28 Noyabr 2024 08:35
256
SİYASƏT
A- A+
10 il davam edən danışıqlar COP29-da başa çatdırıldı

10 il davam edən danışıqlar COP29-da başa çatdırıldı


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini başa vuraraq estafeti Braziliyaya ötürdü. Qlobal tədbirdə əldə olunan razılaşmaya görə,  daha zəngin ölkələr hər il iqlim dəyişmələri ilə mübarizə aparmaq üçün  inkişaf etməkdə olan ölkələrə  indiyədək olmayan rekord məbləği, yəni ildə 300 milyard dollar verəcəyini vəd etdilər. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bu qərarı belə dəyərləndirdi: "Bu, çətin yol idi, lakin biz razılaşma əldə etdik".

Bəli, noyabrın 23-də COP29 sədrliyi Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksəkkeyfiyyətli karbon bazarları ilə bağlı 10 ildir davam edən danışıqları başa çatdırdı. Bu, təbii ki, asanlıqla əldə edilmədi. Tərəflər COP29 sədrliyinin il ərzində əsas prioritetlərindən biri olan bu nailiyyət üçün siyasi danışıqlar  çərçivəsində yorulmadan çalışdılar. Məhz bu fəaliyyətin nəticəsində  iqlim konfransının 11-ci günündə  COP29-un baş icraçı direktoru Elnur Soltanov bəyan etdi ki,  Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqların əldə olunması tədbirin ən önəmli uğurudur: "Bu gedişlə düşünürük ki,  2025-ci ildə artıq karbon bazarları məsələsi fəaliyyətə keçə bilər. Bu da hələlik ortaya qoyulan ən ciddi mövzudur. Həmçinin bu məsələyə iqlim maliyyəsinin tərkib hissəsi kimi də baxılır. Karbon bazarlarından əldə edilən gəlirlərin bir hissəsi də məhz adaptasiya prosesləri üçün xərclənəcək".

Mütəxəssislərin fikrincə, karbon bazarları bəşəriyyət və insanlar üçün ən yüksək fayda verə biləcək dərəcədə əhəmiyyətlidir. Karbon bazarları maliyyəni cəlb etməklə ətraf mühitə müsbət təsir göstərə bilər. Məsələn, qarşıdakı  5 il müddətində karbon bazarında qiymətlər 100 milyard dollara çatdırılarsa, 17 milyon iş yeri açılmış olar. Karbona qiymət qoymaq fundamental məsələdir. Xərc baxımından yaxşı yol tapmaq və özəl sektoru bura cəlb etmək əsasdır. COP29 iki həftə ərzində bu sahəyə maliyyə ayırmaq çağırışının müsbət həll olunması üçün  fəal çalışaraq, danışıqları yeni pilləyə qaldırdı və növbəti addım üçün şərait yaranmasına yol açdı. Doğrudur, hələ COP29 fəaliyyətə başlamazdan öncə bəzən karbon bazarları və qiymətlərlə bağlı birtərəfli addımlar atılırdı ki, bu da müəyyən problemlərin yaranmasına səbəb olurdu. Amma COP29 sədrliyi bunları aşaraq müsbət nəticə əldə etməyi bacardı.

Sual yarana bilər: Paris  Sazişinin 6-cı maddəsi COP29 üçün nədən bu qədər önəmli idi? Cavab sadədir: söhbət iqlim maliyyələşməsindən gedir. Ən səmərəli yol isə karbon emissiyalarını azaltmaqdır. Karbon və istixana qazlarının emissiyaları aradan qaldırılmasa, problemlər get-gedə dərinləşər. Azərbaycanda karbon, istixana qazları emissiyalarının azaldılması kontekstində müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədlə  COP29-a hazırlıqlar ərəfəsində 6-cı maddə ilə bağlı danışıqlar aparıldı. Daha çox tənzimləyici və qanunvericilik bazası quruldu, texniki infrastruktur yaradıldı. 

Onu xüsusi vurğulamalıyıq ki, 6-cı maddə ölkələrin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksəkkeyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir. 2025-ci ilin fevral ayında keçiriləcək Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsi qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq hədəfini qoruyub saxlamaq baxımından mühüm əhəmiyyətə malikdir. Ölkələrə iqlim planlarının ambisiyalarını artırmaq üçün vaxtında dəstək verən bu mühüm nailiyyət kritik məqamda əldə edilib. "Biz on ildir ki, davam edən danışıqlara yekun vurduq və qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq hədəfini qorumaq üçün vacib mexanizmi işə saldıq", - deyən COP29-un prezidenti Muxtar Babayev sonra bildirib: "İqlim dəyişməsi transmilli problemdir və 6-cı maddə də transmilli həllərə yol açır, belə ki, atmosfer üçün emissiyaların harada azaldıldığı önəmli deyil". 

