07 İyun 2023 10:20
305
İQTİSADİYYAT
A- A+
5,5 milyard manat yatırım, 37,7 min iş yeri

5,5 milyard manat yatırım, 37,7 min iş yeri

 

Bu, 473 sahibkarlıq subyektinə verilmiş 571 investisiya təşviqi sənədi hesabına mümkün olur

 

Ölkədə müntəzəm olaraq dövrün çağırışlarına uyğun təkmilləşdirilən qanunvericilik bazası, aparılan iqtisadi islahatlar sahibkarlığın inkişafını da sürətləndirir.  Bunun üzərinə dövlət tərəfindən fürsət düşdükcə verilən hər cür dəstəyi də gəlsək, onda özəl sektorun ölkə iqtisadiyyatının etibarlı güvənc yerinə çevrilməsinin əsl səbəbi aydın olur.
Dövlətin özəl sektora dəstəyi isə səngimir. İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə Prezidentin "İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 18 yanvar 2016-cı il tarixli fərmanı, 20 aprel 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası" və investisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı 20 dekabr 2022-ci il tarixli fərmanı ilə investisiya təşviqi mexanizmi yaradılaraq təkmilləşdirilmiş və müvafiq meyarlara uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaranmışdır. İnvestisiya təşviqi mexanizminə edilmiş son dəyişikliklərə əsasən, investisiya təşviqi sənədi 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları, müvafiq ərazilərdə (Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda) həyata keçiriləcək layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyən edilən istiqamətlər üzrə həyata keçiriləcək strateji layihələrə verilir. Yeni mexanizmdə müəyyən edilmiş meyarlara ekoloji baxımdan əhəmiyyətli olan tullantıların təkrar emalı fəaliyyət sahəsi əlavə olunmuş və turizm istiqamətli fəaliyyət sahələri genişləndirilmişdir. 
Yeni mexanizm əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəlmişdir. İnvestisiya təşviqi sənədi həmin sənədin əldə olunduğu tarixdən etibarən 7 il müddətində Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə mənfəət və ya gəlir vergisinin 50 faizindən, torpaq və əmlak vergisindən tam, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azad olması daxildir.
Ümumilikdə cari ilin 1 aprel tarixinədək ölkə üzrə 473 sahibkarlıq subyektinə 571 investisiya təşviqi sənədi verilmişdir. İnvestisiya təşviqi sənədi təqdim olunan layihələrin reallaşması nəticəsində yerli istehsala 5,5 milyard manatdan artıq investisiyanın yatırılacağı, 37,7 mindən çox iş yerinin açılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 14 faizi Bakı şəhəri və ətraf qəsəbələrin, 86 faizi regionların payına düşür. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 60,6 faizi sənaye, 35,9 faizi kənd təsərrüfatı, 1,9 faizi logistika, 1,6 faizi turizm sahələrində icra olunacaq layihələri əhatə edir. Xatırladaq ki, 2022-ci il ərzində 49 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunmuşdur. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 664,6 milyon manat investisiyanın yatırılması və 2323 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
İnvestisiya təşviqi sənədi verilmiş 400-dən artıq layihə artıq fəaliyyətə başlamışdır. Digər layihələrin qurulması üzrə işlər davam edir. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları dünyanın müxtəlif ölkələrinə (MDB, Avropa, ərəb ölkələri və s.) ixrac olunur.
Dövlət tərəfindən cari il aprelin 1-dək investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara (437 sahibkarlıq subyekti) 881,3 milyon dollar dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 5228 təsdiqedici sənəd verilmişdir. Sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 221,1 milyon dollar məbləğində güzəşt əldə edilmişdir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!