30 Noyabr 2023 09:15
899
İQTİSADİYYAT
A- A+
67-ci rayon

67-ci rayon

 

Zəfərin reallıqları Ağdərəni də quruculuq və inkişaf ünvanına çevirəcək

 

Ölkə Prezidenti tərəfindən Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" qanun layihəsi təqdim olunub. Noyabrın 27-də parlamentin Regional məsələlər komitəsinin iclasında qanun layihəsinə baxılıb və Milli Məclisin plenar müzakirəsinə tövsiyə edilib.

 

1930-cu ildə təşkil olunan rayon

 

İlk dəfə 1930-cu ildə təşkil olunan Ağdərə rayonu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin  tərkibində olub. Rayon 1991-ci ilə qədər Mardakert adlanıb.  1991-ci ilin noyabr ayında qəbul edilən "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" qanunla rayonun adı dəyişdirilərək Ağdərə adlandırılıb. Eyni zamanda həmin vaxtdan Martuni rayonu Xocavənd adlandırılıb, Əsgəran və Hadrut rayonları ləğv olunub, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb. Ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib.
"Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu 1992-ci il oktyabrın 13-də ləğv olunub. Qərara əsasən, rayonun kəndləri və onlara məxsus torpaq sahələri Tərtər, Ağdam və  Kəlbəcər rayonlarının inzibati tərkibinə verilib. Rayonun mərkəzi Ağdərə şəhəri Tərtər rayonuna verilib. 

 

Ağdərənin işğalı AXC-Müsavat cütlüyünün yarıtmaz idarəçiliyinin nəticəsi idi

 

Ağdərə şəhəri və ləğv edilmiş rayonun kəndləri 1993-cü ilin iyulunda ermənilər tərəfindən işğal olunmuşdu. Bu işğal o dövrdə respublikamızda AXC-Müsavat cütlüyünün yarıtmaz idarəçiliyi nəticəsində yaranan proseslərin nəticəsi idi. Qiyam qaldıran S.Hüseynovun nəzarətində olan  hərbi hissələrin döyüş mövqelərini ataraq Bakıya doğru irəliləməsindən istifadə edən ermənilər  iyulun 7-də Xankəndidən 62 kilometr şimalda yerləşən Ağdərə şəhərini və ətraf kəndləri işğal etmişdilər.
İşğal olunana qədər yerli əhali olan azərbaycanlılar keçmiş Ağdərə rayonunun, əsasən, 14 kəndində - Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güneypəyə,  Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar kəndlərində və Gəncxana sovxoz qəsəbəsində yaşayıblar. Bu 14 kənddə 14 min nəfərdən çox azərbaycanlı yaşayıb və işğaldan sonra onlar öz doğma yurdlarından məcburən köçkün düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.

 

Tərtərdən 851,25, Kəlbəcərdən 735,84, Ağdamdan 73,74 kvadratkilometr...

 

Azərbaycan Ordusunun bu ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə son qoyuldu, respublikamızın suverenliyi tam bərpa edildi. Antiterror tədbirləri nəticəsində 30 il əvvəl işğal edilmiş Ağdərə şəhəri və ətraf kəndlər separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan bayrağını ucaltdı.
Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir, işğaldan azad edilmiş bütün ərazilərə yeni nəfəs verir. Ərazi bütövlüyümüzün bərpası nəticəsində yaranmış yeni reallıqlar həm də Qarabağ və Şərqi Zəngəzurda inzibati ərazi bölgüsündə də təkmilləşdirmələri zəruri edir. Ağdərə rayonunun yaradılması təşəbbüsü də bu məqsəddən irəli gəlir.
1660,83 kv.km ərazidə yaradılacaq Ağdərə rayonuna Kəlbəcər rayonundan 735,84 kv.km, Tərtər rayonundan 851,25 kv.km və Ağdam rayonundan 73,74 kv.km ərazi veriləcək.  Ağdam rayonundan Baş Güneypəyə, Xatınbəyli, Məlikli, Qazançı, Orta Güneypəyə, Sırxavənd, Ballıqaya, Bəşirlər, Qaraşlar kəndləri və Yeni Qaralar, Kəlbəcər rayonundan Çərəktar, Çıldıran, Dəvədaşı, Mehmana, Dovşanlı, Bazarkənd, Hayad, Heyvalı, Yayıcı, Həsənriz, İmarət Qərvənd, Çapar, Zardaxaç, Kolatağ, Damğalı, Qızılqaya, Yuxarı Ortatağ, Qozlu, Qozlukörpü, Narınclar, Vəngli, Çormanlı və Şahmansurlu kəndləri, Tərtər rayonundan Ağabəyli, Canyataq, Gülyataq, Çardaqlı, Lüləsaz, Meqrelalay, Həsənqaya, Çiləbürt, Göyarx, Maralyansarov, Kiçik Qarabəy, Qızıloba, Seysulan, Yarımca, Aşağı Ortatağ, Qasapet, Dəmirli, Şıxarx, Talış, Ulu Qarabəy, Umudlu, Zəylik kəndləri və Ağdərə şəhəri Ağdərə rayonunun tərkibinə veriləcək.

 

Ağdərə rayonunun yaradılması bərpa və quruculuq işlərinə mühüm töhfə olacaq

 

Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla - polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tutub. İşğal dövründə ermənilər rayonun təbii ehtiyatlarını talan etmiş, ekologiyasına böyük ziyan vurmuşlar. O cümlədən ermənilər Sərsəng Su Anbarından respublikamızın ətraf rayonlarına qarşı ekoloji terror həyata keçirmişlər. İşğal dövründə ermənilər rayon ərazisindəki tarixi memarlıq abidələrini də ya dağıtmış, ya da onların erməniləşdirilməsinə cəhd göstərmişlər.
Hazırda Azərbaycan dövlətinin milli prioriteti azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma şəhər və kəndlərinə qayıdışıdır. Ağdərə rayonunun yaradılması həmin ərazilərdə aparılacaq bərpa və quruculuq işlərinə mühüm töhfə olacaq.  Ağdərənin yaradılması ilə Azərbaycanda rayonların sayı 67-yə çatacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!