Çəkinmədən deyə bilərik ki, COP29 iqlim diplomasiyasında ən mürəkkəb və ən texniki məsələlərdən birini həll etdi. Bu, böyük uğurdur. Halbuki Qlazqoda keçirilən COP26 və Şarm əl-Şeyxdə baş tutan COP27 sessiyaları karbon bazarları üçün əsas qayda, çərçivə və prosedurları uğurla müəyyən etsə də, 6-cı maddənin yekun komponentləri natamam qalmışdı. Ötən il Dubayda toplaşan COP28 zamanı Paris Sazişinin 6.4-cü maddəsinin razılaşdırılmasına böyük inam olsa da, bu, baş tutmamışdı. Bakıda isə tərəflər sazişin 6.2, 6.4, 6.8-ci maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tam nəzarəti altında fəaliyyətinə  yol açdı.  Əslində, 6-cı maddə mürəkkəb görünsə də, onun təsirlərini hər birimiz  gündəlik həyatımızda hiss edə biləcəyik. Bu maddə icra olunduqca kömür zavodları fəaliyyətini dayandıracaq, külək, su, günəş elektrik stansiyalarının tikintisi sürətlənəcək, meşələrin məhv olmaq təhlükəsi aradan qalxacaq, yeni yaşıllıq zonaları salınacaq. 

Paris Sazişinin sırf 6.4-cü maddəsinə gəlincə deyə bilərik ki, bu maddə iqlim fəaliyyətinə dair hədəflərə çatmaq istiqamətində əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının yaradılmasını və karbon kreditlərinin verilməsini nəzərdə tutur. Əldə olunmuş razılığa əsasən, artıq dövlətlər  yalnız öz aralarında deyil, BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına nəzarəti ilə əməkdaşlıq edəcək, bir-birinə karbon kreditləri sata biləcəklər. Yeri gəlmişkən bildirək ki, karbon kreditləri bir ton karbon qazı və ya digər istixana qazları buraxmaq hüququnu təmsil edən ticarət icazəsi deməkdir. Bu, biznesləri və fərdləri istixana qazı emissiyalarını azaltmağa və iqlim dəyişikliyi ilə mübarizəyə həvəsləndirmək üçün bir yoldur.

Həmin mexanizm çərçivəsində hər bir dövlətin illik karbon qazı emissiyası norması müəyyənləşəcək. Normadan az CO2 emissiya edən ölkəyə satmaq üçün istifadə etmədiyi payı normadan artıq karbon buraxan dövlətlərə imkan yaranacaq. Məsələn, BMT Azərbaycana illik maksimum 500 ton karbon qazı emissiyası norması müəyyən edir. Ölkəmizdə daha çox bərpaolunan  enerjidən istifadə edildiyi üçün 400 ton CO2 atmosferə buraxılır. Qalan 100 ton kvotanı isə Azərbaycan istənilən ölkəyə sata bilər. 

Qlobal tədbirdə 6-cı maddə üzrə qəbul edilən yekdil qərarlar real, təsdiqlənmiş, ölçülə bilən emissiyaların azaldılması və kənarlaşdırılması yolu ilə ekoloji bütövlük və şəffaflığın, eləcə də karbon bazarlarının etibarlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. Üstəlik də qlobal iqlim sərmayəsini idarə etmək üçün bazarların böyük potensialını üzə çıxaracaq.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Afrika Respublikasında silahlı hücum nəticəsində 10 nəfər həlak olub

19:30
28 Noyabr

Putin: Ermənistanla KTMT arasında mövcud vəziyyətə ölkədəki daxili siyasi proseslər təsir edir  

19:25
28 Noyabr

ABŞ mətbuatı Fransanın və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb  

18:44
28 Noyabr

Bəzi ərazilərdə leysan xarakterli yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

17:40
28 Noyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

17:39
28 Noyabr

“Barselona”nın hücumçusu Lamin Yamal Avropanın ən yaxşı gənc futbolçusu seçilib  

17:36
28 Noyabr

KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək

17:27
28 Noyabr

Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib 

15:46
28 Noyabr

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb  

15:39
28 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub

15:36
28 Noyabr

“Xarabalıqdan çıxmış milyonçu” filminin davam çəkilir  

15:11
28 Noyabr

Qərbi Azərbaycan İcması Yunanıstanın Ermənistanı silahlandırması ilə bağlı xəbərlərə münasibət bildirib  

15:10
28 Noyabr

Nazir müavini: Ölkədə əməkhaqqı fondu üç dəfəyədək artıb

15:09
28 Noyabr

Polşa NATO-nu Ukraynaya qoşun göndərməməyə çağırıb  

13:30
28 Noyabr

Qayıdış hüququ mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub

13:16
28 Noyabr

Fransada həmkarlar ittifaqları yenidən tətil elan ediblər

12:58
28 Noyabr

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb  

12:46
28 Noyabr

İcma: Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq  

12:41
28 Noyabr

DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb  

12:36
28 Noyabr

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası olacaq  

12:31
28 Noyabr

İş və istirahət günlərinin yerləri dəyişdirilib  

12:26
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!