında da yarış olacaq. Bundan əlavə, sentyabrda ölkəmizdə ilk dəfə AİBA Pro versiyası üzrə boks gecəsi keçiriləcək".
Qeyd edək ki, "Böyük İpək Yolu" turnirinə 11 ölkədən 121 idmançı qatılıb.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video