16 Yanvar 2026 08:35
517
SİYASƏT
A- A+
2026-cı il sülh ili ola bilər

2026-cı il sülh ili ola bilər


Bu, Ermənistanın daxili siyasi iradəsindən asılıdır


"Son 6-7 ay ərzində, xüsusilə Əbu-Dabi görüşü və onun məntiqi davamı kimi 8 avqustda ABŞ-də əldə olunan razılaşmadan sonra formalaşan yeni reallıqlar göstərir ki, sülh artıq abstrakt bir çağırış deyil, konkret siyasi və hüquqi addımlar vasitəsilə əldə oluna biləcək reallığa çevrilib. Bununla belə sülhün zaman çərçivəsi yalnız diplomatik niyyətlərlə məhdudlaşmayıb, prosesin taleyi, təbii ki, Ermənistan hakimiyyətinin daxili siyasi iradəsinin mövcudluğundan və mövcud hüquqi maneələrin aradan qaldırılmasından birbaşa asılıdır". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev deyib. O bildirib ki, hazırda mövcud proseslərdə müsbət dinamikanı müşahidə etmək mümkündür. Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında Azərbaycan Gürcüstan ərazisindən keçməklə Ermənistana yanacaq tədarükünə başlayıb. Eyni zamanda  Azərbaycan ərazisi üzərindən və Gürcüstan marşrutu ilə Qazaxıstan və Rusiyadan taxıl və digər yüklərin daşınması həyata keçirilir ki, bu da regionda nəqliyyat və humanitar kommunikasiyaların tədricən bərpasına xidmət edir. "Bununla yanaşı, ötən günlərdə Azərbaycan növbəti dəfə humanizm və sülhə sadiqliyinə əsasən təqsirləndirilən 4 erməniəsilli şəxsi Ermənistana təhvil verib. Bu addım rəsmi Bakının sülhə sadiqliyinin və etimad quruculuğu tədbirlərini real, praktik müstəvidə dəstəklədiyini göstərir", - deyə o əlavə edib.

Siyasi şərhçi müharibədən sonra Azərbaycan tərəfindən irəli sürülən 5 prinsip əsasında aparılan danışıqların tərəflər arasında sülh gündəliyinin konturlarını formalaşdırdığını qeyd edib. Onun sözlərinə görə, sərhədlərin delimitasiya və demarkasiyası üzrə təmasların davam etdirilməsi, kommunikasiyanın açılması mövzusunun gündəmdə qalması, eləcə də sülh sazişinin mətni ətrafında aparılan texniki müzakirələr prosesin geridönməzliyinə dair müəyyən ümidlər yaradır: "Lakin 2026-cı ildə real və dayanıqlı şəkildə sülhün bərqərar olması üçün həlledici məqam, əlbəttə ki, Ermənistanın daxilində baş verəcək siyasi proseslərlə bağlıdır. Bu ölkədə qarşıdan gələn parlament seçkiləri yalnız hakimiyyət dəyişikliyi ehtimalı baxımından deyil, həm də Ermənistanın gələcək strateji kursunun müəyyənləşdirilməsi nəzərindən əhəmiyyət daşıyır. Seçkilərdən sonra gündəmə gələ biləcək referendum isə sülh prosesinin taleyində əsas açar rolunu oynaya bilər. Məlum olduğu kimi, Ermənistan konstitusiyasının preambulasında istinad edilən müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu sülh müqaviləsinin bağlanması üçün əsas hüquqi maneələrdən biridir". 

F.Abdullayev vurğulayıb ki, bu iddialar aradan qaldırılmadığı təqdirdə uzunmüddətli sülh üçün sənəd imzalamaq mümkün deyil. Məhz buna görə də Ermənistanda konstitusiyanın dəyişdirilməsi, ərazi iddialarındən rəsmi və hüquqi şəkildə imtina olunması sülhün yalnız kağız üzərində deyil, real siyasi və hüquqi müstəvidə təmin olunmasının əsas şərtidir. 

Ekspert qeyd edib ki, nəticə etibarilə 2026-cı ilin sülh ili olması ehtimalı yüksəkdir, lakin seçkilərdə fors-major halların yaranması da istisna edilmir: "Buna görə də biz öz sayıqlığımızı qoruyub saxlamalıyıq. Sülh Ermənistanın daxili siyasi iradəsindən, seçkilərdən sonra verilən strateji qərarlardan və ən əsası Ermənistan cəmiyyətinin Azərbaycana qarşı konstitusiya səviyyəsində ərazi iddialarının aradan qaldırılmasından asılı olacaq. Azərbaycan tərəfi üçün sülh yalnız beynəlxalq hüquqa əsaslanan qarşılıqlı ərazi bütövlüyünün tanındığı və geridönməz mexanizmlərlə təmin edilmiş formatda qəbul edilə bilər. Bu şərtlər yerinə yetirildiyi halda 2026-cı il həqiqətən Cənubi Qafqaz üçün yeni və daha sabit mərhələnin başlanğıcı ola bilər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!