26 Yanvar 2022 01:01
739
İQTİSADİYYAT
A- A+
19,2 min kilometr müasir yol

19,2 min kilometr müasir yol

 

Tikintisi 18 il əvvəl başlamış yeni yollarımız sonda bizi Qarabağa qovuşdurdu

 

Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları çərçivəsində görülən işlər sırasında  yol çəkilişi ön yerlərdən birini tutur. Başqa sözlə, Prezident İlham Əliyevin bu sahədə  də apardığı  uğurlu islahatlar öz nəticəsini verib.

18 il ərzində  həmin istiqamətdə  gerçəkləşdirilən layihələr yollarımızın şəbəkəsini genişləndirməklə bərabər keyfiyyətini də yüksəldib. Beləliklə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci, dünyanın 140 ölkəsi arasında  27-ci yerdə qərarlaşıb.

İndi  əsas diqqət işğaldan azad edilmiş ərazilərə çəkilən yollara yönəldilsə də, digər bölgələrdə də bu istiqamətdə   genişmiqyaslı işlər həyata keçirilir. Yollar yeniləndikcə ölkədə iqtisadi həyat daha da canlanır, kənd təsərrüfatı, turizm və digər sahələrdə inkişaf sürətlənir. Yolların müasir səviyyədə inşası eləcə də əhalinin rahatlığını təmin edən əsas sosial amildir.

Elə ötən  il  ərzində tikintisi, yaxud təmiri başa çatan  yolların bir neçəsini misal göstərmək kifayətdir. Bu yolların açılışında Prezident İlham Əliyevin iştirakı onların  nə qədər önəmli olduğuna bir daha diqqət çəkir.  Keçən il açılan Hacıqabul-Muğan avtomobil yolunun  uzunluğu 11,5 kilometrdır. Yolun yenidən qurulması 32 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirməyə xidmət edir. Eyni zamanda əhalinin həm Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yoluna, həm də Hacıqabul-Şirvan yolu vasitəsilə digər şəhər və rayonlara rahat çıxışı təmin olunur.

Naxçıvan Muxtar Respublikasında uzunluğu 50 kilometr olan Culfa-Ordubad magistral avtomobil yolunun 39 kilometri 2 zolaqlı, 11 kilometri 4 zolaqlıdır. Magistral yolda 4 yeni körpü tikilib, 6-sı isə yenidən qurulub. Yolun üzərində 101 su keçidi quraşdırılıb, suaparıcı kanallar çəkilib. Bu yolun inşası Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən inşa olunub.

Xatırladaq ki, son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib.

Goranboy rayonunda  açılan Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolu da 2021-ci ilin yadigarlarındandır. Ümumi uzunluğu 38 kilometr olan yol dövlət başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Sözügedən avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında və təbii ki, bölgədə iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir.

Keçən il eləcə də Qəbələdə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib. Bum çayı üzərində yeni körpü və yol Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq inşa edilib. Uzunluğu 310, eni 9 metr olan körpü sürücülərin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayır.

Bunlar 18 il əvvəl başlanan işlərin uğurlu davamıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  məlumatına görə, 2003-2021-ci illər ərzində paytaxtda 83 yol ötürücüsü və tunel tikilib, 4-ü isə təmir edilib. 99 yeraltı və yerüstü piyada keçidi tikilib, 11-ində təmir aparılıb. Həmçinin 2010,5 kilometr uzunluğunda yeni yol tikilib, yenidən qurulub.

Bu müddətdə kəndlərarası avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində də müvafiq tədbirlər həyata keçirilib. Belə ki, 2003-2021-ci illər ərzində 6,2 milyon əhali yaşayan, 2210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5,1 min kilometr uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub.

Ümumilikdə isə respublika ərazisində 19,2 min kilometr uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir olunub, 460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli inşa edilib.

I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 kilometr təşkil etdiyi halda indi 935,5 kilometrdir.

Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının həyata keçirilməyə başlandığı vaxtdan   bəri ölkəmizdə hər il 1000 kilometrdən çox yeni yol istifadəyə verilir. Prezidentin paytaxtda və bölgələrdə yeni yolların tikintisi barədə verdiyi növbəti sərəncamlar bu istiqamətdə aparılan işlərin davamlı olduğunu bir daha təsdiqləyir. Bu sənədlərə  əsasən,  Ağsu-Kürdəmir-Bəhrəmtəpə (26 kilometr)-Qarasaqqal-Cəyli avtomobil yolunun tikintisi həyata keçiriləcək. Dörd min nəfər əhalinin iki yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6 milyon manat ayrılacaq. Xızı rayonunun Giləzi-Xızı (18 kilometr)-Qarabulaq avtomobil yolunun tikintisinə isə 6,4 milyon manat sərf olunması qərara alınıb. Paytaxtda və  bir sıra bölgələrdə də  yeni yollar  tikiləcək və yenidən qurulacaq. Qarabağa və Şərqi Zəngəzura  çəkilən  yollar  bu regionları ölkənin digər əraziləri ilə sıx bağlayacaq. 

Beləliklə, müasir yol infrastrukturunun yaradılması yenə də həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsini təşkil edir. Rahat və abad yol isə dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amillərdəndir.

 

Flora SADIQLI,          

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!