28 Noyabr 2024 02:00
1528
MSK
A- A+
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 49/240


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) 2024-cü il 27 noyabr tarixli 49/238 saylı Qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi)  112-1.1-ci maddəsinə görə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır.

Bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin araşdırılmasının təmin edilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının, həmçinin seçki dairələri dairə seçki komissiyalarının nəzdində Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada ekspert qrupları yaradılmalıdır. 

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-ci və 112-1.1-ci maddələrinə uyğun olaraq qərara alır: 

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:

- Ramiz İbrahimov  - Mərkəzi Seçki Komissiyasının üzvü; 

- Fuad Cavadov - Mərkəzi Seçki Komissiyasının üzvü; 

- Qabil Orucov - Mərkəzi Seçki Komissiyasının üzvü; 

- Bəxşeyiş Əsgərov - Mərkəzi Seçki Komissiyasının üzvü; 

- Tofiq Həsənov - Mərkəzi Seçki Komissiyasının üzvü; 

- İlkin Şahbazov - Mərkəzi Seçki Komissiyasının üzvü; 

- Nailə Əsgərova - Mərkəzi Seçki Komissiyasının üzvü; 

- İlqar Əlizadə - Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri; 

- Rafiq Abbasov - Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri. 

2. Dairə seçki komissiyalarının nəzdində Seçki Məcəlləsinə uyğun olaraq 3 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılması seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilsin. 

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


27.11.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah hava əsasən yağmursuz olacaq

13:08
03 Mart

İsrail Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyətini dayandırıb

13:08
03 Mart

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsi daha da genişləndiriləcək  

13:07
03 Mart

Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub

13:05
03 Mart

Elektron siqaretlərlə bağlı inzibati məsuliyyət sərtləşdirilir

13:05
03 Mart

Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişiklik edilir

13:04
03 Mart

“Uşaq hüquqları haqqında” yeni Qanun təsdiqləndi  

13:03
03 Mart

Yaxın Şərq münaqişəsi Avropada qaz qiymətlərinin artmasına səbəb olub

13:02
03 Mart

Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdə artan gərginliyi müzakirə etdilər  

13:02
03 Mart

İlin ilk Ay tutulması başlayıb

12:47
03 Mart

Parlamentdə ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinlənilib  

12:34
03 Mart

Qazaxıstan vətəndaşlarının İrandan təxliyəsi üçün bir neçə marşrutdan istifadə edilir  

12:33
03 Mart

DSX: Fevral ayında dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanılıb

12:32
03 Mart

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edib YENİLƏNİB 

12:32
03 Mart

Prezident İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib  

12:29
03 Mart

Ombudsmanın müraciətləri əsasında ötən il 21 məhkum əfv edilib

12:27
03 Mart

Hərbçilərin uşaqlarına ödənilən müavinətlərin yaşayış minimumuna uyğunlaşdırılması təklif olunur 

12:21
03 Mart

Səbinə Əliyeva: Rəqəmsal dövrdə informasiya hüquqları gücləndirilməlidir

12:20
03 Mart

Ombudsman: Ötən il 9 mindən çox şəxs qəbul edilib 

12:19
03 Mart

Astara sərhədində diplomatların təxliyəsi davam edir

12:18
03 Mart

Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib 

11:51
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!