12 Fevral 2026 08:45
266
İQTİSADİYYAT
A- A+
42 kilometrlik TRIPP 4200 kilometrlik Orta dəhlizin əsas halqasına çevrilir

42 kilometrlik TRIPP 4200 kilometrlik Orta dəhlizin əsas halqasına çevrilir


Azərbaycanla ABŞ arasında imzalanan xartiyada logistika sahəsində əməkdaşlığın önəmli yer tutmasının bir səbəbi də budur


Müasir dünyada qlobal ticarətin genişlənməsində nəqliyyat-logistika sistemi önəmli rol oynayır. O üzdən beynəlxalq səviyyədə ticarət yollarına nəzarət qlobal güclər üçün xüsusi əhəmiyyət kəsb edir.  Səbəbi də budur ki, sürətli istehsal və sürətli satış müasir dünya iqtisadiyyatının mühüm elementidir.

Məlum olduğu kimi, dünyada baş verən münaqişələr və geosiyasi qarşıdurmalar səbəbindən ənənəvi ticarət marşrutlarında müəyyən problemlər yaranıb. İndiki halda Orta dəhliz ən münasib alternativdir, üstəlik də təhlükəsizlik və səmərəlilik baxımından əlverişlidir. O da məlumdur ki, Orta dəhlizə nəzarət uğrunda qlobal güclər arasında ciddi rəqabət gedir. Ermənistanla Azərbaycanın Zəngəzur dəhlizinin (TRIPP) açılması barədə razılığa gəlməsinin gecikməsi də bu layihəyə qarşı çıxan güclərin Ermənistana təzyiq göstəməsi ilə bağlı olub. 

Nəhayət, ABŞ bu layihənin gerçəkləşməsi üçün Ermənistanı himayə etdi. Bundan sonra ötən ilin avqustanda Vaşinqtonda Amerikanın dəstəyi ilə iki ölkə arasında Zəngəzur dəhlizinin (TRIPP) fəaliyyətə başlaması barədə sənəd imzalandı. Amerika bu layihənin arxasında durmasını hər vəchlə nümayiş etdirir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti  arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın 1-ci bölümündə əməkdaşlığın önəmli sahələrdən biri kimi Orta dəhlizdə və "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşutu"nun (TRIPP) əhəmiyyəti vurğulanır. Sənəddə yazılıb: "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Orta dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər".

İldə 25 milyon ton yükün Orta dəhlizlə çatdırılması hədəf kimi götürülüb. Bu məqsədə nail olmaq üçün region ölkələri əməkdaşlığı genişləndirməli, digər müvafiq addımlar atmalıdır. Xüsusən marşrutun texniki standartlarının artırılması, sənədləşmə proseslərinin rəqəmsallaşdırılması və vahid tarifin bütün tərəflərin qəbul etməsi  vacibdir.

Xəbər verildiyi kimi, fevralın 9-da Daşkənddə Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmin gün  ADY-nin sədri Rövşən Rüstəmovla "Özbəkistan Dəmir Yolları" SC-nin idarə heyətinin sədri Zufar Narzullayev və "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze arasında görüş keçirilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, üç ölkə arasında dəmir yolu sahəsində iş birliyi, o cümlədən Orta dəhlizlə Mərkəzi Asiyadan Avropa istiqamətində yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər həmçinin bu dəhlizlə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması üçün rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan, Gürcüstan, Özbəkistanla yanaşı, Türkmənistan da Orta dəhliz üzrə əməkdaşlığı genişləndirməyə maraq göstərir. Bu il fevralın 10-da Aşqabadda "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Mammed Akmammedov, "Özbəkistan Dəmir Yolları" SC-nin idarə heyətinin sədri Zufar Narzullayev və "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze arasında dördtərəfli görüş keçirilib. Görüşdə tərəflər qarşılıqlı maraq kəsb edən məsələləri, o cümlədən dəmir yolu sahəsində, eləcə də regionun əsas tranzit marşrutlarından olan Orta dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Bununla yanaşı, Orta dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi, bu marşrut üzrə daşımaların həcminin artırılması barədə fikir mübadiləsi aparılıb, əməliyyatların rəqəmsallaşdırılmasının yük nəqlinin daha operativ həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ötən ilin avqustunda Türkmənbaşı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu"nun əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyi qeyd olunub.

Dördtərəfli görüşün yekunu olaraq Orta dəhliz üzrə rəqəmsallaşma və yükdaşımaların inkişafı, dəhlizin diaqnostikası kimi istiqamətləri əhatə edən protokol imzalanıb.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına 620 milyon tona yaxın neft nəql olunub  

13:27
12 Fevral

Ötən il “Azəri-Çıraq-Günəşli”dən hasil olunan neftin həcmi açıqlanıb  

13:13
12 Fevral

DTX dövlət hakimiyyəti əleyhinə cinayət əməlləri törətmiş şəxslərlə bağlı məlumat yaydı

13:10
12 Fevral

İsveçrə Konfederasiyası Federal Parlamenti Kantonlar Şurasının (Senatının) sabiq sədri Filippo Lombardidən  

13:06
12 Fevral

Süni intellekt və rəqəmsallaşma gələcək inkişafı müəyyən edir  

13:04
12 Fevral

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən  

13:01
12 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

12:53
12 Fevral

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri açıqlanıb  

12:46
12 Fevral

Matias Romero İnstitutunda Azərbaycanın sülhə və regional rifaha aparan yolundan danışılıb  

12:31
12 Fevral

BMT-nin QAK-ın Mərkəzi Asiya üzrə regional nümayəndəliyinə azərbaycanlı rəhbər təyin edilib  

12:29
12 Fevral

Kiyevdə 107 min ailə işıqsız qalıb

12:24
12 Fevral

Ukraynalı hərbi ekspert: “Starlink”in bloklanması Rusiya ordusunun hücum əməliyyatlarını zəiflədib 

12:15
12 Fevral

Hakan Fidan: ABŞ İranla nüvə məsələsində kompromisə hazırdır

12:03
12 Fevral

Hava yağmursuzdur, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA

11:43
12 Fevral

“Qarabağ” – “Nyukasl” oyununa biletlərin qiyməti açıqlanıb  

11:37
12 Fevral

Azərbaycan gəmisi Gürcüstanın Poti limanından Moldovanın Curculeşti limanına yük aparıb

11:27
12 Fevral

ABŞ enerji sahəsində Azərbaycan ilə əməkdaşlığı artırmaq niyyətindədir  

11:07
12 Fevral

Ötən gün axtarışda olan 121 nəfər saxlanılıb

10:53
12 Fevral

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də

10:51
12 Fevral

Dünya bazarında qızıl 9 dollara yaxın ucuzlaşıb 

10:49
12 Fevral

UEFA Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli olur 

10:48
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!