20 Sentyabr 2026 08:00
219
SİYASƏT
A- A+
20 Sentyabr Dövlət Suverenliyi Günü - Zəfərimizin və qürurumuzun ən uca zirvəsi

20 Sentyabr Dövlət Suverenliyi Günü - Zəfərimizin və qürurumuzun ən uca zirvəsi


Bu gün bayramların ən şirini, günlərin ən əzizini yaşayırıq. İndi Xankəndinin hər daşından, qayasından zəfər nidası ucalır! 

Qalib Azərbaycan xalqının yazdığı şanlı tarix - 20 Sentyabr Dövlət Suverenliyi Günü Zəfərimizin və əbədi qürurumuzun ən uca zirvəsidir! Tarixin müxtəlif mərhələlərində üzləşdiyi ağır sınaqlara, işğala və məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik və dövlətçilik əzmini sarsıda bilmədi. İki əsrdir düçar olduğumuz faciələrə, Xocalı soyqırımına, milli ağrı-acılarımıza və 30 ildən çox davam edən torpaq həsrətinə 2023-cü il sentyabrın 20-də yekun vuruldu. Prezidentin  Sərəncamı ilə təsis edilən Dövlət Suverenliyi Günü milli dövlətçiliyimizin və tarixi ədalətin təntənəsidir.


Sınaqlarla dolu vətən yolu


Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdi, amma hələ qarşıda onu çox ağır sınaqlar gözləyirdi. Həmin dövrdən 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərinə qədər işğal faktı yaşadı, bir milyondan çox qaçqın və məcburi köçkünə sahib oldu, beynəlxalq qərəzlə, ikilistandartlarla üzləşdi. Lakin Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti Azərbaycanı hərtərəfli inkişaf səviyyəsinə yüksəltdi və bu inkişaf ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam təmini kimi möhtəşəm tarixi qələbə ilə nəticələndi. 

Ermənistan 30 ilə yaxın müddətdə BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini kobud şəkildə pozaraq torpaqlarımızı işğal altında saxladı, şəhər və kəndlərimizi viran qoydu, milli-mədəni irsimizi talan etdi. 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan rəhbərliyi isə sülh danışıqlarını sıfırlamağa çalışaraq “yeni müharibə - yeni ərazilər” xəttini tutdu. 2020-ci ilin 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz düşməni darmadağın edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra etdi. Ermənistanı kapitulyasiya – məğlubiyyət  aktına qol çəkməyə məcbur etdi. 

Ancaq İkinci Qarabağ Müharibəsindən sonra da Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Üçtərəfli Bəyanatın müddəaları pozularaq qanunsuz erməni silahlı birləşmələri Qarabağda saxlanıldı. Qarabağ erməniləri üçün humanitar koridor kimi nəzərdə tutulan Laçın yolundan minaların daşınması və hərbi heyətlərin rotasiyası üçün istifadə edildi. 2022-ci il Sarıbaba əməliyyatında tapılan 2021-ci il Ermənistan istehsalı minalar bunun əyani sübutu oldu. 

Paşinyan hakimiyyəti qanunsuz rejimi maliyyələşdirməyə və dəstəkləməyə davam etdi. 2 sentyabr 2023-cü ildə qondarma rejimin “müstəqillik bəyannaməsi” münasibətilə təbrik ünvanlanması və ardınca orada “seçki” şousunun keçirilməsi Praqa razılaşmalarına və Azərbaycanın suverenliyinə açıq qəsd idi.

Digər tərəfdən Ermənistan və onun Qərb havadarları saxta humanitar kampaniyalar aparmağa başladılar. 2023-cü ilin yayında Qərbdəki müəyyən dairələrlə birgə Qarabağda güya “aclıq, humanitar fəlakət” yaşandığına dair saxta təbliğat aparıldı.

