05 Dekabr 2025 17:50
444
SİYASƏT
A- A+
2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsi tikiləcək SƏRƏNCAM  

2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsi tikiləcək SƏRƏNCAM  


Dekabrın 5-də Prezident İlham Əliyev “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin edilməlidir. Nazirlər Kabineti Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planını dörd ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Elm və Təhsil Nazirliyi tikintisi və əsaslı təmiri nəzərdə tutulmuş peşə təhsili müəssisələrinin siyahısını təsdiq etməli və bu məqsədlə tələb olunan maliyyə vəsaitinin illər üzrə bölgüsünü hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Fonduna təqdim etməlidir. Dövlət Neft Fondu bu Sərəncamda göstərilmiş tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaitini Fondun hər il üçün tərtib edilən büdcəsində nəzərdə tutmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bakı-Xankəndi” beynəlxalq velosiped yarışının sonuncu mərhələsi başlayıb

09:39
14 May

Kiyevə kütləvi hava zərbələri endirilir, ölən və xəsarət alanlar var

09:33
14 May

Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi il olacağına ümid edir

09:31
14 May

Tramp: ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq

09:30
14 May

İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb

09:28
14 May

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini bir daha ifadə edib  

09:25
14 May

Dünyada ən çox insan ölümünə səbəb olan canlılar müəyyənləşib

09:12
14 May

O, qarmonu sevdiyi qədər sevdirməyi də bacarırdı

09:10
14 May

"Nə dünya məni unudacaq, nə insanlar"

09:05
14 May

Vens: Düşünürəm ki, İranla danışıqlarda irəliləyiş əldə edirik

09:01
14 May

Sağlam mal-qara sağlam qida deməkdir

09:00
14 May

Müasir aqrar yanaşmalar fermerlərdən nə tələb edir?

08:55
14 May

Lənkəran kümçülərinə 200 qutu ipəkqurdu toxumu paylanılıb

08:53
14 May

Cəlilabadda müasir idman zonası salınır

08:50
14 May

Qusarda sağlam ailə münasibətləri mövzusu gündəmdən düşmür

08:45
14 May

Biləsuvarda WUF13 çərçivəsində AMİU-nun müəllimləri ilə görüş keçirilib

08:40
14 May

Yeraltı nəqliyyatda yerüstü yenilik

08:35
14 May

Azərbaycan-BP tərəfdaşlığı bütün enerji sahələri üzrə davam edir

08:30
14 May

Paytaxtımız yaşıllıqlar və parklar şəhərinə çevrilir

08:25
14 May

Gələcəyin qurucusu

08:20
14 May

"Binokl diplomatiyası" sülhə xidmət etmir

08:15
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!