07 Noyabr 2022 10:58
2199
CƏMİYYƏT
A- A+
44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin 66 əməkdaşı şəhid olub  

44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin 66 əməkdaşı şəhid olub  

 

Tarixdə müharibələr məqsəd və məzmununa görə iki yerə ayrılır: ədalətsiz və ədalətli müharibələr. Başqasının torpağında, sərvətində, dövlətində gözü olanlar həmişə təcavüzkar niyyətlərini həyata keçirmək üçün ədalətsiz müharibələrə başlayıblar. Azərbaycan da müstəqilliyinin ilk illərində mənfur qonşusu tərəfindən müharibəyə cəlb olundu. Bu müharibədə Azərbaycan ədalətli tərəf olduğundan onun oğul və qızları vətəni düşmən işğalından qorumaq üçün silaha sarıldılar. Həmin dövrdə silaha sarılanların cərgəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi. Birinci Qarabağ müharibəsində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə polis və daxili qoşunların hərbi qulluqçuları igidliklə döyüşərək qəhrəmanlıqlar göstərdilər. Amma yağı düşməni müqəddəs torpaqlardan birdəfəlik qovmaq, tarixi ədaləti bərpa etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tarixi zəmin 2020-ci il sentyabrın 27-də yarandı.

DİN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan polisi və daxili qoşunların hərbi qulluqçuları hər bir azərbaycanlının uzun illərdir həsrətində olduğu torpaqlarımızın azad olunması uğrunda başlayan Vətən müharibəsində əsl fədakarlıq nümunəsi göstərdilər. 2020-ci il sentyabrın 28-dən ölkə ərazisində hərbi vəziyyət elan edildi. Bundan əlavə paytaxt Bakı, eləcə də bir neçə iri şəhər və rayonlarda hərbi vəziyyət dövründə komendant saatı elan olundu. Bununla da gərgin iş rejimində xidmət aparan polisin fəaliyyət sahəsi bir qədər də genişləndi.

2020-ci ilin payızını Azərbaycan polisinin imtahan dönəmi də adlandıra bilərik. Belə ki, Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları cəbhədə bir düşmənə qarşı döyüşürdüsə, polis əməkdaşları eyni anda ikinci bir düşmənlə mübarizə aparırdı. Söhbət COVID-19 virusundan gedir. Gözlə görünməyən bu düşmən hər yerdə idi. Qürurla deyə bilərik ki, bu imtahandan da asayiş keşikçilərimiz üzüağ çıxdılar.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Bir-birinin ardınca azad olunan rayonlarımıza, kəndlərimizə ilk ayaq basanların, o torpaqlarda bayrağımızı dalğalandıran oğullarımızın arasında Daxili İşlər Nazirliyinin şəxsi heyəti də var idi. Ağır döyüşlərdə onlardan 66 nəfər şəhid oldular. 346 hərbi qulluqçu yaralandı, 4 nəfər Vətən müharibəsi qəhrəmanı adına layiq görüldü. Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Ali dövlət mükafatları ilə təltif edilənlər arasında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi.

Müharibə zamanı və post-müharibə dönəmində Daxili İşlər Nazirliyinin əməkdaşları bütün şəhər və kəndlərimizdə, o cümlədən işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqdadır. Bu mühüm məsələnin əsas məsuliyyəti məhz onların üzərinə düşür. Bir sözlə polis və hərbi qulluqçular işğaldan azad edilmiş ərazilərdə öz xidmətlərini yüksək səviyyədə həyata keçirir, təhlükəsizliyimizi möhkəmləndirirlər. Təmkinli, cəsur, daim ayıq-sayıq xidmətdə olan polislərimiz işğaldan azad edilən torpaqlarda Azərbaycan qanunlarının keşiyindədir. Otuz ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Sevindirici haldır ki, artıq həmin şəhər və rayonlarımızda polis əməkdaşları illərdir həsrətində olduqları ərazilərdə xidmət aparırlar. Bu gün əsasən məqsədlərindən biri vətəndaş məmnunluğunu təmin etmək olan Azərbaycan polisi cəmiyyətin hər bir üzvünün güvənc yeri, əminliklə kürəyini söykədiyi bir dayaqdır. Azərbaycan polisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin tərəqqisinə, inkişafına layiqli töhfələr vermək üçün bu gün də yorulmadan, ayıq-sayıq dövlətə və dövlətçiliyə xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!