Eyni zamanda İkinci Qarabağ müharibəsindən sonra İrəvan davamlı olaraq Azərbaycana qarşı hərbi təxribatlara əl atdı. Düşmənin bu təxribat addımlarına, yeni hərbi mövqelər qurmaq cəhdlərinə cavab olaraq Azərbaycan Ordusu “Fərrux” və “Qisas” kimi lokal əməliyyatlarla düşməni yerində oturtdu. 


Xankəndidə yeni həyat


2023-cü il aprelin 23-də Həkəri çayı üzərində Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması suverenliyin tam təmin olunması yolunda bir dönüş nöqtəsi oldu. Azərbaycan beynəlxalq səviyyədə tanınmış bütün sərhədləri boyunca dövlət nəzarətini təmin etdi, üçrəngli bayrağımız bütün sərhəd boyu dalğalandırıldı. 

Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. 

Cəmi 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində separatçı rejim özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan Respublikasının Konstitusiyası bütün ərazilərimizdə tam hüquqi qüvvəyə mindi. 

Xankəndidə Zəfər meydanında Dövlət Bayrağını ucaldan zaman qalib lider İlham Əliyev qələbə qürurunu bu sözlərlə xalqımızla bölüşdü: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm… 

… Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.

Azərbaycanın suverenliyini tam təmin etməsi həm də bölgəyə əməli sülh gətirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanması, Birgə Bəyannamənin imzalanması və kommunikasiya xətlərinin açılması ilə bağlı razılaşmalar Cənubi Qafqazda yeni əməkdaşlıq dövrü başlatdı. 

Qazanılmış bu tarixi Zəfərin əbədiləşdirilməsi üçün dövlət səviyyəsində mühüm addımlar atıldı.  Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 

Ölkə başçısının Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi keçirildi. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Bakının Nəsimi rayonunda yerləşən yeni metro stansiyasına “20 Sentyabr” adı verilib. 

Bütün bu sadalananlar milli kimliyimizin və hüquqi dövlətimizin dünyaya bəyanı deməkdir. 

Bəli, bu gün Dövlət Suverenliyi Gününü qürurla qeyd edirik. İki əsrdir çəkdiyimiz zülmlər, göz yaşları, vətəndə qəribçilik hamısı 20 sentyabr 2023-cü ildə bitdi.

Erməni separatizmindən əziyyət çəkən Xankəndimiz artıq azadlığın fəxarətini yaşayır. Azadlığının birinci ilində qalib lider İlham Əliyev tərəfindən açılışı edilən və mindən artıq tələbəsi olan Qarabağ Universitetinin fəaliyyətə başlayaraq ölkənin ən reytinqli ali təhsil ocaqlarından birinə çevrilməsi, Xankəndiyə əsl sahiblərinin dönməsi hər birimizin qəlbində sevinc və fərəh yaradan tarixi hadisələrdir. 

Azərbaycan öz gücü, əzmi və sarsılmaz xalq-dövlət birliyi ilə tarix yazdı, hüququn və ədalətin zəfər çalmasını təmin etdi.

Bizə bütöv, suveren və qüdrətli bir Azərbaycanda yaşamaq fəxarətini bəxş edən bu şanlı tarix gələcək nəsillərə əbədi mirasdır. Dövlət Suverenliyi Günü milli qürurumuzun, sarsılmaz birliyimizin və parlaq gələcəyimizin rəmzi kimi təqvimimizdə və qəlblərimizdə hər zaman ən əziz bayram kimi yaşayacaq. Çünki artıq Vətən bütövdür, sərhədlərimiz toxunulmazdır və Qarabağ əbədi olaraq Azərbaycandır! 


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələlərə yüksəlib

09:09
20 Sentyabr

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

09:00
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə uzanan yol

08:53
20 Sentyabr

Qarabağın qürur günü – 20 Sentyabr

08:37
20 Sentyabr

20 Sentyabr Dövlət Suverenliyi Günü - Zəfərimizin və qürurumuzun ən uca zirvəsi

08:00
20 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

21:29
19 Sentyabr

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

20:47
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

20:07
19 Sentyabr

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

20:04
19 Sentyabr

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək

20:03
19 Sentyabr

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir

20:01
19 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!