02 Oktyabr 2026 13:48
500
CƏMİYYƏT
A- A+
324 şəxs saxlanılıb, yüzlərlə kiloqram narkotik vastə dövriyyədən çıxarılıb  

324 şəxs saxlanılıb, yüzlərlə kiloqram narkotik vastə dövriyyədən çıxarılıb  


Sərhəd xətti boyunca sentyabr ayı sakit keçməyib. Bir tərəfdə ölkədən çıxmağa çalışan, digər tərəfdə ölkəyə daxil olmağa cəhd edən şəxslər, başqa bir istiqamətdə isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyatlar...

Dövlət Sərhəd Xidmətinin (DSX) sentyabr ayı üzrə açıqladığı rəqəmlər sərhəddə aparılan mübarizənin miqyasını göstərir. Ay ərzində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 324 nəfər sərhədçilər tərəfindən saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Amma sərhəddə təkcə axtarışda olan şəxslər saxlanılmayıb. Ölkədən çıxışına qadağa qoyulmuş 855 nəfərin xaricə getməsinin qarşısı alınıb. Eyni zamanda, Azərbaycana girişinə qadağa qoyulan 54 nəfər ölkəyə buraxılmayıb.

Sərhəd nəzarətinin digər istiqamətində isə rəqəmlər daha ağır mənzərə yaradır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı sentyabr ərzində 593 kiloqram 439 qram narkotik vasitə, eləcə də 11 504 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Bu rəqəmin diqqətçəkən hissəsi isə uçuş aparatlarından istifadə ilə bağlıdır. Belə ki, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə 296 kiloqram 178 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Beləcə, sentyabrın sərhəd statistikası sadəcə rəqəmlərdən ibarət hesabat deyil. Hər rəqəmin arxasında qarşısı alınan bir keçid, saxlanılan bir şəxs, dayandırılan bir marşrut və qanunsuz dövriyyəyə çıxmamış yüzlərlə kiloqram narkotik var. 

DSX-nin məlumatına görə, sentyabr ayında sərhəd xəttində aparılan tədbirlər nəticəsində həm axtarışda olan şəxslərin saxlanılması, həm giriş-çıxış məhdudiyyətlərinin icrası, həm də narkotik vasitələrin ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilib.

 “Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftənin iqtisadi icmalı  

12:09
02 Noyabr

Ötən ay zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb  

12:01
02 Noyabr

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar  

11:57
02 Noyabr

Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb  

11:32
02 Noyabr

Ümummilli Liderin zəngin irsini əks etdirən çoxcildliyin növbəti kitabı işıq üzü görüb  

11:10
02 Noyabr

Həftəsonu 75 cinayətin açılması təmin olunub  

11:08
02 Noyabr

Şeyxülislam: İrəvan qazılığının bərpası tarixi zərurət idi  

11:08
02 Noyabr

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib  

11:02
02 Noyabr

Qızıl son bir ilin minimum qiymətindən sonra yenidən bahalaşıb  

11:01
02 Noyabr

Qızıl və gümüş bahalaşıb

10:24
02 Noyabr

ABŞ Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin bərpasını təklif edir

09:01
02 Noyabr

Tramp: Demokratlar seçkilərdə qalib gələrsə, veto hüququndan istifadə edəcəyəm

08:57
02 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib  

23:51
01 Noyabr

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:13
01 Noyabr

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

20:59
01 Noyabr

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:33
01 Noyabr

Media və Yayım Şurası bəyanat yayıb

15:52
01 Noyabr

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

14:11
01 Noyabr

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

13:54
01 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:51
01 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

13:09
01 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!