20 Yanvar 2026 15:08
247
CƏMİYYƏT
A- A+
20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 


1990-cı ilin 20 Yanvarı Azərbaycan tarixində yalnız bir faciə günü deyil, həm də milli oyanışın qanla yazılmış səhifəsidir. O gecə Bakının üzərinə çökən qaranlıq təkcə tankların kölgəsi deyildi, azadlıq arzularının sınağa çəkildiyi bir məqam idi. Sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi amansız qırğın xalqın iradəsini sındırmaq məqsədi daşıyırdı. Lakin güllələr susdurmalı olduğu səsləri daha da ucaltdı. Küçələrdə axan qan, azadlıq uğrunda atılan ilk ciddi addımların rəmzinə çevrildi. Şəhid olanlar təkcə bir gecənin qurbanları deyil, müstəqil Azərbaycanın bünövrəsini qoyanlardır. 20 Yanvar xalqın qorxmadığını, geri çəkilmədiyini bütün dünyaya göstərdi. Bu faciə sovet rejiminin həqiqi simasını ifşa etdi. Eyni zamanda, milli birliyin və həmrəyliyin gücünü ortaya qoydu. 20 Yanvar yaddaşımızda kədər qədər qürur daşıyan müqəddəs bir tarix kimi yaşayır.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 36-cı ildönümündə paytaxtın “20 Yanvar” dairəsində ucaldılmış memorial abidə kompleksi gün ərzində izdihamlı ziyarətçiləri qəbul edib. Şəhidlərin əziz xatirəsini anmaq üçün abidəyə axışan insanların əlindəki tər çiçəklər, baxışlarındakı qürur və mübarizə ruhu 20 Yanvarın milli yaddaşımızdakı sarsılmaz yerini bir daha nümayiş etdirirdi. Abidə önündə hökm sürən sükut və ehtiram dolu ab-hava həmin faciənin ağrısını illər keçsə də unutmadığımızı göstərirdi.

Bu qanlı gecədə həyatını itirənlərin xatirəsi təkcə kədər deyil, həm də azadlıq və müstəqillik uğrunda göstərilən tarixi iradə kimi yad olunurdu. Ziyarətə gələnlər şəhidlərin ruhu qarşısında baş əyərək, onların fədakarlığının bugünkü müstəqil və suveren Azərbaycanın təməl daşlarından biri olduğunu vurğulayırdılar. 20 Yanvar hadisələri xalqın sarsılmaz iradəsini və milli birliyini əks etdirən yaddaş günü kimi bir daha xatırlanırdı.

Yasamal Rayon İcra Hakimiyyətinin və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən abidə önünə əklil və gül dəstələri düzülərək, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir çərçivəsində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın müstəqilliyi və suverenliyi naminə həyatlarını qurban vermiş qəhrəmanların ruhuna hörmət və ehtiram bir daha ifadə olunub.

Ziyarətə gələnlər arasında 20 Yanvar şəhidi Rahib Hüseynovun qızı Mariya Vəlixanova da olub. O, AZƏRTAC-a açıqlamasında bildirib ki, atası şəhid olanda özü hələ azyaşlı olub. Sonradan böyüyəndə atasının 20 Yanvar şəhidi olduğunu öyrənib. Hadisələri dəqiq xatırlamasa da, hər zaman atasının yolunu gözlədiyini deyib. Şəhid qızı kimi arzusunun gələcək nəsillərin şəhidlərimizi daim yad etməsi və onları heç vaxt unutmamasıdır. Mariya Vəlixanova bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Anım mərasimində iştirak edən hadisə şahidi, keçmiş hərbiçi Cəbrayıl Mehdiyev isə bildirib ki, 20 Yanvar hadisələri onun gözləri qarşısında baş verib. O qeyd edib ki, həmin dövrdə yaşadığı məhəllədə xalq sovet hakimiyyətinə qarşı ayağa qalxmışdı. Onun sözlərinə görə, bu hadisələrə təkcə keçmişin faciəsi kimi deyil, Azərbaycanın gələcəyə doğru atdığı tarixi addım kimi baxmaq lazımdır. Cəbrayıl Mehdiyev vurğulayıb ki, məhz xalqın birliyi və mübarizəsi nəticəsində bu gün Azərbaycan müstəqil, azad və sülh şəraitində yaşayır.

Keçmiş hərbçi, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu qeyd edib, gələcəkdə Zəngəzur dəhlizinin açılacağına ümidvar olduğunu bildirib. O, Göyçəyə getməyi arzuladığını deyərək, dövlətimizin başçısına cansağlığı, ölkəmizə isə daim sülh və əmin-amanlıq arzulayıb.

20 Yanvar Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir. Bu faciənin hər il dərin ehtiramla anılması bir daha sübut edir ki, Vətən naminə canından keçən şəhidlərimizin xatirəsi zamanın sınağından keçərək Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Onların tökdüyü qan azadlıq yolunun susmayan çağırışına çevrilib və bu çağırış nəsildən-nəslə ötürülür. 20 Yanvar şəhidləri xalqımızın qürur mənbəyi, müstəqilliyimizin sarsılmaz rəmzi kimi daim yaşayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!