28 Oktyabr 2025 08:50
1000
İQTİSADİYYAT
A- A+
4 yaşlı Füzuli Beynəlxalq Hava Limanı Zəfərin ilk quruculuq səhifələrindəndir

4 yaşlı Füzuli Beynəlxalq Hava Limanı Zəfərin ilk quruculuq səhifələrindəndir


4 il öncə bu torpaqda  böyük bir səssizlik vardı. Hər tərəf sükütla örtülmüşdü, yollar az da olsa hələ yad ayaqların izini daşıyır, havada düşmən nəfəsi duyulurdu. Hər baxışda bir həsrət, hər nəfəsdə bir ağrı gizlənmişdi. Amma tarix elə bir an yetişdirdi ki, torpağın qəlbi yenidən döyündü, dağlar dərindən nəfəs aldı. 

2021-ci il oktyabrın 26-da Füzuli səmasında illərin həsrəti, qüruru və qələbə ruhu bir araya gəldi. Məhz həmin gün Azərbaycan tarixində yeni bir səhifə açıldı - Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılışı oldu. Bu mühüm hadisə bir nəqliyyat layihəsinin reallaşmasından daha çox, azad edilmiş torpaqlarda yeni həyatın doğuşu, bərpası və inkişafı idi. Açılış mərasimində Prezident İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. İki qardaş ölkə liderinin Füzuli Hava Limanını birlikdə açması Azərbaycan-Türkiyə qardaşlığının möhkəmliyini və regionda sülh prosesinə yönəlmiş ortaq iradəni nümayiş etdirirdi. 

İnşası cəmi 8 aya başa çatan Füzuli Beynəlxalq Hava Limanı  dünyanın nadir tikinti rekordlarından biri kimi tarixə düşən və düşməndən azad edilmiş ərazilərdə boy göstərən ilk böyük nəqliyyat layihəsidir. Müasir standartlara cavab verən aeroport Qarabağın "hava qapısı" adlanır. Buradan həm daxili, həm də beynəlxalq reyslərin həyata keçirilməsi mümkündür ki, bu da regionun iqtisadi və sosial inkişafında mühüm rol oynayır, turizmə qapı açır.

Dörd il öncə Füzuli səmasında havalanan ilk təyyarə gələcəyə uçuşun, dirçəlişin və qayıdışın timsalına çevrildi. Bu hadisə  həm də xalqın iradəsinin, dövlətin gücünün və qələbə ruhunun təcəssümü idi. Hava limanı azad edilmiş torpaqlara yeni nəfəs, yeni ümid gətirdi, Qarabağda və Şərqi Zəngəzurda yaşayışın bərpasını, iqtisadiyyatın canlanmasını və insanların doğma yurda qayıdışının möhkəm təməlini qoydu. Bu aeroport Zəfər yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır.

Hava limanının uzunluğu 3000, eni 60 metr olan uçuş-enmə zolağı beynəlxalq standartlara tam uyğundur. Müasir infrastrukturla təchiz olunan terminal binası saatda 200 sərnişinə xidmət etmək imkanına malikdir. Bu, təkcə texniki göstərici deyil, həm də sərnişinlər üçün komfort və etibarlığın zəmanətidir. Aeroport avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi ICAO və IATA standartları ilə müvafiq şəkildə uçuşların idarə olunmasını təmin edir.

Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr mövcuddur. Hazırda Füzuli aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistik mərkəzə çevrilməkdədir. Ötən ilin iyul ayından etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın Qarabağa müntəzəm reyslərinin başlanması ilə regionun Azərbaycan və dünya ilə sıx inteqrasiya edilməsi istiqamətində yeni bir mərhələ başlanıb. 

Bu sadalananlar Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda regionun nəqliyyat infrastrukturunda strateji əhəmiyyətə malik bir mərkəzə çevrildiyini göstərir. Hava limanı həm humanitar yardımların, həm də bərpa işləri üçün materialların çatdırılmasını təmin edir. Onu da xüsusi qeyd edək ki, aeroport təkcə daxili uçuşların deyil, beynəlxalq səviyyəli tədbirlərin logistik təminatında da mühüm rol oynayır. 

Bunun nümunəsi kimi ötən ilin iyul ayında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü misal çəkə bilərik. Liman tədbir çərçivəsində 40-dan çox reys qəbul edib və yola salıb. Onların sırasında 10-dan artıq təyyarə növü var idi. "Gulfstream V", "Falcon 7X", "Airbus 319, 320", "Embraer 190", geniş gövdəli "İL-96", "Airbus 330, 340" və "Boeing 787" kimi hava gəmilərinin Füzuli aeroportuna uğurlu enişi onun müxtəlif tipli təyyarələri qəbul etmək qabiliyyətini, müasir texnoloji səviyyəsini və beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir.

Hər eniş və qalxış bu hava limanında yenidən qurulan Qarabağın səmalarına ümid, güvən və inkişaf gətirir. Füzuli səmasında uçan hər təyyarə bu torpaqlarda sülhün, tərəqqinin və həyatın bərpasını özündə əks etdirir. Buradan Şuşaya, Xankəndiyə, Hadruta gedən yollar açılır, yeni həyat axını başlayır. İndi bu limanla Zəngilan və Laçın hava limanları arasında əlaqə yaradılıb. Nəticədə Qarabağ regionu vahid nəqliyyat sistemi ilə dünyaya bağlanıb. 

Uzaqdan baxanda bu 4 yaşlı aeroport sadəcə bir hava limanı kimi görünür, amma zolaqlarında Zəfərin qüruru, şəhidlərin ruhu, millətin birliyi yaşayır. Hər uçuş zolağı qayıdış arzusu və ana duası ilə doludur. Hər enişdə isə bir yurd həsrəti gerçəkləşir. Füzuli səmasında indi sükut yoxdur. Səma təyyarələrin  səsi  və azadlığın nəğməsi ilə lərzəyə gəlir.

4 il çox deyil, amma bu illər içində Füzuli hava limanı bir tarix kitabına çevrildi. O kitabda dağıntılardan doğan dirçəliş, göz yaşlarından yoğrulan sevinc, müharibədən sonra gələn sülh yazılıb. Və bu tarix davam edir. Çünki Füzuli səmasında artıq yalnız təyyarələr deyil, ümidlər uçur. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!